"Putin hərbi əməliyyatlar nəticəsində Zelenskini devirəcəyinə əmindir, amma əslində..."

24 fevral, 2022 15:22

“Böhranlı vəziyyət elə Rusiyanın özündədir… Odur ki, Rusiya lideri bu haqda və özünün gələcəyi haqda da ciddi düşünməlidir...”

“Putin tərəfindən Ukraynaya genişmiqyaslı hücum əmri verilməsi birmənalı olaraq səhvdir. Bu yolla Rusiyanın hansısa məqsədlərə nail olması mümkün deyil. Amma, təəssüflər olsun ki, həmin səhvin nəticəsində hərbçilərlə yanaşı, günahsız dinc insanlar, uşaqlar, qadınlar, qocalar həlak olmağa başlayıb”. 

Bu fikirləri moderator.az-a açıqlamasında Putinin əmri ilə Rusiyanın Ukrayna ərazisində genişmiqyaslı əməliyyatları başlamasını şərh edən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov söyləyib.

“O ki qaldı gələcək məsələlərə, hesab edirəm ki, Ukrayna müharibəsi ilk növbədə Rusiyanın özündə siyasi və iqtisadi böhran yaradacaq. Çünki birbaşa yayımda təhlükəsizlik şurasının iclası da göstərdi ki, Rusiyanın rəhbərliyində də ciddi böhran yaşanır.  Yəni bütün hökumət üzvləri Putinin qərarını sözdə dəstəkləsə də, gerçəklik başqa cürdür. Və Putinin də bundan narazı qaldığı görsənir.  Xarici kəşfiyyat rəhbərinin o şəkildə aşağılanması, təbii ki, normal vəziyyətdən xəbər vermir” –açıqlamasının davamında bunları söyləyən politoloq  Rusiya-Ukrayna savaşıyla bağlı Azərbaycan dövlətinin hansı mövqeni tutmalı olduğundan da bəhs edib.  

“Azərbaycana gəldikdə, hesab edirəm ki, biz burada Türkiyənin II Dünya müharibəsindəki təcrübəsini əsas götürməliyik.  Və mövcud gərgin  geo-siyasi və hərbi-siyasi gərginlik  və ümumiyyətlə, Rusiya-Qərb qarşıdurması fonunda rəsmi Bakının əsas vəzifəsi öz milli təhlükəsizliyimizi və maraqlarımızı qorumaq olmalıdır.  Yəni hansısa güc mərkəzinin  əlində alətə çevrilməkdən çəkinməliyik. Bu həm Rusiya, həm Qərb, həm də digər tərəflərlə münasibətlərə aiddir. Diqqətli olmalıyıq” – sabiq baş diplomat belə deyib.

“Sizcə, Qərbin, ABŞ-ın təzyiqləri, sanksiyaları Putini durduracaqmı, yoxsa?..” sualını isə həmsöhbətimiz bu cür cavablandırıb:

"Baxaq görək… Amma hesab edirəm ki, Ukrayna savaşında Qərbə çox da güvənmək, ümid bəsləmək də düzgün  deyil. Yəni hamımız görürük ki, ABŞ və Avropa dövlətləri tərəfindən bəyanatlar çox olsa da, əməli iş çox azdır. Döyüşlərin ilk saatlarından da belə nəticəyə gəlmək olur ki, heç Ukraynaya normal silahlar da verməyiblər. İkincisi də, Qərbin mövqeyinin nəticələrini Gürcüstanda əyani şəkildə görmüşük. Belə görünür ki, bu, Ukraynada da təkrarlanacaq. Yəni bu baxımdan təəssüf ki, Ukrayna burada qurban verilir. Və bunun da günahkarı həm Qərb, həm də Rusiyadır. Və hesab edirəm ki, Ukrayna rəhbərliyi də səhvə yol verərək birmənalı  şəkildə Minsk formatından imtina edib. Bu, kobud siyasi-diplomatik səhv idi...

Maraqlıdır ki, Ukrayna ilə bağlı Minsk formatı elə Qarabağ problemi ilə guya məşğul olan Minsk qrupu ilə reallıqda oxşar bir funksiyaya malik idi. 30 il ərzində biz də bir neçə dəfə separatçılarla bir masa arxasında oturmuşuq, amma diplomatik gedişlərimiz bizi böyük təhlükələrdən sığortalayıb. Yəni nəticədə heç Ermənistanın özü də qondarma “Artsax”ı tanımayıb,  heç tanımaq fikrində də deyil.  Amma 44 günlük müharibədən sonra hər kəsin gerçək sifəti üzə çıxıb. Fransa parlamentinin dərhal üzdəniraq “Artsax”ın müstəqilliyini tanıması Azərbaycanın necə mürəkkəb bir durumda olduğunu göstərdi.  Bir tərəfdən Rusiyanın təzyiqi, digər yandan Qərbin ikili mövqeyi… Və s. və i.a.  Lakin bütün bunlara rəğmən Azərbaycan öz məqsədlərinə nail olub və olmaqdadır... Bu baxımdan  Ukrayna bir diplomatik çeviklik göstərib danışıqlara getsəydi, bəlkə də Putin separatçı qurumların “müstəqilliyi”ni tanımayacaq və hərbi əməliyyatları başlatmayacaqdı. Doğrudur, danışıqlarda rəsmi Kiyev qarşısında qoyulan şərtlər çox ağır idi, qəbuledilməz və təhlükəli idi. Amma  gərək hansısa yolla özlərini daha böyük təhlükələrdən sığortalayaydılar” –deyə siyasi şərhçi bildirib.

Sabiq baş diplomat “Necə hesab edirsiz, Ukraynada hərbi əməliyyatlar qısa müddətdə dayanacaq, yoxsa Kreml bütün təzyiqlərə rəğmən sonadək rəsmi Kiyevi diz çökdürməyə çalışaq” sualını da cavablandırıb.

“Putinin bəyanatlarından aydın olan məqsəd Vladimir Zelenskini hakimiyyətdən devirmək və Rusiyaya bağlı iqtidar formalaşdırmaqdır.  Amma onun buna nail olub-olmayacağı sual altındadır. Çünki bu, elə də asan məsələ deyil.  Və əminəm ki, hansısa mərhələdə bu qarşıdurma dayanacaq… 

Hələlik quru qoşunlarının hücumu o qədər də aktiv deyil. Amma Rusiya tərəfindən ballistik raketlərlə Ukrayna ordusunun Kiyev və digər şəhərlərdəki strateji obyektlərinin vurulması haqda məlumatlar onu göstərir ki, öncə dediyim kimi, Qərb Ukraynanı yetərli hava hücumundan müdafiə vasitələri ilə təmin etməyib…

Hər halda baxaq görək… Amma hesab edirəm ki, bu hücum, döyüşlər nəticəsində Putin Zelenskini devirəcəyinə əmindir. Fəqət, əslinə qalsa, böhranlı vəziyyət elə Rusiyanın özündədir…Odur ki, Rusiya lideri bu haqda və özünün gələcəyi haqda da ciddi düşünməlidir…”-deyə Tofiq Zülfüqarov vurğulayıb.

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib