Azərbaycan ordusunu nüfuzdan salmaq kimə lazımdır?

03 yanvar, 2022 13:14

2022-ci il Azərbaycanın strateji hədəfləri baxımından mühüm əhəmiyyət kəsb edir. Bu il ərzində təkcə Azərbaycanın deyil, ümumilikdə region ölkələrinin davranışları və tempi onların gələcəyi ilə bağlı bütün suallara cavab vermək üçün münbit il olacaq. Hazırda dünyada fərqli situasiya var, bütün bölgələr kimi Qafqaz da təhdid altındadır. Nəzərə almaq lazımdır ki, pandemiya şəraitində dünyada ilk müharibə Azərbaycanla Ermənistan arasında baş verdi. Müharibə etməkdə Azərbaycanın əsas hədəfi torpaqlarını işğaldan azad etmək idi. Ermənistanın da “hədəf”ləri bəlli idi. Amma qalib və məğlub olmasından asılı olmayaraq, müharibə iştirakçısı olan ölkələrin zəif hala gətirilməsi amili də qlobal güclərin hədəfləri sırasında idi. Ermənistan məğlub duruma düşdü, ordu sistemi ideoloji və inzibati bazadan məhrum edildi. Bəs Azərbaycan? Məntiqlə yanaşanda, müharibə qalib və məğlub tərəfin hər ikisinə ağır başa gəlir. Müharibənin fəsadlarını aradan qaldırmaq, istifadə olunan silahların yerini doldurmaq və orduya inamı saxlamaq çətin prosesdir. Azərbaycan belə bir təhlükə ilə üz-üzə qalmadı, müharibədən dərhal sonra nizami ordu daha peşəkar şəkildə təşkil olundu, silahların yeri dolduruldu, azad edilən ərazilərdə yeni hərbi hissələr yaradıldı, ölkənin hərbi arsenalı, ordunun şəxsi heyəti daha da artırıldı.

Bəs bu gün nə baş verir? Qalib Azərbaycan ordusu ilə xalq arasında uçurum yaratmaq və ordunu nüfuzdan salmaq üçün mənfur kampaniyaya start verilib. 2022-ci ilin cəmi iki gününü geridə qoymuşuq. Ancaq bu iki gün ərzində fərqli “sürpriz”lərlə rastlaşdıq.

Birincisi, ayın 1-də şəhid general-mayor Polad Həşimovun anasının emosional çıxışı gündəmə bomba kimi düşdü. Şəhid generalın anasına yanlış məlumatların ötürülməsi və onun uzun müddət ərzində saxta informasiyaların təzyiqi altında saxlanılması bu məsələdə əsas rol oynadı. Hədəf Azərbaycan ordusu idi, amma bu məsələdə bir generalın anasından istifadə olunması düşmənlərimizin nə qədər hiyləgər və məkrli olduğunu göstərir. Şəhid generalın anası ilə təmasda olan qazilərin kimliyi, onların fəaliyyəti, bağlı olduqları müəyyən dairələr və s. bütün bunların hamısı araşdırılmalıdır. Ən dəhşətlisi budur ki, mənfur qüvvələr bu oyunu küçə jurnalistlərindən birinin vasitəsilə həyata keçirdilər. Onlar bununla “Media haqqında” yeni qanun layihəsi ilə bağlı da mesajlar da vermiş oldular. Bu, başqa mövzunun mətnidir. Ancaq geriyə yolumuz qalmır, qanunların tanıdığı bütün imkanlar daxilində  ciddi tədbirlər həyata keçirilməlidir. Özü də radikal və qətiyyətli şəkildə! Söz yox ki, generalın anasının məlum çıxışını kim yayımlasaydı, bomba effekti verəcəkdi. Amma məsələ bunda da deyil. Bu müddət ərzində şəhid generalın anasını mütəmadi ziyarət edənlərin içərisində cənub qonşumuzun nümayəndələrinin xüsusi fəallıq göstərdiyi də diqqətimizdən yayınmadı.

General-polkovnik Kərim Vəliyevin hədəf seçilməsi isə təsadüfi hadisə deyildi. O, müstəqillik dövrü ərzində Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edilən ilk milli kadrdır. Buna qədər o vəzifəni Nəcməddin Sadıkov zəbt etmişdi. Odur ki, K.Vəliyevin hədəf seçilməsi bir o qədər də təəccüb doğurmur. Bu vəzifəyə təyin edilərkən onunla bağlı hər bir detal ələkdən keçirilib. Əldə etdiyim məlumata görə, K.Vəliyevin hər hansı bir ölkəyə bağlı olmadığı qəti şəkildə sübut olunub və bu da onun məlum vəzifəyə təyinatının gerçəkləşdirilməsində əsas rol oynayıb. O zaman sual olunur: bu, kimə, hansı ölkəyə sərf etməyə bilərdi? Təbii ki, Cənubi Qafqaz ölkələrində Qərargah rəisi vəzifələrinə təyin ediləcək şəxslərin yalnız özünə bağlı olmasını arzulayan qüvvəyə! Neçə ki N.Sadıkov 30 il bu qüvvələrə xidmət elədi. Deməli, Azərbaycan dövləti həm də böyük bir gücün orduda əsas istehkamını da dağıtmış olub.

İkincisi, dünən - yanvarın 2-də DSX-nın Qubadlı rayonunda müddətdən artıq xidmət keçən əsgəri öz xidmət yoldaşlarını qətlə yetirərək qaçması haqqında məlumatlar gündəmin əsas vitrinini təşkil etdi. Diqqət ediriksə, ordudakı xoşagəlməz hallar silsilə şəkildə və çaşdırıcı trayektoriyalarla diqqəti cəlb edir. Heç şübhəsiz, bu hadisəni fərqli məcraya yönəltmək istəyən qüvvələr yenidən aktivləşdilər. Ancaq cəbhədə, Qarabağ bölgəsində xidmət keçən hər kəs bilir ki, orduda bu tip hadisələr əsasən nizamnamədən kənar münasibətlərin nəticəsi olaraq meydana çıxır.

Bizim başqa yolumuz, məramımız ola bilməz. Ölkəmizə qarşı təzyiq və təhdidlərin elementləri açıq şəkildə nəzərə çarpır. Ancaq qorxmaq, geri çəkilmək lazım deyil. Daha ciddi qətiyyətlə mifləri dağıtmaq, ordunu tamamilə milliləşdirmək lazımdır. Çünki müharibə hələ bitməyib. Ən azı ona görə ki, Rusiyanın hərbi kontingenti “sülhməramlı” adı altında bizim torpaqlardadır. Və hələ 4 il buna dözmək məcburiyyətindəyik, daha sonra nə baş verəcək, bunu da bilmirik. Digər tərəfdən, erməni terrorçuları Xankəndidə, Xocalıda, Ağdərədə öz bildikləri kimi yaşayır, fəaliyyət göstərirlər. Deməli, Azərbaycan dövləti üçün əsas hədəf ordunu ən yüksək inkişaf mərhələsinə qaldırmaq olmalıdır. Ordu! Ordu! Bir daha ordu! Özü də ən xırda damarına qədər milliləşdirilmiş və peşəkar ordu!

Elə Prezident İlham Əliyevin orduya münasibəti də bir çox mətləblərə işıq salır. Onun istədiyi daha peşəkar və milli orduya sahib olmaqdır. Dövlət başçısının “Tərtər işi”ni nəzarətə götürməsi, yeni istintaq qrupunun yaradılması təsadüfi deyil. Bu, ordudakı mənfi təmayülləri aşkara çıxarmaq üçün İ.Əliyevin iradəsinin ifadəsidir.

Ən əsası, ordu siyasi proseslərdən kənarda tutulmalıdır. Əgər belə olmayacaqsa, orduda baş verən hər hansı xırda hadisə siyasi proseslərə də təsir göstərmiş olacaq.

Müəllif: Samir Feyruzov

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi