Ukrayna telekanalı Moskva Bəyannaməsi haqqında: Əliyevin soyuq praqmatizmi - VİDEO

25 fevral, 2022 14:34

Ukraynanın “Kanal 24” televiziya kanalı Azərbaycan və Rusiya prezidentlərinin Müttəfiqlik Bəyannaməsini imzalaması ilə bağlı süjet hazırlayıb.

Caliber.az-ın məlumatına görə, fevralın 23-də Moskva və Kiyev arasında yaranmış gərgin vəziyyətə baxmayaraq, WTF proqramının buraxılışında aparıcı Aleksey Peçiy bu sənədlə bağlı danışıb.

“Bir gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Moskvada Vladimir Putinlə görüşüb. Nəticədə hər iki ölkə həm siyasi, həm də iqtisadi qərarları özündə əks etdirən 43 bəndlik Müttəfiqlik Bəyannaməsi imzalayıb. Əlbəttə ki, ilk düşünə biləcəyiniz şey budur: “Bu, əsl “zrada”dır (Ukrayna dilindən tərcümədə xəyanət və ya satqınlıq - red.), axı, Əliyev bir müddət əvvəl Kiyevdə olub və ölkəmizi hər şəkildə dəstəkləyəcəyini iddia etdi... Ancaq gəlin ilk əvvəl bu sənədə daha yaxından nəzər salaq. Burada isə dərhal qeyd edəcəm – sənəd soyuq praqmatizm üzərində qurulub.

Ümumiyyətlə, 43 bənd - kifayət qədər çoxdur, ona görə də ən əsaslarına diqqət yetirməyi təklif edirəm.

Gəlin ondan başlayaq ki, bu müqavilə hər iki tərəfin bu gün Azərbaycan üçün əsas məsələni, yəni Dağlıq Qarabağı necə başa düşdüyünü açıqlayır. Əliyev Azərbaycanın sərhədlərinin indiki formada Rusiya tərəfindən tam tanınmasını Putindən sözün əsl mənasında dartıb aldı və hətta onu bölgədən bütün qoşunlarını tamamilə çıxarması üçün Ermənistana təsir göstərməyə çağırdı.

Bilirsiniz nə oldu? Putin nəinki razılaşdı, hətta Ermənistana təzyiq edəcəyinə söz verdi. Bu, xüsusilə diqqətəlayiqdir, çünki Ermənistan Rusiyanın çoxdankı müttəfiqidir, hətta KTMT-nin üzvüdür, ancaq xatırladığınız kimi, Qarabağda yeni müharibə başlayan kimi Ermənistanın birbaşa müraciətinə baxmayaraq, Rusiyadan kömək olmadı. İndi də, bir-iki ildən sonra, nəhayət, Kreml etiraf etdi ki, sadəcə olaraq, Ermənistanın maraqlarına əhəmiyyət vermir.

Eyni zamanda, Putin Əliyevdən heç bir qarşılıqlı tanınma faktını əldə edə bilmədi - Azərbaycan Ukraynanın ərazi bütövlüyünə sadiq qalır. Azərbaycan prezidenti bəyannaməni imzaladıqdan sonra mətbuat konfransı zamanı isə “LDXR”in tanınması, həmçinin işğal altında olan Krım haqqında bir kəlmə də danışmadı.

Üstəlik, Putin Azərbaycan məsələsində Rusiya imperiyasının bərpasından, NATO-nun mifik təhdidlərindən danışmayıb. Müttəfiq bəyannaməsində Azərbaycanın istənilən beynəlxalq ittifaq və təşkilatlara üzv olmaqda azad olduğu, Kremlin isə onun seçimini dəstəkləməyi öhdəsinə götürdüyü açıq-aydın göstərilir.

Bəyannamədə Kreml üçün ən vacib məsələ ola enerji barədə də bənd var. Axı “Şimal axını 2”nin sonunun gəldiyi, Avropanın isə tədricən Rusiya qazından imtina edəcəyi göz qabağındadır. Ona görə də Putin təcili olaraq yeni bazarlar axtarmalıdır. Azərbaycan belə bazarlardan birinə çevrilə bilər. Burada qeyri-müəyyən vəziyyət yaranır, çünki Azərbaycan o ölkələrdəndir ki, əksinə, “Qazprom”u Avropa bazarından sıxışdırıb çıxarır. Amma Əliyev burada da siyasət işlətdi - Putin ona Azərbaycanın enerji sektorunun inkişafına sərmayə qoyacağını vəd etdi. İndi Azərbaycan da Çin kimi Rusiyadan qazı endirimlə ala biləcək, Rusiyanın Avropa bazarlarına çıxmasına icazə verilmədiyi üçün isə Azərbaycan bu qazı Avropaya endirimlə deyil, svop qiyməti ilə satacaq. Üstəlik, Putin Əliyevə ödənişləri Rusiya rublu və Azərbaycan manatı ilə etməyi təklif edib.

Belə görünə bilər ki, Azərbaycan kritik məqamda sadəcə olaraq Kremlə kömək əlini uzadır. Ancaq aydındır ki, Əliyev sadəcə öz maraqlarının arxasınca gedir. Azərbaycan prezidenti, Putinin Rusiyanı hansı mövqeyə qoyduğunu anlayır, buna görə də ondan hər cür faydanı götürür. Eyni zamanda o, Azərbaycanı Qərblə gərginləşdirə biləcək “qırmızı xətti” keçmir”, - deyə Ukrayna telekanalının aparıcısı Aleksey Peçiy bildirib.

 

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR