Azərbaycana ərəb turistlər lazımdır, yoxsa yox? - Qiymətləndirmə, Rəy...

31 yanvar, 2022 10:31

Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmayıb. Bu haqda Prezident İlham Əliyev də "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də keçirilən təməlqoyma mərasimində danışdı. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında strateji əhəmiyyətə malik siyasi-iqtisadi əlaqələr qurulub. İki ölkə arasında uzaq hədəflərə hesablanmış strategiyanın mövcud olduğu bir dönəmdə ərəb turistlərin ölkəmizə gəlməsinə mane olmaq nə dərəcədə doğru addımdır?

Ən gəlirli sahələrdən biri olan turizmin inkişafı üçün böyük dövlətlər  strateji layihələr üzərində işləyirlər. Təsadüfi deyil ki, büdcəsinin böyük hissəsi turizmdən əldə olunan gəlirlər hesabına fomalaşan xeyli sayda dövlətlər var. Xüsusilə də neft-qaz erasının gözlənilməz sürprizləri digər sahələrdən böyük gəlirlər əldə etməyin əhəmiyyətini daha da artırıb. Azərbaycan da turistlərin, eləcə də ərəblərin səfər etdiyi ölkələrdən biri kimi turizmin inkişafında maraqlıdır.

2020-ci ilin mart ayına qədər ərəb ölkələrindən - BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Oman və s. ölkəmizə xeyli sayda turistlər səfər edib. Bu səfərlər zamanı onlar otellərdə qalır, icarəyə maşınlar götürür, restoranlarda, əyləncə mərkəzlərində əylənir, mağazalardan alış-veriş edirlər. Ərəblər təkcə 2019-cu ildə ölkəmizdən 46 milyon manatlıq hədiyyə alıb aparıblar. Həmin ilin ilk aylarında ölkəmizə Səudiyyə Ərəbistanından gələn turistlər təkcə yeməyə 43,3 milyon manat, Küveytdən gələn turistlər 10,9 milyon manat, BƏƏ-dən gələn turistlər isə 23, 7 milyon manat pul xərcləyiblər.

Lakin dünyanı cənginə alan pandemiya bütün sahələrdə durğunluğa, gəlirlərin azalmasına gətirib çıxardı və turizm sektoruna da öz təsiri göstərmiş oldu.

Ötən ilin mart ayında ərəb turistlər Qax Dövlət Təbiət Yasaqlığında ov etməsi, nadir quşları ovlaması, bundan əvvəl isə Acınohur çölündə göyərçinləri dronlara bağlayaraq, özlərinin bəslədikləri ov şahinlərinin yeminə çevirmələri ilə gündəmə gəldilər. “Qırmızı kitab”a düşmüş nadir quşların ərəblər tərəfindən ovlanması ictimai qınağı pik həddə çatdırmışdı. Məsələ bundadır ki, ərəb turistlərin ölkəmizə səfərlərinə mane olsaq, onlar pulu başqa ölkələrə daşıyacaqlar. Məsələn, Qazaxıstan, Qırğızıstan və digər ölkələr onları canfəşanlıqla qarşılamağa hazırdır.

Son vaxtlar ərəb turistlərin növbəti intensiv səfərlərini müşahidə edirik.

Əslində biz bu suala cavab tapmalıyıq: Bizə ərəb ölkələrindən gələn turistlər lazımdır, yoxsa yox?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sahədə ciddi tədbirlər paketi həyata keçirib. Sabiq nazir Hüseynqulu Bağırovun zamanından qalan problemlər - Nazirliyin işindəki pərakəndəlik, dağınıq iş prinsipləri ərəb turistlərlə bağlı arzuolunmaz mənzərənin ortaya çıxmasının əsas səbəblərindən biri idi. Lakin M.Babayevin kompleks tədbirlər planı ümumilikdə Nazirliyin fəaliyyətində ciddi dönüşün əldə olunması ilə nəticələnib. Təbii ki, bu gün də Nazirliyin fəaliyyətinə nöqsanlar var. Eyni zamanda bu nöqsanların aradan qaldırılacağı ilə bağlı ümidlər də az deyil.

Ərəb turistlərin səfərlərinin hüquqi tərəflərindən daha çox insanları narahat edən onun mənəvi tərəfləridir.

Hüquqi baxımdan bu səfərlərin təşkili dövlət tam nəzarəti altında həyata keçirilməli və ov etmək istəyən turistlərin hərəkət trayektoriyası dəqiq müəyyənləşdirilməlidir. Bu yöndəki boşluqlar ərəblərə qarşı ictimai aqressiyanın yaranmasına gətirib çıxarır. Bəzi qüvvələr də bundan Azərbaycanın turizm imkanları məhdudlaşdırmaq və ölkəyə pul axınını qarşısını almaq məqsədilə istifadə edirlər.

Ancaq məsələnin mənəvi tərəfləri daha çox müzakirə predmetidir.

Bütün bu məsələlərlə bağlı Azsiyaset.com-a danışan deputat Fazil Mustafa bildirdi ki, ərəblərə qarşı aqressiya əslində antiturizm üçün düşünülmüş bir təbliğatdır:

“Məgər öz vətəndaşlarımız qadağan olunmuş quşları, heyvanları vurmur? İndi belədir, pulunu ver, harda, nəyi istəyirsənsə get vur. Guya ərəblərin elədikləri Azərbaycanda baş vermir? Ərəblər olmasa, Azərbaycanda yüngül əxlaqlı qadınlar elə işsiz-gücsüz qalacaqlar? Bütün bunların hamısı turizm əleyhinə aparılan kampaniyadır. Biz deputatlar Milli Məclisdə turizm haqqında qanun qəbul elədik. Həmin qanunda turistlərin ölkəmizə gəlməsinə imkanların yaradılması nəzərdə tutulur. Ancaq görünən budur ki, hansısa dövlət qurumlarında buna mane olan insanlar var. İstəmirlər ki, ölkənin turizm potensialı artsın, dövlətimiz pul qazansın. Turistin nə ərəbi, nə ingilis, nə də fransızı olmur. Bizim işimiz onlara imkan yaratmaqdır. Ərəb turistlərin qadağan olunmuş quşları ovlaması ilə bağlı absurd məsələləri qaldırırlar. O quşları kim və hansı şəkildə yoxlayaraq qadağan olunmuş heyvanlar kateqoriyasına salıb? Ancaq turistlərin qarşısında tələblər də qoyulmalıdır. Turistin qorunmasına da dövlət təminat verir. Əgər turisti aldadacaqsansa, hansısa məhsulu 10 dəfə baha qiymətə satacaqsansa, həmin turist bu ölkədən qaçacaq. Turizmi inkişaf etdirmək istəyiriksə, əvvəlcə bu təbliğatın özündən başlamalıyıq. Ərəblərdən vəhşi bir obraz yaradırlar. Yaxşı, o ərəb vəhşidirsə, ərəb bir din gətirib, hamınız da o dinin içindəsiniz. Bəs bu necə olur? Əgər ərəb vəhşidirsə, dinindən də imtina edin”.

Deputatdaha sonra qeyd edir:

“Turizm haqqında qanunda bildirilir ki, ölkəmizə gələn turistə ölkənin dəyərləri barədə məlumat verilməlidir. Turist ölkəmizə istirahətə gəlib. Kimisə evindən çıxarıb otelə aparmayıb ki… İndi turistə namus kodeksi qəbul etdirək? Amma bütünlükdə bunu ərəb adı ilə simvollaşdırmaq olmaz. Azərbaycana İrandan gələn turist var, indi ona deyək ki, niyə içirsən? Halbuki İranda içki qadağandır. Hansısa “massaj salonu” açıqdırsa, kim istəsə ora gedəcək. O “massaj salonu”na ərəb getməsə, azərbaycanlı da gedəcək. Müəyyən qaydaları turistlərin qarşısında qoymalıyıq ki, bu bizim qırmızı xəttimizdir. Ov turizminin qanuna salınması ilə bağlı məsələ qaldırmışdım. Ancaq qanuna salmadılar. Ov turizmi nədir? Müəyyən bir yer ayırırsan, turist də gedib orada ov eləyir. Deyək ki, turist bir qabana görə 10 min manat ödəyir.  Bütün dünyada belədir, buna imkan yaratmaq lazımdır. O ki qaldı “Qırmızı kitab”a düşən quşlara… Deyim ki, bizdə artıq insan qırmızı kitaba düşür. İndi insanları qoruya bilmirik, o kitaba heyvanları yox, alimləri salmaq lazımdır. Ölkədə normal 3-5 nəfər alim qalıb. İndi ortaya düşüb quş qoruyacağıq?”.

Onu da qeyd edək ki, hazırda Qarabağın sürətlə bərpası prosesi gedir. Ölkənin ciddi iqtisadi resursları da məhz buna yönəlib. Digər tərəfdən, hiss olunan sosial problemlər, narazılıqlar da var. Ölkəmizə Avropadan turistlərin gələcəyini də ehtimal etmək mənasızdır. Deməli, ciddi pul kütləsinin axınına səbəb olan ərəb turistlərin səfərləri ilə bağlı dövlət konkret addımlar atmalıdır. Əgər bu sahədəki boşluqlar aradan qaldırılmasa, ərəb turistlərlə bağlı ən kiçik hadisə belə ciddi şəkil alıb ictimaləşəcək və nəticədə onlar da daha ölkəmizə gələsi olmayacaqlar.

Qeyd edək ki, Dövlət Statistika Komitəsindən Azsiyaset.com-a verilən məlumata görə, 2021-ci ildə Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələn turistlərin sayı 2020-ci illə müqayisədə 2,2 dəfə çox olub. Ötən il ölkəmizə 167 ölkədən 791,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Müəllif: Samir Feyruzov

20 avqust

13:25 - Fransanın Azərbaycana göndərdiyi yeni səfir kimdir?13:22 - Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Rəsmi statistika13:20 - "Bakı və İrəvan arasında saziş İran üçün təhdud yox, fürsət yaradacaq" - Cavad Zərif13:16 - "Kontakt Home”dan şikayətlər səngimir" - "Qızıl Zəmanət" müştəriləri tələyə salıb

18 avqust

13:44 - Rusiyadakı azərbaycanlılara yeni qadağa...13:42 - Əcnəbilərə cinayət işi açıldı - DİN məlumat yaydı13:39 - Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

15 avqust

13:01 - İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj...12:58 - "İran Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayır, lakin..." 12:56 - "Rusiya Ermənistanı "Tramp yolu"nun yaradılmasında dəstəkləyir" - Overçuk

12 avqust

10:11 - Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

11 avqust

15:18 - "Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma" İB-dən İlham Əliyevə AÇIQ MƏKTUB15:15 - Paşinyan Putinə hesabat verdi...15:12 - "İran bu şərtlə Zəngəzur dəhlizinin açılmasının lehinədir" - Pezeşkian15:10 - nvestorlar Tramp-Putin görüşünə fokuslanıblar - Neft sürətlə ucuzlaşır

21 iyul

14:06 - Neft Fondunun mənfəəti azalıb14:05 - Karapetyan zindandan məktub göndərdi - Zəngəzur dəhlizi tezliklə reallığa çevriləcək...13:59 - Ermənistan konstitusiyasını dəyişmək istəmir13:57 - Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

14 iyul

13:09 - Erməni oliqarx yeni partiya yaradır 13:05 - Azərbaycan ildə 2.4 milyard... - Ekspert maraqlı faktlar açıqladı13:02 - Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb

11 iyul

15:07 - Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu - FOTOLAR

07 iyul

12:31 - Xaricdəki diplomatlarımız Bakıya çağırıldı - SƏBƏB12:29 - Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"12:27 - Dağıstan rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə - Reaksiya

04 iyul

11:45 - Bu dəfə... - 539 "Şahed", 10 "İsgəndər" raketi11:43 - İlham Əliyev Donald Trampa məktub göndərdi 11:26 - İrəvan Sülh Fondundan 10 milyonu ala bilmir

30 iyun

13:26 - Rusiyada azərbaycanlılara qarşı OMON hücumları