Uzun danışıqlar: "Şimal axını - 2" layihəsi - Avropa alternativlər axtarır

08 fevral, 2022 09:02

Proseslər göstərir ki, Rusiya ilə Ukrayna arasındakı gərginliyin mənbəyi məhz Qərbdir. Söhbət nədən gedir? Əgər “Şimal axını 2” layihəsi işə salınacaqsa, Avropanın Rusiya qazından asılılığı bir neçə dəfə artmış olacaq. Rusiya Ukraynaya təcavüz edəcəyi təqdirdə, ABŞ Rusiya qazını Avropaya göndərəcək əsas boru kəmərinin - “Şimal axını 2” layihəsinin açılışını dayandıracağını bəyan edir.

Bəs “Şimal axını – 2” layihəsi nə deməkdir?

Bu layihə Rusiya sahillərindən Baltik dənizinin dibi ilə Almaniyaya qaz ixracını iki dəfə artırmaq üçün nəzərdə tutulub. İllik gücü 55 milyard kubmetr olan qaz xəttinin inşasına milyardlarla sərmayə qoyulub. Eyni zamanda, sərmayəçilər içərisində Avropa şirkətləri də var.

Deməli, Rusiya Almaniyaya daha çox qaz tədarük etməklə Avropa ölkələrinin Moskvadan asılılığını artırmaq niyyətindədir. Bunun üçün Moskva tərəfindən Qərb ölkələrinə, eləcə də ABŞ-a yönələn “ən optimal təhdid nöqtəsi” Ukrayna ilə yaradılan gərginlik ola bilərdi. Bu o deməkdir ki, əgər qaz kəmərinə mane olsanız, Ukraynaya hücum edəcəm. Rus əsgərlərinin və hərbi texnikalarının Ukrayna sərhədlərində yerləşdirilməsi də Rusiyanın niyyətinin nə qədər ciddi olduğunu göstərmək üçün atılan addımdır. Əslində isə imitasiyadır.

Bəs ABŞ?

ABŞ Avropanın Rusiya qazından asılı olmasını istəmir və Vaşinqton üçün “Şimal axını - 2” layihəsinin işə salınmasına mane olmaq üçün “ən optimal bəhanə” olaraq Ukraynanı seçib. Halbuki başqa seçim də yox idi.

Bu da o deməkdir ki, əslində ABŞ Rusiyanın Ukraynaya təcavüz etməsini istəyir. ABŞ üçün başqa yol yoxdur. Rusiya Ukraynaya hücum etməsə, ABŞ qaz kəmərinin qarşısını almaqda çətinlik çəkəcək. Ancaq Ukraynaya hücum olsa, qaz kəmərinin taleyi birdəfəlik bloklanacaq. Təsadüfi deyil ki, ABŞ Ukraynaya hərbi yardımlar etməklə, Rusiyanı müharibəyə təhrik edir.

Artıq Avropa alternativ enerji layihələri (oxu - ölkələri) axtarır.

Avropa İttifaqı Şurasının prezidenti Şarlı Mişel “Ukraynaya qarşı təhlükə Avropaya qarşı təhlükədir” demişdi.

Diqqəti başqa bir məqama çəkək:

Təsadüfi deyil ki, fevral ayının 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantısı keçirildi. Bu toplantı həm də Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın əhəmiyyətli rolunun ifadəsi idi. Elə həmin gün Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını bildirmiş oldu. Avropa İttifaqının Azərbaycanda həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğu qeyd olundu.

Ardınca nə baş verdi?

Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi. Bütün bunlar həm də Fransa-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində mühüm addımlar idi.

Türkiyə prezidenti Ərdoğanın Ukraynaya səfəri Fransa prezdentinin Rusiyaya səfəri ilə eyni konteksdə təhlil olunmalıdır. Hazırda Rusiya-Türkiyə aralarında ciddi yaxınlaşma mövcuddur.

Ərdoğanın Ukraynaya səfəri Rusiyanın həqiqi məqsədlərinin daha etibarlı şəkildə Zelenskiyə çatdırılması demək idi.

Fransa prezidentinin Rusiyaya səfəri də ABŞ-ın Rusiyadakı mövqeyinin ifadəsi baxımından çox mühümdür.

Fevralın 7-də Moskvada Putin Makronu qəbul etdi. Həmçinin, Co Baydenlə Almaniyanın kansleri Olaf Şolzla görüşdü. Hər iki görüş saatlarla davam etdi.  

Rusiya ilə gərginlik münasibətlər sferasında ABŞ Almaniyadan daha çox, Fransaya etibar edir. Çünki “Şimal axını - 2” layihəsinin əsas generatoru məhz Almaniya olub. Almaniya hesab edir ki, bu layihə özünün müstəqil enerji siyasəti üçün əhəmiyyətlidir. Ancaq bu gün situasiya dəyişib. Artıq Almaniya bu layihəyə yenidən baxmaq üçün iradə nümayiş etdirib.

Heç şübhəsiz, ABŞ NATO-nu genişləndirmək niyyətindədir, bu prosesə keçmiş sovet ölkələrinin “cəlbetmə” əməliyyatları Rusiyanı narahat edir. Rusiya keçmiş sovet ölkələrinin, xüsusilə də, slavyan xalqlarının və Ukrayna xalqının taleyini Moskvadan kənarda görmək istəmir.

Müəllif: Samir Feyruzov

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib