Ermənistan yeni terror dalğası əsdirəcək? - ŞƏRH

22 yanvar, 2022 00:27

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan İrəvanın delimitasiya və demarkasiya prosesləri ilə bağlı son mövqeyini açıqlayıb. O bildirib ki, Ermənistan Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır. Üstəlik, yayılan açıqlamada vurğulanır ki, tərəflər Ermənistan-Azərbaycan sərhədi boyu sabitləşmə və təhlükəsizliyi gücləndirmək istiqamətində addımlar atmaqla bağlı da razılığa gəliblər.

İrəvandan belə bir açıqlamanın gəlməsi ilk növbədə insanların ağlına Ermənistanın “quyruğunun qapı arasında qalması”nı gətirə bilər. Amma belə bir həssas məqamda ASALA terror təşkilatı dirildiyini elan edir və “Şuşa və Hadrutu geri qaytaracağı” hədyanı səsləndirir. Doğrudanmı, Azərbaycan üçün yeni erməni terror dalğası əsdiriləcək?

Suallarımıza keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla cavab tapmağa çalışdıq.

Politoloq publika.az-a müsahibəsində bildirdi ki, Ermənistan tərəfinin son bəyanatları İrəvanın yeni oyunudur.

- Tofiq müəllim, Ermənistan Xarici İşlər Nazirliyi bildirdi ki, İrəvan Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır. Necə düşünürsünüz, İrəvan daşı ətəyindən töküb?

- Xeyr. “İrəvan Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır” – bəyanatı əslində ermənilərin növbəti oyunudur. Bu oyun ondan ibarətdir ki, delimitasiya və demarkasiya danışıqları texniki xarakter daşıyır. Yəni bunların nəticəsində hansısa siyasi sənəd qəbul olunmur. 

- Bu o deməkdir ki, böyük sülh müqaviləsi olmayacaq, amma demarkasiyaya hazırıq?

- Bəli. Yəni, Ermənistan Xarici İşlər Nazirliyinin sonuncu açıqlamasında söhbət adi nüanslardan gedir. İstər post-konflikt şəraitində, istərsə də digər variantlarda ölkələr öz aralarında hansısa münasibət qurmaq istəyirlərsə, o zaman onlar ilk növbədə diplomatik əlaqələri formalaşdırırlar. Beləliklə, bir-birlərinin ərazi bütövlüyünü və suverenliklərini tanıyırlar. Bu baxımdan, Ermənistan həmin addımı atmaq istəmir. Yəni, digər məsələni, mövzunu ortaya atır. Sadaladığım addımlardan sonra gələn delimitasiya və demarkasiya prosesləri daha çox texniki nüanslardır. Əslində, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək istəmir. Onlar 30 il bundan əvvəl Azərbaycana qarşı məlum “Miatsum” layihəsini irəli sürüblər, onu bu gün də davam etdirmək niyyətindədirlər. 44 günlük Vətən müharibəsindəki məğlubiyyətlərindən sonra indi də rəsmi olaraq onlar bundan qaçırlar, ona görə də deyirlər ki, “ilkin şərtlər olmasın”. Bütün bunlar onu göstərir ki, Ermənistan faktiki olaraq Azərbaycanın bərpa olunmuş ərazi bütövlüyünü və suverenliyini tanımaq istəmir. Üstəlik, müəyyən ümidlər bəsləyir ki, hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarət bölgəsində yaşayan 20-25 min ermənidən istifadə edəcəklər. İrəvandakı dairələr güman edirlər ki, onlar bu tarixi şəraitdə yenidən “Miatsum” layihəsini tam şəkildə bərpa edəcəklər, yenidən “artsax” deyilən layihəyə təzə şəraitdə dəstək verəcəklər. 

- Həmin dəstək nədən ibarət olacaq?

- Dəstək ondan ibarətdir ki, Ermənistan dövləti, onun hökuməti, Nikol Paşinyan hakimiyyəti xüsusi proqram qəbul edib. Həmin proqramda Ermənistan dövləti rəsmi olaraq Qarabağdakı ermənilərə maliyyə yardımı ayırmağı, hansısa layihələrin icrasını nəzərdə tutur. Bu o deməkdir ki, Ermənistan dövləti beynəlxalq hüquq çərçivəsində Azərbaycan torpağı kimi tanınan ərazilərə “yardımlar” ayırmağı düşünür. Mahiyyət bundan ibarətdir. 

- Azərbaycan kommunikasiyaların açılması istiqamətində öz üzərinə düşənləri edir. Amma Ermənistan tərəfdən tərpəniş yoxdur...

- Gəlin, ölkə Prezidentinin müsahibəsinə diqqətlə baxaq. Ölkə başçısı orada bildirir ki, biz Ermənistana ağıllanması üçün vaxt veririk. Sadə dillə desək, məğz budur. Yəni, Azərbaycan Ermənistana vaxt verib. Əgər İrəvan öz işğalçılıq siyasətindən əl çəkməsə, bu, sonda Ermənistan üçün fəlakətlə nəticələnəcək. Hətta Prezident həmin məlum müsahibəsində bir cümlə də işlətdi, dedi ki, bəlkə də bu elə bizim xeyrimizə olacaq. Yəni, Azərbaycan tərəfi çox yaxşı başa düşür ki, İrəvanın səsləndirdiyi bəyanatlarla atdığı addımlar, əməllər üst-üstə düşmür. Baxın görün, Fransanın prezidentliyə namizədi Valeri Pekres necə gəldi... İlk olaraq İrəvanda Ermənistanın prezidenti qəbul etdi. Yəni, ermənilərin xəbərləri var idi ki, Pekresin rusiyalı sülhməramlıların nəzarət bölgəsindəki ərazilərimizə səfəri olacaq. Əslində, bu səfərlə Azərbaycanın qanunlarını pozmuşdular. Həmin təxribatı da ermənilərin özləri təşkil etmişdilər. Fransalı Valeri Pekres də bu təxribatlarda iştirak edib, bu, öz yerində. Amma Rusiya sülhməramlıları, ermənilər və Fransa demək olar ki, həmin təxribatları açıq şəkildə həyata keçiriblər. Yəni, təbii ki, onların bu cür siyasəti hələ də var. Məğlub olmalarına baxmayaraq, diplomatik baxımdan da zərbə alıblar. Eyforiyaya qapılıblar. Üstəlik, iqtisadi baxımdan da zərbə alıblar. Bütün bunlara baxmayaraq, hələ də ərazi iddialarından əl çəkdiklərini bəyan etmək istəmirlər. 

- ASALA terror təşkilatı dirildiyini elan etdi. İndiki həssas məqamda onların yenidən dövriyyəyə buraxılması nədən xəbər verir?

- Birmənalı olaraq ASALA terror təşkilatıdır. Müəyyən zamanlarda bu qurum terror təşkilatlarının siyahısında da olub. Hətta onlara qarşı ABŞ Konqresi də hansısa tədbirlər görmüşdü.  Amma daha sonra səhv etmirəmsə, ASALA-nı terror təşkilatları siyahısından çıxardılar. İndi isə Paşinyanın dediyi kimi, “təzə şəraitdə” ASALA müharibəni davam etdirəcək. Terror müharibəsinin və dalğasının üstümüzə gəlməsi çox realdır. Türkiyə nümunəsini yada salaq: 60-dan yuxarı diplomat erməni terroru nəticəsində öldürülmüşdü və ya zərər çəkmişdi.  Bunların hamısı tarixdir. Ermənilər bundan əl çəkməyəcəklər və ASALA kimi təşkilatlar yenidən terror fəaliyyətlərinə davam edəcəklər. Beləliklə, ermənilər yeni zərbələr alacaqlar. Məhz ona görə də Azərbaycan öz müdafiə büdcəsini azaltmır. Ona görə də Ermənistana mütəmadi olaraq xəbərdarlıqlar edilir. İndi top Ermənistan tərəfdədir. “İlkin şərtlər olmasın” kimi bəyanatlarla İrəvan heç kəsi aldada bilməz.

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"