Rusiyanın "Vaqner" hərbi şirkətinə qarşı sanksiya tətbiq olundu - Bu, Cənubi Qafqaz ölkələrinə mesajdır?

14 dekabr, 2021 21:29

Bir neçə gün əvvəl Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Rusiyanın özəl hərbi podratçı şirkəti “Vaqner"ə qarşı sanksiyanın tətbiqinə qərar verilib. Belə ki, “Vaqner”lə əlaqəsi olan 4 hüquqi, 8 fiziki şəxsə qarşı sanksiyaların tətbiqi təsdiqlənib. Hətta bu məsələ geniş müzakirəyə çıxarılmayıb və xarici işlər nazirlərinin müavinləri Rusiyaya qarşı sanksiyanın tətbiqini birmənalı şəkildə dəstəkləyiblər. Sanksiyanın tətbiqi belə əsaslandırılıb ki, Rusiya Afrikanın qərbində yerləşən Mali dövlətinin demokratiyaya keçidini əngəlləyir və Moskva “Vaqner”in muzdlu döyüşçüləri vasitəsilə demokratikləşmə prosesinə mane olur. Hətta bu məsələdə Rusiya ilə əməkdaşlıq edən Mali hökumətinə də sanksiyaların tətbiqi qərara alınıb.

Bəs “Vaqner”ə qarşı tətbiq edilən bu sanksiyanın tətbiqi indiki situasiyada təsadüf ola bilərmi?

Prezident İlham Əliyevin Brüssel səfərindən bir neçə gün əvvəl belə bir qərarın verilməsini təsadüfi addım hesab etmək olar?

Birincisi, Avropa İttifaqının məhz belə bir ərəfədə “Vaqner”ə sanksiya tətbiq etməsi Rusiyanın Cənubi Qafqazda da sülh və təhlükəsizliyin yaradılması üçün yararlı olmadığının mesajıdır.

Qarabağda olan Rusiya sülhməramlılarının tərkibində “Vaqner” muzdlu döyüşçülərinin ola biləcəyi ehtimalı ilə bağlı bir neçə ay bundan öncə ayrıca məqalə çıxış etmişdim. Çünki münaqişə bölgələrində vəziyyətə tam nəzarəti ələ keçirmək üçün həmin ərazilərə “sülhməramlı” adı altında peşəkar muzdlu döyüşçülər yerləşdirmək Rusiyanın ənənəvi siyasətinin tərkib hissəsidir. Ortada xeyli sayda nümunələr var. Düzdür, Malidə vəziyyət tamamilə başqadır və bunu Qarabağdakı durumla müqayisə etmək qüsurludur. Ancaq söhbət Rusiyanın maraqlarının mövcud olduğu ərazilərə onun yanaşmasından gedir. Məsələn, “Vaqner” 2013-cü ildə Krımda idi. Orada yerli əhalidən (keçmiş hərbçilər) “Vaqner”ə xeyli sayda döyüşçü cəlb etdilər. Krımdan toplanan “vaqnerçi”lər xüsusi təlimlərdən sonra Suriyaya göndərildilər. Suriyada “vaqnerçi”lərin tərkibi daha da genişləndi, onlar bu dəfə Donbasda peyda oldular. Donbasda daha fərqli üslubda öz tərkibini zənginləşdirən “Vaqner” Liviyada görünməyə başladı. 2020-ci il avqust ayında isə Belarusda prezident seçkiləri zamanı sərhəddə baş verən iğtişaşlar zamanı bir neçə nəfər həbs edilir və məlum olur ki, “vaqnerçi”lərdir. Qarabağ dünyada mövcud olan münaqişələrin sırasında idi, Rusiya Qarabağı öz “marşurutu”ndan kənarda saxlaya bilməzdi. Bunun əksini düşünmək ən azı sadəlövlükdür. Digər tərəfdən, Abxaziya və Cənubi Osetiya rəhbərlərinin özəl mühafizəsinin bu günə qədər də “Vaqnerçi”lərdən təşkil olunduğu məlumatlar sırasındadır.

İkincisi, bu, “3+3” və “3+2” platformalarının müzakirəsi ərəfəsində Qərbin Cənubi Qafqaz ölkələrini “cəlbetmə”, “ayıltmaq” təşəbbüsüdür.

Üçüncüsü, "Vaqner" özəl hərbi şirkətinin (ÇVK) yaradıcısı və sahibi, milyarder iş adamı Yevgeni Priqojinin ötən il verdiyi açıqlama bu şirkətlə Rusiya dövlətinin eyni siyasi mövqedən çıxış etdiyinin göstəricisi hesab etmək olar: “Qarabağda baş verənlərin bilavasitə səbəbkarı Ermənistanın baş naziri, çox anlaşılmaz və çox təhlükəli oyun oynayan Nikol Paşinyandır. Paşinyan xeyli vaxtdır ki, Qərbə meyllənib, Qərbin əmrlərini yerinə yetirir və Rusiyanı aldatmaq istəyir”. Deməli ki, “Vaqener”ə qarşı tətbiq edilən sanksiya Rusiyaya tətbiq edilmiş sanksiyadır və bunu gələcəkdə nəzərdə tutulan sərt sanksiyaların "müjdəçisi” hesab etmək olar. Bu sanksiya həm də Rusiyanın Ermənistan üzərindəki siyasi-iqtisadi üstünlüyünə qarşı yönəlib. 

Movcud situasiya:

A) Paşinyan seçim qarşısındadır, ya Qərbi seçməlidir, ya Rusiyanı… Hər iki halda nəticə onun üçün ağır olacaq.

B) Praqmatik və balanslaşdırılmış siyasəti Azərbaycanı bizi belə bir seçim qarşısında qoymayıb. Milli maraqlar çərçivəsində seçimiz yalnız və yalnız bundan sonra da Azərbaycanı inkişafa aparan müstəqil siyasət ola bilər.

Onu da qeyd edim ki, bu gün NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib ki, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik hamı üçün vacibdir.

Görünən budur ki, Qərb dünyanın müxtəlif ölkələrində olduğu kimi, Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunu da təhlükəsizliyə təhdid amili hesab edir.

Prezident İlham Əliyev Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında dediyi fikirlər Ermənistanın başqa yolunun olmadığını göstərir: “Zəngəzur dəhlizi Naxçıvan MR-ə çıxış olmaqla yanaşı, Ermənistan dəmiryolu əlaqələrinin İranla birləşməsi üçün bir fürsətdir. Ermənistanın Rusiya ərazisi ilə də birbaşa əlaqəsini yaradır. Çünki hazırda Ermənistana belə bir dəmiryolu əlaqələri yoxdur. Bunların hamısı müsbət mühit formalaşdıracaq. Hamıya sərf edəcək əlverişli bir vəziyyətdir. Bu fürsətin düzgün qiymətləndirilməsi çox vacibdir ki, biz də sülhpərvər gələcəyimizi təmin edək. Biz sülh sazişinin imzalanmasına tam hazırıq və bu gün də cənab Paşinyan və cənab Mişellə bu məsələlərə aydınlıq gətirəcəyik”.

Deməli, Ermənistan xilas olmaq istəyirsə, ilk olaraq Azərbyacanın şərtlərini qəbul etməli, sülh müqaviləsinə imza atmalıdır. İstənilən halda Ermənistanın gələcək taleyi Azərbaycanla olan münasibətlərindən asılı olacaq. Qisasçı siyasət Ermənistanı bu günkü kimi daha ağır seçimlər qarşısında qoyacaq.  

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR