Azərbaycanın idxal məhsullarından asılılığı artır? - Çıxış yolu...

29 mart, 2022 00:42

Dövlət Gömrük Komitəsinin (DGK) təqdim etdiyi məlumata əsasən apardığımız hesablamalar göstərdi ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri ötən ilin eyni dövrünə nisbətən 48,6% çox olmuşdur.

Belə ki, 2021-ci ilin ilk iki ayı ərzində ölkəyə 227 milyon 267 min dollar dəyərində yeyinti məhsulları idxal edildiyi halda bu ilin yanvar-fevral aylarında idxal edilən ərzaq mallarının dəyəri 337 milyon 757 min dollar təşkil etmişdir. Bu da əvvəlki illə müqayisədə 110,5 milyon dollar çoxdur.

Onu da qeyd etməliyəm ki, 2020-ci ilun yanvar-fevral aylarına nisbətən bu ilin iki ayında yeyinti məhsulları idxalı  dəyər ifadəsində yarıdan çox, yəni 55,9% artmışdır. Bu ilin yanvar-fevral aylarında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi -17,12% təşkil edib. Xatırladım ki, keçən ilin eyni dövründə bu göstərici 14,10% olmuşdur. Azərbaycan tarixində indiyə kimi yanvar-fefral aylarında heç zaman ölkəyə bu qədər çox mal, məhsul idxal edilməmişdir.

Bu ilin yanvar-fefral aylarında əvvəlki illərdən fərqli olaraq əsas yeyinti məhsullarının idxalında həm fiziki çəkidə, həm də dəyər ifadəsində ciddi artım olduğunu görürük. Misal üçün, 2021-ci ilin ilk iki ayı ilə müqayisədə 2022-ci ilin eyni dövründə ölkəyə idxal edilən ət fiziki çəkidə 18,8%, dəyər ifadəsində 19%, süd fiziki çəkidə 69,6%, dəyər ifadəsində 56,4%, kərə yağı fiziki çəkidə 40,7%, dəyər ifadəsində 55,2%, meyvə-tərəvəz fiziki çəkidə 2,7%, dəyər ifadəsində 10%, bitki və heyvan mənşəli piylər və yağlar fiziki çəkidə 58,2%, dəyər ifadəsində 85,9%, düyü fiziki çəkidə 13,5%, dəyər ifadəsində isə 36,4% artmışdır. Azərbaycanda son bir ildə idxal buğdasının qiyməti 38,8%, son iki ildə isə 57% bahalaşmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə 2022-ci ilin yanvar-fevral aylaraında ölkəyə 51,9 milyon dollar dəyərində 150,5 min ton buğda idxal edilmişdir (Cədvəl 1).

Bu 2021-ci ilin yanvar-fevral aylarına nisbətən fiziki çəkidə 6,7 dəfə, dəyər ifadəsində isə 9,2 dəfə çoxdur.

Onu da qeyd etməliyəm ki, Dövlət Gömrük Komitəsinin də məlumat bazasında Dövlət Statistika Komitəsinin təqdim etdiyi statistik məlumatlarda olduğu kimi dolaşıq rəqəmlərə rast gəlirik.

Təsəvvür edin, DGK 2021 ci ilin yanvar-fevral aylarında, yəni iki ay ərzində buğda idxalının miqdarını 22 290.00 ton, statistik dəyərini 5 650.13 min ABŞ dolları göstərdiyi halda, həmin ilin yanvar ayında, yəni 1 ay ərzində idxal edilən buğdanın miqdarını sonrakı iki ayın göstəricisindən 913.54 ton çox (23 203.54 ton), statistik dəyərini isə 250.46 min dollar çox (5 900.59 min ABŞ dolları) göstərmişdir (Cədvəllər əlavə edilib).

Necə ola bilər ki, yalnız yanvar ayında ölkəyə 23 203.54 ton, yanvar-feral aylarında isə 22 290.00 ton buğda idxal edilsin?! Təəssüflə qeyd etməliyəm ki, Dövlət Statistika Komitəsi də dəfələrlə istehsal, idxal göstəriciləri ilə manipulyasiya etməklə kənd təsərrüfatındakı geriləmələri ört-basır etməyə çalışmışdır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR