Çin Qərbin resurslarından üz döndərdiyi Rusiya ilə yeni enerji müqavilələri bağlamağa tələsir - "The Times" nəşri

27 mart, 2022 14:31

Qərb Rusiyanın enerji resurslarına arxa çevirərkən, Çin iqtisadiyyatını inkişaf etdirmək üçün yeni sövdələşmələr bağlamaq üçün əlindən gələni edir. Çin onsuz da Rusiyanın ən böyük kömür alıcısı idi, lakin idxalı daha da artırmağa ümid bəsləyir. Bundan əlavə, prezidentlər Si Tszinpin və Vladimir Putin fevral ayında enerji sektorunda əməkdaşlığı gücləndirmək, o cümlədən ildə 10 milyard kubmetr qaz tədarükü ilə bağlı yeni saziş imzalamaq barədə razılığa gəliblər.

Bu barədə “The Times” nəşrindəki məqalədə qeyd olunur. Çini tez-tez Qərbdə iqtisadiyyatının daim artan enerji ehtiyaclarını təmin etmək üçün bütün dünyada "təbii ehtiyatları talamaqda" günahlandırırlar, xüsusən də Pekinin iqtisadi təsirinə qarşı çıxmaq məsələsində. “The Times” yazır ki, indi Qərbin Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi və Rusiya neft və qazından üz döndərməsi ilə Çin “evinə daha yaxın” əlavə enerji mənbələri tapmağa hazırlaşır.

Statistikaya görə, Çin həmişə Rusiyanın ən böyük kömür alıcısı olub: keçən il onun satınalmalarının ümumi həcmi 54 milyon ton təşkil edib. Məqalədə deyilir ki, bunun sayəsində Rusiya Avstraliyanı qabaqlayaraq Çinə kömür tədarükünün ikinci ən böyük mənbəyinə çevrilib, lakin bu göstəricidə hələ də İndoneziyadan geri qalır.

Bununla belə, Çin əyalətləri Rusiyadan daha çox idxala ümid edirlər. “The Times” yazır ki, mart ayında Çin Kömür Daşıma və Paylama Assosiasiyası tərəfindən keçirilən onlayn konfransda eyni vaxtda bir neçə çinli idxalçı Rusiya istehsalçılarından əlavə həcmdə kömür almaqda maraqlı olduqlarını bildiriblər.

“Jidian International Trade” şirkətinin adlarının çəkilməsini istəməyən nümayəndələri jurnalistlərə bildiriblər ki, Çinin şimal-şərqindəki Çançun şəhərində yerləşən dövlət əmtəə ticarəti şirkəti Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiyadan artıq 50 min tondan çox kömür alıb. Məqalədə deyilir ki, onlar həmçinin izah ediblər ki, Rusiya kömürü Çinə Putini dəstəkləmək xatirinə deyil, öz iqtisadiyyatının problemlərini optimal həll etmək üçün lazımdır.

Beləliklə, Qərb Rusiyanın enerji resurslarından üz döndərərkən, Çin yeni müqavilələr bağlamaq üçün əlindən gələni edir. “The Times” yazır ki, Rusiya ilə sərhədlərin yaxınlığında yerləşən Heyluntszyan əyalətinin şimal-şərqindəki hakimiyyət orqanları da öz iqtisadiyyatlarını aktiv şəkildə inkişaf etdirmək üçün vəziyyətdən istifadə etməyə ümid edirlər. Kommunist Partiyasının yerli şöbəsinin rəhbəri Syuy Tsin enerji təhlükəsizliyini təmin etmək üçün iki ölkə arasında daha da geniş inteqrasiyaya və enerji sektorunda ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə çağırıb.

Məqalədə deyilir ki, Heyhedəki böyük qaz ötürmə şirkətinə baş çəkərkən o, həmçinin yerli rəsmiləri “Çin və Rusiya arasında ticarətdə yeni dəyişikliklərə uyğunlaşmağa” çağırıb. Onun fikrincə, bu şəhər Çinin Uzaq Şərqə və Rusiyaya çıxış qapısına çevrilə bilər.

Bu həftə Pekində enerji təhlükəsizliyi 2021-2025-ci illər üçün 14-cü beşillik planda Çin üçün əsas prioritet elan edilib. Çinin Milli Enerji Administrasiyası və Milli İnkişaf və İslahat Komissiyasının məsələ ilə bağlı 41 səhifəlik sənədində deyilir ki, ölkə “yeni və köhnə risklərin bir-birinə qarışması” fonunda enerji təhlükəsizliyi sahəsində “kritik mərhələyə” daxil olur.

"Biz strateji təhlükəsizlik, əməliyyat təhlükəsizliyi və fövqəladə vəziyyətlərdə təhlükəsizlik kimi bir neçə sahədə hərtərəfli dəstək imkanlarımızı gücləndirməliyik", - deyə adının açıqlanmasını istəməyən Çin Milli Enerji administrasiyasının rəsmisi beş illik təchizat planını şərh edərkən bildirib.

2020-ci ildə Çinin ümumi enerji istehlakı təxminən 5 milyard ton kömür ekvivalentinə çatırdı. “The Times” yazır ki, yeni plan 2025-ci ilə qədər ən azı 4,6 milyard ton kömürə ekvivalent enerji ehtiyatlarının, o cümlədən 200 milyon ton xam neft və 230 milyard kubmetr təbii qazın çıxarılmasını nəzərdə tutur.

Müəllif xatırladır ki, iki ölkənin liderləri Vladimir Putin və Si Tszinpin bu ilin fevralında enerji sahəsində əməkdaşlığı gücləndirmək, o cümlədən Rusiyadan Çinə növbəti onillik ərzində ildə 10 milyard kubmetr təbii qaz tədarükünü nəzərdə tutan yeni saziş imzalamaq barədə razılığa gəliblər.

Tanınmış çinli iqtisadçı Jen Tszepinin fikrincə, Pekin Rusiyadan daha çox enerji resursları almağa başlayarsa, ABŞ və Avropanın sanksiyaları ilə üzləşə bilər. Lakin bunu etməsə, daha da böyük inflyasiya təzyiqi altına düşər. “Dünya enerji sektorunda baş verən böyük dəyişikliklər fonunda Çinin enerji təchizatı təhlükəsizliyi daha böyük qeyri-müəyyənliklə üz-üzədir”, - deyə ekspert “The Times” nəşrinə açıqlamasında bildirib.

Tərcümə etdi: Miraslan

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian