"Ermənilər bu dəfə xaricdəki səfirliklərimizi hədəfə ala bilər" - Cümşüd Nuriyev

13 dekabr, 2021 11:35

Brüssel görüşünə 2 gün qalıb. Belə ki, Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı üzrə Sammitində Azərbaycan və Ermənistan liderləri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə dekabrın 15-də Brüsseldə görüşəcəklər. 

Son günlər ermənilərin sərhəddə törətdiyi təxribatlardan sonra bir sıra siyasi analitiklər bu görüşün baş tutmayacağı fikrindədirlər. Onların mülahizələrinə görə, Ermənistanın təxribatyönümlü siyasəti bu görüşün olmamasına hesablanıb. Ermənistanın bununla danışıqlar prosesini uzatmağı planlaşdırması da səslənilən fikirlər arasındadır.

Brüssel görüşünün baş tutmamaq ehtimalı varmı? Bu iki gündə hər hansı təxribat gözlənilirmi? Ermənistan görüşdən yayınmaq üçün nələrə əl ata bilər?

"Azsiyaset" xəbər verir ki, bu sualları cavablandıran siyasi elmlər doktoru Cümşüd Nuriyev bildirib ki, ermənilər, artıq bir neçə gündür təxribat törətməyə başlayıblar:

“Bu məsələdə ermənilər özbaşına deyil, çünki Ermənistanda iki qüvvə var: Rusiyanın mövqeyindən çııxş edənlər və Nikol Paşinyan başda olmaqla Qərbin - ABŞ-ın mövqeyini dəstəkləyənlər. Ona görə də, orada nəyisə proqnozlaşdırmaq bir qədər çətin məsələdir, amma görünən odur ki, rusların içində hərbi elitanın kifayət qədər adamı var. Nəzərə alsaq ki, Ermənistanda Rusiyanın hərbi bazası var və orada rəsmi məlumat verilməsə də, 5 minə qədər erməni kökənli hərbçi mövcuddurlar. Yəni bunlar istənilən təxribatı törədə bilərlər”.

Politoloq onu da vurğulayıb ki, təxribatı təkcə sərhəddə yox, başqa yerlərdə də gözləmək lazımdır:

“Mən inanmıram ki, harasa raket atalar, nəyisə partladalar, amma bütün hallarda informasiya və siyasi təxribat ola bilər. Tək Azərbaycan ərazisində yox, dünyanın hər yerində, hansı ki, dünyanın 40-dan çox ölkəsində Azərbaycanın səfirliyi, konsulluqları, ticarət nümayəndəlikəri var, ermənilər orda da təxribat törədə bilərlər. Yəni biz bu məsələlərdə həddən artıq ehtiyatlı olmalıyıq”.

Siyasi şərhçinin sözlərinə görə, böyük miqdarda təxribat törədilsə belə, görüşün dəyişidirilməsi mümkünsüzdür:

“Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan bunu istəyir, Azərbaycan üçün də burada hər hansı bir problem yoxdur. Bunu istəmiyən Rusiyadır və indi nə qədər desələr də, tərifləsələr də, Rusiyanın təhlükəsizlik orqanları bir növ dünyada təklənib. Ona görə də, görüşün qarşısını almaq mümkün olmayacaq, amma siyasi analizlərə görə, hadisələrin gedişi onu göstərir ki, Brüsseldə hər hansı bir ciddi razılıq əldə olunmayacaq. Sülh müqaviləsinin bağlanması üçün Brüssel tərəfləri razı sala bilməyəcək. Çünki ABŞ bunun üçün tamam ayrı bir layihə irəli sürüb və onun layihəsi ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu yenidən bərpa olunsun. Onlar ikinci bir məsələni də gündəmə gətirirlər ki, Dağlıq Qarabağın hansısa bir səviyyədə statusu olsun. Lakin bu Azərbaycanın maraqlarına ziddir. Əgər Aİ-nin rəhbərliyi Azərbaycanın qarşısına, maraqlarımıza uyğun olmayan hər hansı bir layihə irəli sürərsə, Azərbaycan Prezidentinin oranı tərk edəcəyinə inanıram. Çünki başqa yolumuz yoxdur”.

yenisabah.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR