"İranın səyləri nəticəsində Türkiyə Qarabağda ..." - Rusiyalı ekspert

27 dekabr, 2021 00:31

Cənubi Qafqazda yeni geosiyasi dəyişikliklərin strateji miqyası və istiqaməti hələ yenicə formalaşmaqdadır. Rusiya yeni vəziyyətdə regionda öz rolunu az qala yenidən təsdiq etməli olduğu halda, Türkiyə və İran bu istiqamətdə nəzərəçarpacaq uğurlar qazanmaqdadır.

Bu yaxınlaradək İran öz qoşunlarını Azərbaycanla sərhəddə çəkmişdi, son 30 ildə ilk dəfə olaraq genişmiqyaslı hərbi təlimlər keçirmək istəyirdi. Bu hərəkətlər İran və Azərbaycan mətbuatında bir-birinin ünvanına neqativ ritorika ilə müşayiət edilirdi. Tehran Bakını İsrail ilə əməkdlıqda ittiham edərək bəyan edirdi ki, Azərbaycanda "1000 İsrail mütəxəssisi və 1800 İŞİD (Rusiya Federasiyasında fəaliyyəti qadağan edilmiş təşkilat) terrorçusunun olması barədə məlumatlara malikdir.

İranın qıcıqlanmasına səbəb kimi bir çox ekspertlər müəyyən təsirli dairələrin ikinci Qarabağ savaşının nəticələrindən narazı olmasını göstərirdilər, bu zaman regionda Türkiyənin təsirinin artması müşahidə edilirdi, Tehran isə bu münaqişədə mümkün vasitəçilər arasından çıxarılmışdı.

Bununla əlaqədar olaraq belə bir versiya irəli sürülürdü ki, İran liberalları guya ABŞ-dakı erməni diasporunun liderləri ilə əlaqə yaradaraq, formalaşan Moskva-Bakı-Ankara taktiki alyansı pozmaq və ya bu alyansa girmək məqsədini güdür. Və guya  İranın səyləri nəticəsində Türkiyə Qarabağda savaşa son qoyan 10 noyabr 2020-ci ildə imzalanmış sülh razılaşmasında iştirak etməyib.

Bu mülahizəni təsdiq və ya inkar etmək mümkün deyil, çünki dürüst məlumatlar yoxdur. Lakin fakt ondan ibarətdir ki, Tehran qəflətən "region dövlətlərinin sərhədlərinin mümkün dəyişilə biləcəyi" barədə həyəcan təbili çalmağa və gözlənilmədən özünün Cənubi Qafqaz siyasətini genişləndirməyə başladı.

Əvvəlcə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İrana səfər etdi. Qaz sahəsində, o cümlədən mübadilə prinsipi üzrə Türkmənistandan qaz təchizatı və Naxçıvanı qazla təmin etmək barədə razılıq əldə olundu. Bundan başqa, Xəzər dənizində dəniz yataqlarının mənimsənilməsi məsələləri də müzakirə edildi. Bakıda və Tehranda bunu dəyərləndirdilər. Noyabrın sonunda Aşxabadda Azərbaycan Prezidenti İlham Əliyevlə onun iranlı həmkarı İbrahim Rəsi ilə görüşü baş tutdu. Bunun ardınca Moskvada "3+2" formatında (Rusiya, Türkiyə, İran) XİN başçıları müavinləri səviyyəsində görüş oldu. Nəhayət, bu günlər İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Bakıya səfər etdi. Azərbaycan rəhbərliyi ilə görüş və danışıqlardan sonra Abdullahyan Twetter səhifəsində yazıb ki, "iki ölkə arasında dönüş nöqtəsi" müəyyən edilib, "biz münasibətlərimizdə yeni səhifə açmaq və əlaqələrimizin bundan sonra da inkişafı üçün yol xəritəsini hazırladıq".

İndi ekspertlər İran-Azərbaycan yaxınılaşmasının, Tehranın "bir ifratçılıqdan digərinə sıçrayışının" səbəbləri üzərində ehtimal edirlər.

Maraqlı ssenarinin inkişaf etməsindən xəbər verən obyektiv xarakterli səbəblər var. Məsələ burasındadır ki, bu yaxınlaradək İranın Cənubi Qafqazda gedən regional proseslərə cəlb edilməsi aşağıdakı baza seçimləri ilə bağlı olub: Ermənistanla əlaqələrin dərinləşməsi ( Dağlıq Qarabağın de-fakto tanınmasına ehtiyatlı yanaşma ilə) və Azərbaycandakı vəziyyətə hansısa bir üsullarla təsir etmək cəhdləri.

İkinci Qarabağ savaşında  sonra bunlar keçərli deyil. İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Oskanyan hesab edir ki, bu, onun nəticəsidir ki, "iranlıların nöqteyi-nəzərincə, Ermənistan hakimiyyəti gözlənilməz siyasət yeridir, aydın davranış xətti yoxdur". Məsələn, Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi  İranın Ermənistana və sonra da Qara dəniz limanlarına yük daşınmalarını çətinləşdirib. Nəticədə Tehran, Bakı və Tbilisi Fars körfəzini Qara dənizlə birləşdirəcək tranzit marşrutunun təşkil edilməsi barədə razılıq əldə ediblər. Növbəti dörd ayda İrandan Astara sərhəd məntəqəsindən Azərbaycana İran mallarının, habelə Gürcüstanın Qara dəniz sahillərindəki limanlarından Bolqarıstana və Şərqi Avropanın digər ölkələrinə  pilot yüklərinin daşınması həyata keçiriləcək. Xatırladaq ki, əvvəllər İran Qara dənizə çıxışının Ermənistan vasitəsilə olmasına üstünlük verirdi.

Növbəti iki seçimlər kəsişir: regionda Türkiyənin və imkan daxilində Rusiyanın səylərinə imkan verməmək. Lakin indi, Tehran görünür ki, təsir dairələrinin Rusiya-İran-Türkiyə üçbucağında bölünməsi formulunu qəbul etməyi qərara alıb, bu da mümkün koalisiya yaradılmasına imkanlar açır. Ona görə də Tehranın hansı hərəkətlərinin vəziyyətlə bağlı olduğunu, hansılarının strateji xarakter daşıdıqlarını anlamaq üçün zaman lazımdır. Bununla yanaşı, Bakıda İranla qarşılıqlı əlaqədə qeyri-rəsmi olaraq İranın klerikal-siyasi qruplara və müvafiq meyllərə mümkün dəstəyindən əndəşələnirlər. İranı isə ölkənin bir sıra şimal-qərb ərazilərində Cənubi Azərbaycanın "suverenləşdiriliməsi" ilə bağlı potensial cəhdlər narahat edir. Bu zaman İranın yeni rəhbərliyi  "böyük İran" ideyaları ilə maraqlanmağa başlayıb.

İndi isə bəzi "subyektiv amillər" barəsində.

Tehranın hakimiyyət eşalonunda elə qüvvələr var ki, Əliyevə,  Ərdoğana və ya Putinə dəstək vermək qərarını düzgün saymırlar. Prezident seçkilərində İbrahim Rəisinin qalib gəlməsi ilə İranda daxili siyasi vəziyyət dəyişib, baxmayaraq ki, İran cəmiyyəti parçalanıb. Nəinki islahatçılar və liderallar, həmçinin mülayim mühafizəkarlar, texnokratlar, praqmatiklər, bir sözlə, ölkədəki vəziyyəti obyektiv olaraq qiymətləndirənlər siyasətdən kənarda qalıb. Ekspertlərin fikrincə, bu zaman indiki hakimiyyətin əleyhdarları və ya opponentlərimin islam rejiminə qarşı çıxmasını iddia etmək səhv olardı. Onlar ölkədə hakimiyyəti qazanmış konkret siyasətçilərə, onların "yarıtmaz siyasətinə" qarşıdır.

Nəticə.

Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda yeni dəyişikliklərin strateji miqyası və istiqaməti hələ yenicə formalaşır. Bu zaman belə alınır ki, Rusiya regionda öz rolunu az qala yenidən təsdiq etməyə məcburdur. Tarixi üçbucağın üç ölkəsi Cənubi Qafqazda qarşıdurmadan çəkinir və təhlükəsizlik məsələləridə qarşılıqlı maraqlara dəstək verməyə çalışırlar.

Lakin bütövlükdə Rusiyanın Qafqaz siyasətinə, onun  İran və Türkiyə ilə yalnız situasiya ilə bağlı tərəfdaş münasibətlərinə yenidən baxmaq məqamı yetişir. 

Stanislav Tarasov

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi