Brüsseldə Əliyev-Mişel-Paşinyan görüşü: Avropa İttifaqı nə edə bilər... - "The National İnterest" dörd təklif irəli sürür

14 dekabr, 2021 13:33

Xəbər verildiyi kimi bu gün dekabrın 14-də Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələrinin sammiti çərçivəsində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq. Bu üçtərəfli görüşdən əvvəl isə Şarl Mişel Azərbaycan və Ermənistan rəhbərləri ilə ayrı-ayrılıqda görüşəcək.

Bəs bu görüşlərdən nə gözləmək olar? Avropa İttifaqı regionda postmünaqişə dövrü nizamlanmasında və Azərbaycanla Ermənistan arasında sərhəd münaqişələrinin yoluna qoyulmasında hansı rolu oynaya bilər?

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, “The National İnterest” dərgisində dərc edilmiş məqalədə Avropa İttifaqı üçün üç təklif irəli sürülür. Müəllif (ABŞ-dakı Atlantik Şurasının (Atlantic Council) Avrasiya Araşdırmaları Mərkəzinin mütəxəssisi) Mark Teminski qeyd edir ki, Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanması bir saatda baş verməyəcək, amma Aİ-nin iştirakı danışıqlar prosesində mühüm addım ola bilər.

Xatırladılır ki, Şarl Mişel daha əvvəl, bu ilin yayında Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşüb, o zaman tərəflər əsirlərin mina xəritələrinə dəyişdirilməsinə dair müəyyən razılıq əldə ediblər. Lakin iki ölkə sərhədində vaxtaşırı olaraq eskalasiya baş verir və sonuncu belə eskalasiyadan sonra Azərbaycanla Ermənistan müdafiə nazirləri səviyyəsində birbaşa təmas qurulmasını razılaşdırıblar.

Müəllifə görə, birincisi Avropa İttifaqı tərəflərə maliyyə və humanitar dəstək göstərməlidir.  Hazırda Aİ 17 milyon avrodan çox maliyyə yardımı edib və bu vəsait münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasına sərf edilib. Lakin gələcəkdə  Aİ-nin postmünaqişə dövrünün bərpa prosesləri üçün fonda maliyyə yardımı da öz töhfəsini verə bilərdi, bu vəsait münaqişənin gedişində dağıdılmış infrastrukturun bərpasına sərf oluna bilər.

İkincisi, Avropa İttifaqı tərəflər arasında sülh danışıqlarına dair öz təqdimatını verməlidir. Məqalədə qeyd olunur ki, Türkiyə və Rusiya Azərbaycan və Ermənistanla hərbi əməliyyatların dayandırılması və atəşkəs rejiminin təmin olunması üçün fəal işləyiblər. Türkiyə Qarabağ regionuna situasiyanı müşahidə etmək üçün öz hərbi nümayəndələrini göndərib. Rusiya isə regionda sülhməramlı kontinentini yerləşdirib. Bununla belə atəşkəsin pozulması halları qeydə alınır.

Ona görə də müəllifin fikrincə, Qərb təşkilatlarının üzvləri Avropa İttifaqını da cəlb etməklə regionda öz sülhməramlı missiyasını yerləşdirə bilərlər. Bu sülhməramlı missiya Rusiya və Türkiyə ilə  atəşkəsin təminat alınması üçün əməkdaşlıq edə bilər. Belə addım habelə ATƏT-in Minsk Qrupunun Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üçün vasitəçilik səylərini həyata keçirməsinə də imkan yaradardı.

Üçüncüsü isə, müəllifin fikrincə, Aİ Azərbaycan və Ermənistanla bu ölkələrin iqtisadi inkişafına yönəlmiş səylər çərçivəsində əməkdaşlıq etməlidir. Avropa İttifaqı yeni inkişaf bankı yarada bilər və hər iki ölkə bu bankın səhmdarları ola bilərdi. Eyni zamanda Avropa Yenidənqurma və İnkişaf Bankı da Azərbaycanla Ermənistana münaqişədən zərər çəkmiş ərazilərin bərpası üçün vəsaitlər ayırmalıdır.

Nəhayət Aİ tərəflərlə onların arasında ticarət imkanlarının genişləndirilməsi üzərində işləyə bilər. Bu imkan verərdi ki, hər iki ölkənin iqtisadiyyatının inkişafı stimullaşdırılsın.

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib