İmran Xan niyə cəzalandırıldı? - Pakistanlı ekspert şərh edir

10 aprel, 2022 17:01

Ötən gün Pakistan parlamentində ölkənin Baş naziri İmran Xana etimadsızlıq səsverməsi keçirilib. Səsvermədən əvvəl parlamentdə 13 saatlıq müzakirələr aparılıb.

Səsvermə zamanı İmran Xana etimadsızlıq göstərilib və o vəzifəsindən istefaya göndərilib.

Parlamentin aşağı palatasının üzvlərinin əksəriyyətini təşkil edən etimadsızlıq səsverməsinə 174 deputat səs verib. Parlamentə etimadsızlıq səsverməsi nəticəsində İmran Xanın hökuməti istefaya gedib.

İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk Baş nazir olub. Məlum hadisədən sonra Pakistanda siyasi gərginlik yaşanır, yeni Baş nazirin kim olacağı barədə aktiv müzakirələr aparılır. Bundan əlavə, devrilən hökumətdə kütləvi həbslərin aparılacağı ehtimal olunur. 

İstefaya göndərilən İmran Xan isə bildirib ki, müxalifətin hökuməti devirmək cəhdinin arxasında ABŞ dayanır:

“Bir neçə ay əvvəl parlament üzvlərindən bir neçəsi ABŞ-ın İslamabaddakı səfirliyinə gedib və onlara Baş nazirə qarşı etimadsızlıq səsverməsinin keçiriləcəyi bildirilib”.

Azərbaycana yaxın dost olan Pakistanda nələr baş verir? İmran Xan hansı səbəbdən vəzifəsindən uzaqlaşdırıldı? 

Pakistanlı siyasi ekspert Qaiser Navab modern.az-a ölkəsində yaşayan hadisələri şərh edib. Onun fikrincə, İmran Xan qanunları pozduğuna görə xalq tərəfindən cəzalandırılıb.

Ekspert İmran Xanın hakimiyyəti dövründə ölkənin iqtisadi durumunun heç də yaxşı olmadığını, insanların yaşayış səviyyəsinin pisləşdiyini bildirib:

“Müxalifətin iştirakı ilə 6-7 aylıq müvəqqəti hökumət qurulacaq. Pakistan Demokratik Hərəkatı növbəti seçkilərə qədər hökumətdə olacaq. Proseslər fonunda İmran Xan Baş nazir vəzifəsindən uzaqlaşdırıldı. Əlbəttə, bunun müəyyən səbəbləri var.

İnsanlar hesab edirlər ki, İmran Xan ölkə konstitusiyasını pozaraq parlamenti buraxıb. Lakin Pakistanın Ali Məhkəməsi dərhal tədbir gördü və parlamentin buraxılmasını dayandırdı. İmran Xan konstitusiyanı pozduğuna və konstitusiyaya zidd olaraq məclisi buraxdığına görə cəzalandırıldı”.

Ekspertin fikrincə, İmran Xanının yürütdüyü siyasət müxtəlif qrupları narazı salırdı. İqtidara gəlməyə çalışan müxalifət mövcud vəziyyətdən istifadə edərək, onun hakimiyyətdən kənarlaşdırılmasına nail olmağı bacardı:

“İmran Xanın belə etməsinin səbəbi parlamentdə ona qarşı etimadsızlıq səsverməsi təklifi oldu. Belə deyə bilərik ki, yüksək inflyasiya və işsizlik, Pakistanın artan borcları xalqı və müxalifət partiyalarının narazlığına səbəb oldu. Narazılıqlar getdikcə artırdı. Ona görə də Pakistanda belə xoşagəlməz vəziyyət yarandı”.

Qeyd edək ki, siyasi kluarlarda dolaşan söhbətlərdə Pakistanın keçmiş Baş naziri Navaz Şərifin kiçik qardaşı olan 70 yaşlı Şahbaz Şərifin Baş nazir postuna yeganə namizəd olacağı deyilir.  Siyasi ekspertlər onun şansını yüksək qiymətləndirir. Ehtimal olunur ki, İmran Xanın postu ona həvalə olunacaq.

Onu da bildirək ki, Milli Assambleyada yeni hökumət başçısının namizədliyi ilə bağlı səsvermə bazar ertəsi keçiriləcək. İclasdan sonra yeni baş nazirin aqibətinə aydınlıq gətiriləcək.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR