"Rusiya-Ukrayna münaqişəsinin nəticəsi təkcə Krım üçün vacib deyil" - MÜSAHİBƏ

21 mart, 2022 23:35

Rusiya-Ukrayna müharibəsi  rus ordusunun işğal və ilhaq və sülhməramlı adı ilə nəzarət etdiyi ərazilər məsələsini yenidən gündəmə gətirib. Gürcüstanın suveren ərazisində Rusiyanın dəstəyi ilə yaradılmış tanınmamış Cənubi Osetiya və Abxaziya respublikaları, Ukraynadan qoparılmış Krım və tanınmamış Luqansk və Donetsk respublikaları, Moldovadan ayrılmış və rus sülhməramlılarının nəzarət etdiyi Dnestryanı. Görəsən həmin ərazilərdə yaşayan sakinlər bu müharibə və eləcə də Rusiyanın son addımları haqda nə düşünürlər? ASTNA bu istiqamətdə silsilə müsahibələri təqdim edəcək. İlk müsahib Krımdandır. Krımda yaşayan azərbaycanəsilli jurnalist və ictimai fəal Rahim Hümbətov Krım sakinlərinin fikirlərini ASTNA-ya müsahibəsində ümumiləşdirməyə çalışıb. 

* * *

Sual: Rahim bəy, hazırda Krımda siyasi və sosial-psixoloji vəziyyət necədir? Krım sakinləri Rusiya ilə Ukrayna arasındakı müharibə haqqında nə düşünürlər? Rusiyanın Ukraynaya təcavüzünü pisləyirlər, yoxsa haqq qazandırırlar?

Cavab: Krımda hazırkı vəziyyət dünyanı əhatə etmiş siyasi və sosial vəziyyətdən heç də fərqlənmir – insanlar həyəcan, təşviş, narahatlıq yaşayırlar. Yaranmış vəziyyətlə bağlı bu təbii haldır. Bu konfliktlə bağlı Rusiya qanunvericiliyi insanların düşüncələrində partiya və hökumətin təyin etdiyi xəttdən kənara çıxmağa icazə vermir. 

Sual: Qərb Rusiyaya qarşı Ukrayna ilə müharibəsi ilə bağlı dəfələrlə siyasi və iqtisadi sanksiyalar tətbiq edib. Bu sanksiyalar nəticəsində Rusiya rublunun dəyəri aşağı düşür, inflyasiya yüksəlir. Təbii ki, bütün bunlar Rusiyanın himayəsində olan ərazilərə də mənfi təsir göstərir və bundan sonra da təsir edəcək. Krım sakinləri baş verənləri necə qiymətləndirirlər? Onlar sosial vəziyyətin pisləşməsindən narazıdırlarmı? Yəni narazılıq varmı? 

Cavab: Sanksiyalar nəticəsində butun Rusiya Federasiyası ərazisində həyat səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Ərzağın, yanacağın, bəzi dərmanların qiyməti qalxır. Amma buna baxmayaraq Krımda əhali arasında panik əhval-ruhiyyə hələ ki, muşahidə olunmur. Bəzi insanlar öz narazılıqlarını sosial şəbəkələr səhifələrində bölüşməyə cürət etsələr də, heç kim hansısa meydana cıxaraq etiraz etməyə başlamır və yəqin ki, başlamayacaq da.

Sual: Ümumiyyətlə, sizin müşahidələrinizə görə Krım sakinləri daha çox kimi günahlandırırlar? Rusiyanı, Ukraynanı, yoxsa Qərbi? Və bunu necə əsaslandırırlar? 

Cavab: Krım spesifik regiondır. Hələ 2016-cı ilə qədər burada əhalinin yarıdan coxunu ruslar təşkil edirdi. Hazırda onların sayı daha da çoxdur. Vətənləri olan Krımda krımtatar xalqı əhalinin təxminən 13-15 faizini təşkil edir, hələ 2014-cü ildən sonra onların bir hissəsi Ukrayna ərazisinə köçüblər. Eyni zamanda əhalinin xeyli hissəsi – bəzi  məlumata görə 600 min civarında – pensionerlərdir və onlarin da boyuk bir hissəsi istefaya cıxmış sovet, ya da Rusiya Federasiyasının hərbçiləridir. Bundan əlavə Rusiya propaqandasının müəyyən dərəcədə effektiv sayıla bilən işi və Ukraynanın bəzi səhvlərlə müşayiət olunan “Krım siyasəti” əhalinin az olmayan hissəsinin kimi günahlandıracağı dilemmasının sonucunu təyin edir.

Sual: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, “Krımın gələcəyi Rusiya ilə bağlıdır”. Bu kimi bəyanatları Rusiya rəsmilərindən tez-tez eşidirik. Hazırki şəraitdə Krımda sorğu və ya referendum olsa, əksəriyyət nə düşünəcək? Müstəqil olmağı seçərlər, Rusiyanın təsiri altında yaşamaq istəyərlər (indiki kimi), yoxsa yenidən Ukraynaya birləşməyə üstünlük verərlər? 

Cavab: Yalnız XİN-in press-nümayəndəsi yox, bütün Rusiya rəsmiləri artıq “Krım məsələsinin bağlandığını” daima vurğulayirlar. Əlbəttə, bu əminliyin qarşısında Rusiya rəhbərliyinin hazırda Ukraynadan Krımın onun tərkib hissəsi kimi tanımasını tələb etməsi məntiqsizlik kimi gorünə bilər.  Hazırki şəraitdə Krımda sorğu və ya referendum keçirilərsə, onun nəticəsində “RF tərkibində qalmaq” bəndindən başqasının qalib olması çox boyuk təəccüb doğurardı.

Sual: Və nəhayət, bütün ehtimalları nəzərə alsaq, Rusiya-Ukrayna müharibəsinin nəticəsi Krımın taleyinə necə təsir edə bilər? 

Cavab: Heç bir şübhə ola bilməz ki,  Rusiya-Ukrayna konflikti Krım  üçün taleyüklü bir önəm daşıyır. Qeyd etmək lazımdır ki, bu münaqişənin nəticəsi yalnız Krımçün deyil, faktiki olaraq bütün dünya üçün çox mühüm bir əhəmiyyət kəsb edir. Şübhə yoxdur ki, münaqişənin nəticəsi dunya nizamının gedişatına böyük təsir göstərəcəkdir.

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub