İstanbul görüşü nəyi dəyişəcək? - Rusiyalı politoloq

01 aprel, 2022 11:25

"Rusiya öz mövqeyindən geri çəkilmir və çəkilməyəcək. Rusiyanın tələbləri Ukraynanın demilitarizasiya və denasifikasiyası, rus dilinin ikinci dövlət dili kimi status əldə etməsi, “Donetsk və Luqansk Xalq Respublikaları”nın tanınması, Krımın və Sevastopolun Rusiyanın ərazisi kimi qəbul edilməsi, Ukraynanın heç bir hərbi bloka, xüsusilə NATO-ya daxil olmamasıdır”.

Bu sözləri Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru, rusiyalı politoloq Anton Bredixin Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən görüşün nəticələrini modern.az-a şərh edərkən deyib.

Onun iddiasına görə, Ukrayna tərəfi Türkiyədəki danışıqlarda yeni heç nə təqdim etməyib:

"Ölkənin nüvə silahı yox idi və Budapeşt Konvensiyasına uyğun olaraq, buna sahib ola bilməzdi. Ukrayna əslində neytral statusa malik idi. NATO Ukraynanı üzvlüyə qəbul etmir, eyi zamanda on ildən artıqdır ki, Avropa İttifaqına qoşulmağa çalışırlar. Əslində bu, mövcud status-kvonun bəyanatıdır. Rusiyadan heç bir güzəşt olmayacaq və danışıqlar davam edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və iş adamı Roman Abramoviçin pərdəarxası rolu iki ölkə arasında danışıqlarda önəmlidir. Davamını səbirsizliklə gözləyirik".

Politoloq, həmçinin qeyd edib ki, Rusiyaya qarşı tətbiq ediləm sanksiyalardan Avropa və ABŞ-ın özü də əziyyət çəkəcək:

“Bu sanksiyalardan ən çox əziyyət çəkən ABŞ və Avropa Birliyinə üzv ölkələr, həm də bu ölkələrin vətəndaşlarıdır. Onlar sanksiyaların gələcəkdə hansı nəticələrə gətirib çıxaracağını düzgün hesablamayıblar. Çünki hazırda Rusiyada ərzaq qıtlığı yoxdur, mağazalarda hər şey var, qiymətlər isə müəyyən parametrlərə görə artıb.  Amma gələcəkdə Avropanı nə gözlədiyini deyə bilmərik. Dünən qəbul olunan qərara görə, Rusiyanın çəkisi daha da artacaq. Bizə dost olmayan Qərb ölkələri Rusiya qazına görə məbləği rublla ödəməli olacaqlar. Biz iqtisadiyyatı və zamanı dəyişdirəcəyik”.

Qeyd edək ki, bu yaxınlarda Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib. Rəsmi Kiyev İstanbul danışıqlarında Rusiyaya öz təkliflərini çatdırıb. Ümumilikdə bu görüşün nəticələri hər iki tərəfdən müsbət qiymətləndirilir.

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski görüşdən sonra mediaya açıqlamasında deyib ki, Ukrayna özünün neytral və nüvə silahından azad statusu barədə Moskvaya yazılı təklif verib. Onun sözlərinə görə, təklifdə Ukraynanın bloklara qoşulmayacağı, hər hansı kütləvi qırğın silahını, o cümlədən kimyəvi və bakterioloji silahları, xarici ölkələrin bazalarını və qoşunlarını öz ərazisində yerləşdirməyəcəyi əksini tapıb. Eyni zamanda, Ukrayna Krımı və Sevastopolu hərb yolu ilə geri qaytarmaqdan imtina edir. Təkliflərdə Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələrin də siyahısı yer alıb.

Medinski onu da qeyd edib ki, Ukrayna Rusiya ilə müqavilə barədə yekun qərarın iki ölkənin dövlət başçılarının görüşündə verilməsini xahiş edib. Rusiya bununla bağlı qərarını açıqlayacaq.

Ukrayna prezidentinin müşaviri Oleksiy Arestoviç isə bildirib ki, təklif olunan sülh sazişinin şərtləri Kiyevin qələbəsidir. Onun fikrincə, bu həftənin əvvəlində İstanbulda baş tutan danışıqlar zamanı Rusiya ilə müzakirə edilən sülh sazişinə əsasən, Ukrayna rəsmi Moskvanın veto qoya bilməyəcəyi beynəlxalq təhlükəsizlik zəmanətləri əsasında mümkün təhdidlərdən qorunacaq.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR