"İstərdim ki, Ermənistandakı dostlarım qatara minib Bakıya gəlsinlər" - Zərdüşt Əlizadə

08 aprel, 2022 00:09

Azsiyaset.com politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir: 

– Zərdüşt bəy, ötən gün Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüş oldu. Bu görüşün siyasi əhəmiyyəti nədən ibarətdir?

– Bu görüş sülhün əldə olunması istiqamətində atılmış müsbət addımlardan biridir. Avropa İttifaqının təşəbbüsü ilə tərəflər bir araya gəlib. Görüşdə iki mühüm məqam üzrə razılıq əldə olunub. Birincisi, aprelin sonuna qədər sərhəd məsələləri üzrə birgə komissiya yaradılması razılaşdı. Yaxın aylarda sərhədlərin delimitasiya prosesinə başlanacağını söyləmək mümkündür. Bu da o deməkdir ki, Ermənistan və Azərbaycan qoşunları arasında atəşkəs pozulmayacaq, bir-birinə atəş açmayacaqlar. İkinci mühüm məqam sülh sazişinin müddəalarının hazırlanması üzrə razılığa gəlinməsidir. Deməli, hər iki tərəf sülh istəyir. Tərəflər yaxşı başa düşürlər ki, bundan sonra problemləri müharibə ilə həll etmək mümkün olmayacaq.

Ötən gün həmçinin Qarabağın minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, quruculuq işlərində Azərbaycana dəstək barədə razılıq əldə olundu. Bu da Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Artıq dünya Azərbaycanın Qarabağda apardığı quruculuq işlərinə dəstəyi ifadə edir. Amma Brüsseldə Azərbaycanın üzərinə bir öhdəlik qoyuldu. Azərbaycanda saxlanılan erməni hərbçilərin qaytarılması. Düşünürəm ki, bununla bağlı da ciddi problem yoxdur. Onsuz da Azərbaycan əsirləri tədricən Ermənistan tərəfinə qaytarır. Ermənistanın üzərinə isə nəqliyyat kommunikasiya xətlərinin çəkilməsi öhdəiyi qoyuldu. Bura dəmir və avtomobil yollarının çəkilməsi daxildir. Prinsipcə, Ermənistan Mehri yolunun çəkilməsinə narazı deyil. Ermənistanın dövlət büdcəsində həmin yolun çəkilməsi üçün vəsait nəzərdə tutulub. O pulu haradan tapacaqlar, özləri bilərlər. İndi tərəflər birgə iqtisadi məşvərət şurası yaratmalıdırlar. Sənəddə Dağlıq Qarabağ, Minsk Qrupu ifadələrinin olmaması da müsbət haldır.

– Sizcə, Ermənistanda müxalifət Paşinyana sülh sazişini imzalamağa imkan verəcəkmi?

– Aprelin 5-də Serj Sərkisyan Yerevanda mitinq keçirdi. Məlumata görə, mitinqdə 11 min 500 nəfər iştirak edib. Kimdir onlar? Sərkisyanın dövründə hakimiyyətdə olmuş oğrular. Elə bilirsiniz ki, onların məqsədi Qarabağda hansısa dövlət yaratmaqdır? Qətiyyən. İstəyirlər yenidən vəzifəyə gəlib, var-dövlətlərini artırsınlar. Amma alınmayacaq. Ermənistan müxalifəti parlamentdə cəmi 25 faiz səsə malikdir. 75 faiz isə Paşinyanın tərıfindədir. Bu gün Ermənistansa sülh istəyənlərin səsi daha bərkdən çıxır. Sərkisyan və onun tərəfdarlarının şüarlarından, çıxışlarından belə anlaşıldı ki, onlar sülh istəmirlər. Onda buyursunlar, müharibə etsinlər. Hansı ordu ilə müharibə aparacaqlar? Ordu qurmaq üçün pul lazımdır. Onlarda da pul yoxdur. Rusiya onlara havayı silah verəcək? Rusiyanın özünün vəziyyəti yaxşı deyil.

– Yeri gəlmişkən, Rusiyanın özü Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlıdır?

– Brüssel görüşü ilə bağlı öncədən Azərbaycan və Ermənistan liderləri ilə Rusiya prezidenti Putin arasında telefon danışığı olub. Mənə elə gəlir ki, sülh sazişinin ümumi cizgiləri Rusiya ilə razılaşdırılıb. Təbii ki, Rusiya Qarabağda münaqişənin həll edilməsini istəmir. Onlar maraqlıdırlar ki, Azərbaycan ordusu ilə ermənilər arasında toqquşma olsun. Bununla dünyaya göstərmək istəyirlər ki, görürsünüz, rus sülhməramlılar olmasa Azərbaycan əsgərləri fağır erməniləri öldürər. Bu baxımdan Azərbaycan Qarabağ məsələsində, oradakı ermənilərlə münasibətdə ehtiyatlı olmalıdır. Azərbaycan Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etməlidir.

İstərdim ki, gələcəkdə Azərbaycan və Ermənistan arasında danışıqlar, müzakirələr kənar qüvvələrin vasitəçiliyi olmadan aparılsın. Danışıqlarda üçüncü tərəf olanda öz maraqlarını da ortaya atır. Necə ki, Minsk Qrupu 30 il ərzində öz maraqlarını güdməklə münaqişənin həllini uzatdı. Mən həmçinin istərdim ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat xətləri bərpa olunsun. Mənim Ermənistandakı dostlarım qatara minib Bakıda gəlsinlər. Onları Sabunçu vağzalında qarşılayıb, bağ evimə aparım. Eyni zamanda mən də qatara minib Yerəvana gedim. Oradakı dostlarıma baş çəkim.

– Qeyd etdiniz ki, Azərbaycan Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etməlidir. Oradakı ermənilər Azərbaycan dövlətinin vətəndaşı olmaq istəyirlərmi? Araik Arutyunyanla necə danışıq aparmaq olar?

– Araik Arutyunan kimdir? Cinayətkar. O, erməni silahlı dəstənin başçısıdır. Həbs edilməlidir. Hələ ki, rus sülhməramlılar onu qoruyur, bəsləyir. Necə ki 88-ci ildə də iki xalq arasında KQB nifaq toxumunu səpib, sulayıb, becərtmişdi. Biz imkan verməli deyilik ki, orada “arutyunyanlar” yenidən baş qaldırsınlar. Qarabağda silahlı erməni dəstələr tərksilah olunmalıdır. Arutyunyan dəstəsilə birlikdə ya həbs edilməli, ya da Qarabağdan çıxarılmalıdır. Sıravi ermənilərə gəldikdə isə onlarla danışıqlar aparılmalıdır. Düzdür, mənim Xankəndidə tanışım yoxdur. Amma mənim həmkarlarım Arzu Abdullayeva, Əli Abbasov, Rəhman Bədəlovun Qarabağda xeyli erməni tanışları var. Qarabağdakı sıravi ermənilər sülh istəyirlər. Onlar Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdırlar. Belə olan halda Azərbaycan hökuməti Qarabağ ermənilərinə mədəni azadlıq verməyə hazırdır. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Qarabağ ermənilərinə müxtariyyət verilə bilər. Söhbət mədəni mutariyyətdən gedir. Öz dilində təhsil alsınlar, qəzet və kitab nəşr etsinlər, internet televiziyalar açsınlar, kilsələrində dini ayinlərini həyata keçirsinlər. Qaz lazımdır, gedib “Azəriqaz” şirkətilə müqavilə bağlasınlar. Pulunu verib, qazı alsınlar. Tarixdə o qədər düşmən xalqlar olub ki, bu gün çox mehribanlıqla birgə yaşayırlar. Buna deyirlər sülh quruculuğu. Sülhü birdən-birə qurmurlar ki. Cəmiyyətləri buna hazırlayırlar. Düşünürəm ki, Azərbaycan və Ermənistanın siyasi rəhbərliyi, media qurumları, cəmiyyətlər bir-birinə qarşı sərt ifadələr səsləndirməkdən çəkinməlidirlər. Nifrət nitqinə son qoymağın zamanıdır./Gündəm.az

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR

08 dekabr

12:05 - Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı12:02 - İlham Əliyev iranlı naziri qəbul etdi 12:00 - Rusiya ordusu sürətlə irəliləyir... - "Telegraph"

02 dekabr

13:17 - Zelenski istefa verir? 13:12 - Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi13:10 - Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi

01 dekabr

11:48 - Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır - "Numbeo" 11:46 - Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır11:43 - Əli Kərimli hansı maddə ilə ittiham edilir?

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko14:15 - Deputatın oğlu bu dəfə 31 milyonluq tender qazandı

24 noyabr

10:21 - Putin Trampın "Sülh Planı"na münasibət bidirdi10:19 - İran Azərbaycanın tankerini saxlayıb? 10:18 - Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN

21 noyabr

13:32 - "Veysəloğlu Distribusiya"nın rəhbər heyəti Böyük Britaniyada qabaqcıl logistika təcrübəsi ilə tanış olub - FOTOLAR09:55 - Dövlət Agentliyinin sədri öz bacısından Agentlik üçün ofis icarəyə götürür09:48 - Bu il ət və ət məhsulları nə qədər bahalaşıb? - Tam siyahı09:46 - "ABŞ-nin Azərbaycanla tərəfdaşlığı ölkənin regiondakı strateji rolundan qaynaqlanır" - "Forbes" nəşri09:44 - Rusiya Kupyanskı şəhərini ələ keçirdi

19 noyabr

13:33 - Maduro ABŞ-a istefasını təklif edib - - "New York Times" 13:31 - Komitə sədri vergilərin artırılmasından danışdı13:29 - Paşinyanın silahdaşı Türkiyə ilə sərhədin tezliklə açılacağının anonsunu verdi

18 noyabr

22:12 - "Qızıl sandıq" lotereyası başladı - İndi ƏDV geri-al çekləri sizə daha çox qazandıracaq16:13 - "ABŞ Paşinyanı belə sülh sazişi hazırlamağa təşviq edə bilər" - Riç Outzen