"Mövcud 3 imperiyanın biri dağılmalıdır" - Politoloq

26 aprel, 2022 19:57

Artıq iki aydır ki, Rusiya-Ukrayna arasında müharibə davam edir. Bundan sonra yaşanacaq proseslər barədə demokrat.az-a danışan politoloq Cümşüd Nuriyev qeyd edib ki, hazırda müharibə daha isti fazaya keçib.

Politoloq bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibənin davam etmək ehtimalı daha çoxdur:

“Baxmayaraq ki, dünya dövlətlərinin bir hissəsi müharibənin dayandırılmasını istəyir, başqa hissəsi isə əksinə daha da qızışdırılmasını istəyir. Bu daha çox ABŞ-ın maraqlarına uyğundur. ABŞ-ın düşüncə tərzinə görə, Ukrayna Rusiya üçün ikinci Əfqanıstan olacaq. Ona görə də, uzunmüddətli müharibənin olacağını deyirlər.Bilirik ki, o vaxtlar Əfqanıstandan sonra onlar SSRİ-ni dağıda bilmişdilər, indi də fikirləşirlər ki, Ukraynadan sonra Rusiyanı dağıdacaqlar. Amma inanmıram ki, Rusiya belə bir səhvi buraxsın. Rusiyaya əsas Ukraynanın şərqi və cənubu lazımdır. Yəni, Krımın tam təhlükəsizliyini təmin edib və Xerson vilayəti də hələ onun əlindədir. Orada ola bilər referendurum keçirilsin. Çünki Rusiya iştahası çox yuxarı olan bir dövlətdir. Ortada Gürcüstan nümunəsi var. Yəni Donestkdə, Luqanskda refendurum keçirilə və onlar da Rusiyaya qoşula bilərlər. Bilirsiniz ki, bu məsələlərdə beynəlxalq hüquq da ikili standartdır”.

Politoloq hazırda müharibənin cənubda daha isti fazaya keçdiyini vurğulayıb:

“Rusiyaya Ukraynanın şimalı lazım deyildi. O, sadəcə diqqəti yayındırmaq, həm də özünün həddən artıq zəif olduğunu təqdim etmək üçün bir hərbi gediş etdi. Yəni, mən bunu siyasi cəhətdən belə görürəm. Amma bütün hallarda heç kəs Rusiyaya səlahiyyət verməyib ki, gəlsin başqa bir dövlətin ərazisində nəyisə etsin. Təəssüf ki, dünya buna göz yumdu. Görünən odur ki, sonda mövcud 3 imperiyanın biri dağılmalıdır. Bunlar ABŞ, Rusiya və Çindir. Çin hələ ki, oyundan kənar seyr edir. ABŞ isə Ukraynanın əli ilə Rusiyanı dağıtmaq istəyir, Rusiya da öz imperiya ambisiyalarından əl çəkmək istəmir və daha da ərazisini genişləndirmək niyyətindədir. Hesab edirəm ki, müharibə yaxın bir ayda sona çata bilər. Çünki Rusiyanın Mariupoldan sonra Berdiyanskini götürəcəyi birmənalıdır. Dnepr çayına qədər Luqansk, Donesk inzibatı sərhədlərinə çıxacaq və Krımın təhlükəsizliyini təmin etməkdən ötrü Nikolayev və Odessanı da götürə bilər. Çünki Moldovada onun nəzarətinə keçir, bununla da həm Dnestryanı ilə birbaşa quru sərhəddinə çıxış əldə edir, həm də Ukraynanın Qara dənizə çıxışını bağlayır. Bununla da, NATO-Ukrayna girişini bağlayır. Rusiyanın 1999-cu ildə Serbiyanın bombalanması, 2001-ci ildə İraqın işğalı və s. kimi nümunələrindən istifadə edir. Qərb dövlətləri də Rusiya üçün “president” hüququ yaradıb. Ola bilər ki, Rusiya bundan gələcəkdə istifadə etsin. Hesab edirəm ki, bütün hallarda müharibə hələ ki, sürünən müharibə taktikasındadır”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR