"Rusiyanın Azərbaycana təhdidləri elə-belə, xırda-para təhdidlər deyil" - MÜSAHİBƏ

12 aprel, 2022 10:31

Milli Məclisin keçmiş sədri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində Rusiya-Ukrayna müharibəsinin regional təsirlərindən danışıb.

Azsiyaset.com həmin müsahibəni təqdim edir:

- Rusiya-Ukrayna müharibəsi ABŞ-ın və qərb dövlətlərinin Cənubi Qafqaz regionuna siyasətində dəyişiklik yaradıbmı? Sizcə bu ölkələrin regiona münasibəti necə olmalıdır?

- Müəyyən dəyişikliklər baş verib. Çünki bu qaçılmazdır. Rusiya-Ukrayna müharibəsi təkcə bu bölgəni yox, bütövlükdə dünyanı dəyişməkdədir, hər şeyi dəyişməkdədir və hər şey dəyişəcək. Ona görə, bölgəyə münasibətdə müəyyən dəyişikliklər qaçılmazdır. Zahirən beynəlxalq birliyin bölgəyə marağı bir qədər azalıb. Bu da təbiidir. Çünki dünyanın diqqəti indiki anda Rusiya-Ukrayna savaşındadır. Amma müəyyən dəyişiklikləri müşahidə etmək olar. 

Məsələn, bu savaşa qədər Qarabağ məsələsində, Ermənistan-Azərbaycan münaqişəsində guya Qərbin əsas instrumentlərindən biri olan Minsk Qrupu həmsədrləri institutu artıq arxa plana keçib. Bilirsiniz ki, Azərbaycan haqlı olaraq bu, Minsk Qrupu həmsədrlər institutunun heç bir fayda gətirmədiyi, heç bir səmərə ortaya qoymadığını nəzərə alaraq, buna ehtiyac olmadığını 44 günlük savaşdan sonra bildirirdi. Amma buna baxmayaraq, Rusiya tərəfi öz maraqlarına görə, bu instrumenti saxlamağa çalışırdı. Ancaq indi artıq qərb Rusiya ilə heç bir sahədə əməkdaşlıq etmək istəmədiyi üçün Minsk Qrupu həmsədrləri institutuna da artıq ehtiyac duyulmur. 

Son vaxtlar Brüsseldə Avropa İttifaqı vasitəsi ilə Azərbaycan-Ermənistan danışıqlarında yeni platforma yaradılmnasının özü də bunu göstərir. Eyni zamanda, təbii ki, məncə bu məsələ yekunlaşandan sonra, savaş bitdikdən sonra, ən azı savaşın qızğın hissəsi bitdikdən sonra, atəşkəs əldə edildikdən sonra beynəlxalq birliyin bölgəyə diqqəti artacaq. Bölgə ölkələrinə qarşı indi hiss olunan bu, qeyri tələbkarlıq var, elə bil ki, çox da maraq görünmür. Bu dəyişəcək və bölgə ölkələri ilə əlaqələr də güclənəcək, münasibətlər də yeni çalarlar əldə edəcək. 
Minsk Qrupu həmsədrləri institutundan başqa bir məsələdə də fərqin ortaya çıxdığını deyə bilərik. Bu da Ukrayna ilə yanaşı Gürcüstanın da Avropa İttifaqına müraciət etməsi və yaxın aylarda Ukrayna ilə yanaşı Gürcüstan və Moldovanın da Avropa Birliyinə üzv olacağı ilə bağlı müraciətlərinə cavab veriləcəyi gözlənilir. Yəni, regiona diqqət savaşdan sonra əhəmiyyətli dərəcədə artacaq.

- Sizcə Ukraynadakı hərbi-siyasi böhran Rusiyanın yenidən parçalanmsına yol aça bilərmi?

- Tamamailə realdır. Əgər Putin rejimi bu cinayətkar və yanlış müharibədən geri çəkilməsə, səhvlərini ehtiraf etməsə dünya birliyi artıq qərarlıdır, ABŞ başda olmaqla NATO-nun aparıcılığı ilə Rusiyanın bu cinayətlərinə cavab verilməsi tələbi güclənib və bu proses davam edəcək. Hesab edirəm ki, xüsusən də haqlı olaraq Rusiyaya qarşı total sanksiyalar, təcrid siyasəti başlayıb, o siyasət əminəm ki, Rusiyada çox ciddi dəyişikliklərə, minimum, rejimin dəyişməsinə, maksimum variantda isə Rusiyanın parçalanmasına gətirib çıxara bilər.

- Azərbaycan hökumətinin müharibə fonunda Rusiya və Ukrayna ilə münasibətlərini necə qiymətləndirərdiniz? Azərbaycanın xarici siyasətində hansı perspektivləri görürsünüz?

- Mən istərdim ki, Azərbaycan çağdaş dünya ilə birlikdə tam şəkildə Ukrayna ilə bir yerdə olsun, Rusiyaya qarşı dünya birliyinin mövqeyinin aparıcı qüvvələrindən biri də məhz Azərbaycan olsun. Təəssüf ki, Azərbaycan hakimiyyətinin siyasəti fərqlidir. Uzun illərdir birtərəflilik xətti seçilib. 

İndiki mərhələdə də Azərbaycan çalışır ki, müharibənin verə biləcəyi zərbələrdən yayınsın. Ona görə də tərəfsiz olmağa üstünlük verir. Bir tərəfdən Rusiya ilə əməkdaşlıq, hətta təəssüf ki, bu münasibətlər 22 fevralda müttəfiqlik sazişinədək getdi. Digər tərəfdən də Azərbaycan xalqı bütövlükdə Ukrayna xalqının tərəfindədir. Azərbaycanda Ukraynaya rəğbət həddindən artıq böyükdür. 

Hakimiyyət də bu və digər səbəblərdən Ukraynaya humanitar yardım göstərməyə, Ukraynaya bir vasitəçi kimi dəstək verməyə çalışır. Gerçəklik budur ki, Ukrayna hakimiyyəti Azərbaycanın bu siyasətinə kifayət qədər dözümlü yanaşır və beynəlxalq birlik də əsasən səbrli yanaşır. Azərbaycan tərəfi isə başa düşməlidir ki, zaman getdikcə daralır. Azərbaycan hakimiyəti bunu dərk etməlidir. Zaman daralır, dünya dəyişir və dəyişən dünyada da artıq xeyirlə şərin mübarizəsinə tərəfsiz qalmaq, hər iki tərəfə eyni məsafədə dayanmaq mümkün olmayacaq. 

Həm bu məsələlərdə, həm də Azərbaycanın demokratik inkişafı, Azərbaycandakı insan haqları ilə bağlı problemləri aradan qaldırmaq və bu istiqamətdə psevdo addımlar deyil, imitasion addımlar deyil, gerçək addımlar atılmalıdır, gerçək islahatlar aparılmalıdır. Azadlıqlar istiqamətində, istər siyasi, istər iqtisadi azadlıqlar istiqamətində gerçək islahatlar olmalıdır. Ölkədə bütün bu məsələlərin həllinə doğru addımlar atılmalıdır. Bunu zaman tələb edir, bunu baş verən hadisələr tələb edir. Biz bunu hər zaman deyirdik. Ancaq indi artıq elə bir mərhələ gəlib başlayıb ki, söz yox, proseslər bunu zəruri edir. Azərbaycan çox qısa bir müddətdə qərarlarını qəbul edib, irəliyə doğru addımlar atmalıdır.

- Fikrinizcə Azərbaycan birtərəflilik siyasətindən əl çəkib qərb vektorlu siyasətə keçərsə Rusiya tərəfindən hansı təhdidləri gözləmək olar?

- Təhdidlər təbii ki, var. Bu elə-belə, xırda-para təhdidlər deyil. Rusiya Ukraynaya qarşı bu cinayətkar savaşdan xeyli zərbələr alsa da, məqsədlərinə çata bilməsə də, hər halda kifayət qədər böyük hərbi potensialı olan və heç bir ölçü hissi olmayan bir ölkədir. Təbii ki, bu ölkə təkcə Ukraynaya yox, bütün postsovet məkanına, əslinə qalsa bütün Avropaya savaş açıb. 

Yəni, bu yaxınlarda onu da etiraf etdilər ki, məqsədləri demək olar ki, bütün Avrasiyanı, tamamilə bütövlükdə Avropanı, tamamilə bütövlükdə Asiyanı öz istədikləri şəkildə yenidən qurmaq iddiasındadırlar. Bu yaxınlarda bir məqaləni ortaya çıxardılar. Keçən ilin ortalarında nəşr olunmuş Sergeyev adlı birisinin məqaləsidir. Faktiki olaraq adam Putinin demədiklərini aydın şəkildə dilə gətirib. Məqalənin müəllfinin kimliyi və məqalənin dərc olunduğu platformalar onu göstərir ki, Rusiyanın rəsmi mövqeyinə yaxın bir mövqedir. Adam orada açıq şəkildə deyir ki, SSRİ-nin dağılması zamanı Rusiyadan ayrılmış “müstəqil dövlətlər”in heç biri Qərb tərəfindən Rusiyaya qarşı istifadə olunmamalıdır. Yəni ki, bu Rusiyanın nəzarətində olmalıdır. 

Adam yazır ki, Ukrayna adlı dövlət olmamalıdır. Ukrayna xalqı deyilən bir xalq yoxdur. Bu ad da dəyişməlidir. Aydın məsələdir ki, əgər Rusiya bu cinayətkar savaşda Ukraynada uğur qazana bilsəydi, Rusiya bununla dayanmayacaqdı. Putin rejimi digər postsovet ölkələrini də öz nəzarətinə götürmək istiqamətində daha sərt, daha cinayətkar addımlar ata bilərdi. 

Bu baxımdan problemlər ciddidir. Təhdidlər sözdə deyil, gerçək təhdidlər var. Ancaq məsələ burasındadır ki, bu təhdidlər aradan qalxmayacaq. Bu təhdidlərə qarşı dövlətin mövqeyi olmalıdır, dövlətin müttəfiqləri olmalıdır. Xoşbəxtlikdən Azərbaycanın Türkiyə kimi bir güclü müttəfiqi var. NATO üzvü olan və bütövlükdə bir sıra nüanslara baxmayaraq qərblə birlikdə hərəkət edən Türkiyə kimi bir müttəfiqimiz var. Digər tərəfdən beynəlxalq birlik də Azərbaycan kimi postsovet məkanında olan yeni müstəqil dövlətlərə kifayət qədər səbrli, təmkinkli yanaşır və onların bu ümumdünya prosesində iştirakı üçün zəmin yaratmağa çalışır. 

Bütün bu şərtlərə arxalanaraq və Türkiyənin müttəfiqliyinə, beynəlxalq birliyin müdafiəsinə inanaraq müəyyən cəsarətli addımları atmağa Azərbaycan hazır olmalıdır. Eyni zamanda bunun üçün demokratik düşərgə də gərəkən yükün bir hissəsini öz üzərinə görüməyə hazır olmalıdır. 

Mən, Milli Strateji Düşüncə Mərkəzinin mövqeyi olaraq, uzun müddətdir ki, bu təkliflər paketini səsləndirirəm ki, Azərbaycan hədəflərinə çatmaq üçün, birincisi ölkədə milli birliyə nail olunmaldır, ikincisi Azərbaycan-Türkiyə müttəfiqliyi mümkün qədər gücləndirilməlidir, üçüncüsü Azərbaycan çağdaş dünya ilə yaxınlaşmalıdır, bütövləşməlidir. Bu üç istiqamətdə atılan addımlar Rusiyanın gerçək təhdidlərinin qarşısını almağa yetərli ola bilər.

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub