Prezidentin Zəngəzur xəbərdarlığı - "Brüssel görüşü baştutmaya bilər"

07 dekabr, 2021 13:13

Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət evində yaradılan şəraitlə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşü zamanı bir neçə diqqət çəkən məqama toxunub.

Ölkə başçısı deyib ki, Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi:

“Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxırlar, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq”.

Politoloq Qabil Hüseynli məsələni modern.az-a şərh edərəkən deyib ki, dəhlizin açılmasına maneələr törətmək istəsələr, Azərbaycan da 80 il əvvəl Ermənistana verdiyi torpaqlardan dəhliz açmaq üçün başqa təsirli vasitələrdən istifadə edə bilər:

“Prezident haqlı söz deyib. Çünki biz onların nazı ilə hərəkət edə bilmərik. Erməni toplumu nə öz xeyrini, nə də məsuliyyəti dərk edir. Ermənistanın baş naziri Zəngəzur dəhlizinin açılması ilə bağlı Moskvada Putinin hüzurunda söz verdi. Onlar elə düşünürlər ki, Zəngəzurun açılmasının qarşısını almaqla Azərbaycana ziyan vururlar. Amma həmin yol Azərbaycana yalnız Naxçıvana getmək üçün lazımdı. Burada əsas məsələ Sovet İttifaqı dövründə olan kommunikasiyaların açılmasıdı. Bu da hamıdan çox Ermənistana lazımdı. Hamı üçün sərfəli olan, bölgənin çiçəklənməsinə xidmət edəcək bir ideyanın qarşısını almaq məqsədi ilə maneələr yaratmaq istəyirlərsə, o zaman Azərbaycan təxminən 80 il əvvəl Ermənistana verilmiş torpaqlardan koridor açmaq üçün əlimizdə olan başqa təsirli vasitələrdən istifadə edəcək. Bunun başqa yolu yoxdur”.

Politoloq Brüsseldə baş tutacaq görüşlə bağlı məsələyə də toxunub. O, dekabrın 15-nə planlaşdırılan görüşə çox ümid bağlamadığını vurğulayıb:

“Rusiya bu görüşlə bağlı çox ehtiyatlı davranır. Kreml mətbuata keçiriləcək görüşün normal olduğunu desə də, Cənubi Qafqazın bütün problemlərini öz əlində saxlamaq istəyir. Brüssel görüşünü təşkil edən Ermənistanı müdafiə edən dövlətlərdir. Bundan əlavə, Brüssel görüşündən əvvəl xarici işlər nazirləri görüşməli idi. Bu görüşü də onlar təxribat törədərək pozdular. Erməni parlamentinin bir çox üzvlərini Qarabağın dağlıq hissəsindəki separatçıların yanına gətirərək, Azərbaycanın suverenliyinə qəsd etdilər. Azərbaycan da bu səbəbdən görüşdən imtina etdi. Mən gözləyirəm ki, Brüssel görüşü alınmasın. Çünki görüşün hazırlanması xarici işlər nazirlərinin görüşündən asılı idi. Əgər bu görüş baş tutmayıbsa, deməli görüşün gündəliyi hələ formalaşdırılmayıb. Əgər proseslər normal davam etsə, düşünürəm ki, gələn ilin ortalarına qədər ya Ermənistanın razılığı, ya da Azərbaycanın anti-terror əməliyyatları vasitəsi ilə bu işin baş tutması mümkün ola bilər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR