"Krım tatarları Rusiya ilə müharibəyə hazırlaşır" - "Middle East Eye" nəşri

25 yanvar, 2022 17:37

Dünyanın diqqətinin hələlik Rusiya ilə Ukrayna arasında sərhədə yönəldiyi və potensial olaraq yeni hərbi müdaxiləni gözlədiyi zamanda Ukraynanın bəzi sakinləri üçün hazırki gərginlik 2014-cü ildən qat-qat uzaqlara aparıb çıxaran köhnə münaqişənin davamı kimi qiymətləndirir.

"Middle East Eye" nəşri Ukraynanın 280 minlik türk müsəlman azlığından- Krım tatarlarından danışıb. Onlar öz əzəli vətənləri olan Krım əhalisinin 12 faizini təşkil edir.

Bu ərazilərin tarixi Krım tatarları ilə Moskva arasında çoxdankı düşmənçiliyi müəyyən edir. 1944-cü ildə Stalinin əmri ilə onlar zorla deportasiya edilib, yalnız 1980-ci illərdə onlar Orta Asiyanın əmək düşərgələrindən geriyə dönməyə başladılar.

2014-cü ildə Krım tatarları qətiyyətlə yarımadanın Rusiya tərəfindən ilhaqına qarşı çıxırdılar. Bu, baş verəndən sonra Mockva azlıqların sıxışdırılması siyasətinə başladı, hərçənd hakimiyyət iddia edir ki, icmaya qarşı deyil, ayrı-ayrı "terrorçulara" qarşı mübarizə aparılır.

Nəşrin yazdığına görə, yerli gənclik Rusiyanın hərbi müdaxiləsinə qarşı döyüşməyə hazırdır.

"Kimsə sənin evini zəbt edib ailəni təhqir etməyə cəhd edirsə, əgər sən əsl kişisənsə, əllərinə silah götürüb son nəfəsinədək onu qorumalısan", - nəşr əslən Krımdan olan, hazırda Ukrayna silahlı qüvvələrinin ön sıralarında xidmət keçən əsgər Renatın sözlərindən iqtibas gətirir.

Renat orduda 2012-ci ildən xidmət edir və iddia edir ki, Ukraynanın Silahlı Qüvvələrinin illərin korrupsiyası və laqeydliyi ucbatından parçalanmış və  başıpozuq olduğu 2014-cü ildən fərqli olaraq, əsgərin təchizatı və taktikasından tutmuş təcrübəsinədək hər şey yaxşılaşıb.

Ukraynanın müsəlman döyüşçülərinin çoxu münaqişənin əvvəlində bəzilərinin "Sağ sektor"la əlaqəsi olan könüllü taborların tərkibində döyüş əməliyyatlarında iştirak edib. Bu gün "Sağ sektor"un bəzi bölmələri Ukrayna ordusuna inteqarasiya etsə də, onun bir hissəsi ön cəbhədə fəaliyyət göstərir . Keçmiş döyüşçülərdən birinin dediyi kimi, ordu "Sağ sektor"la əməkdaşlıq edir, amma bunu büruzə verməməyə çalışır. Birincisi, Şərqi Ukraynada vəziyyəti gərginləşdirməməkdən ötrü, ikincisi, Ukraynanın obrazını sağ radikal qruplarla əməkdaşlığı qəbul etməyən Qərb tərəfdaşlarının gözündən salmamaq üçün.

Krım tatarlarından başqa, "Sağ sektor"un tərkibində postsovet məkanının digər bölgələrindən- Çeçenistandan, Gürcüstandan və Dağlıq Qarabağdan olan müsəlmanlar döyüşüb və Moskva ilə haqq-hesab çəkməyə can atıblar.

Lakin o zamandan Ukrayna hökuməti Silahlı Qüvvələrin modernləşdirilməsi üzrə islahatlara başladı. 250 000 hərbi qulluqçu bu gün daha intizamlıdır, daha yaxşı təlim keçib və ölkənin şərqində döyüş əməliyyatlarının gedişində gerçək döyüş təcrübəsinə yiyələnib.

2014-cü ildə Ukrayna Vaşinqtondan təhlükəsizlik sahəsində 2, 5 miyard dəyərində yardım alıb və öz arsenalında Amerikanın dəqiq nişan ala biləcək tankəleyhinə raketlərin və Türkiyənin pilotsuz uçuş aparatlarının olması ilə öyünə bilər.

Könüllü dəstələrə stabilliyin pozulmasına təhlükə kimi baxmağa başladılar və Kiyev rəsmiləri onların qarşısını almağa cəhd edir. Onlar ehtiyat edir ki, əcnəbi döyüşçülər özünü məsuliyyətli Qərb dövləti kimi təqdim edən və bir zaman NATO və Avropa İttifaqına daxil olmaq qabiliyyəti olan Ukraynanın imicini korlaya bilər. Könüllü bölmələrin əksəriyyəti nizami ordu və milli qvardiyanın tərkibinə qatılıb.

Lakin Rusiyanın hərbi müdaxiləsi təhlükəsi könüllülər mövzusu yenidən gündəmə gətirib.

Kiyevin Silahlı Qüvvələrinin modernləşdirmək üzrə səylərinə rəğmən, hərbi ekspertlərin əksəriyyəti bu fikirdədir ki, Rusiyanın genişmiqyaslı hücumuna qarşı Ukrayna ordusunun şansları yüksək deyil. Ukraynanın minlərlə mülki şəxsləri Rusiyanın ölkəni işğal edəcəyi təqdirdə partizan dəstələrində döyüşmək üçün döyüş vərdişlərini öyrənir.

ABŞ qərargahlar rəisləri birləşmiş komitəsinin sədri general Mark Milli öz rusiyalı həmkarını hətta xəbərdar edib ki, Moskva Ukraynaya hərbi müdaxilə edəcəyi halda genişmiqyaslı üsyançı hərəkatla üz-üzə qalacaqdır.

Krım tatarlarından olan əsgərlər deyir ki, onlar Kiyevin üsyançı könüllü dəstələri dağıtmaq cəhdlərindən təəssüf hissi keçirir, onların üçü, əsasən, müsəlman dəstələri olmaqla effektiv və yüksək ovqatlı idi. Cövhər Dudayevin və Şeyx Mansurun dəstələri, əsasən, çeçenlərdən, "Krım" dəstəsi isə tatarlardan ibarət olub.

Kiyevdəki məmurlar həmçinin Krım tatarlarının Ukrayna ordusunun tərkibində tamamilə müsəlman bölməsinin yaradılması xahişini rədd edib. Onlar "dini və ya etnik formalı nəyisə istəmədilər", - bunu Ukraynanın müsəlman din xadimi imam Abdulla iddia edib.

Bəzi döyüşçülər bunu satqınlıq hesab edir, iddia edirlər ki, "müsəlman dəstələri və bölmələrinin buraxılması xüsusilə indi, Rusiyanın Kiyevə yeni hərbi müdaxiləsi zamanı ümidsizlik, qeyri-vətənpərvərlik deməkdir və bunun zamanı deyil".

Aleksandra Appelberq, "Detaly", İsrail

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi