"Azərbaycan Ermənistanla vasitəçi olmadan razılaşır: ABŞ və Rusiya isə ..." - Sabiq nazir

29 aprel, 2022 03:29

Azsiyaset.com Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla müsahibəni təqdim edir:

- Tofiq müəllim, son günlər Azərbaycana diplomatik səfərlər çoxalıb. ABŞ və Rusiyanın Azərbaycanla Ermənistan arasındakı sülh prosesində daha aktiv rol almaq uğrunda cəhdləri müşahidə edilir. Sizcə, tərəflərin bu fəallığı prosesdə nə dərəcədə təsirli ola bilər?

- İndi yeni bir situasiya yaranıb. Artıq ATƏT-in Minsk Qrupu deyilən bir anlayış yoxdur. Çünki ATƏT-ə bu vasitəçilik BMT tərəfindən həvalə edilirdi. İndi isə Rusiya, ABŞ və Avropa ölkələri arasında bir böhran yaşanır. Bu da ATƏT-in Minsk Qrupunun fəaliyyətində özünü açıq şəkildə göstərir. Vasitəçilik formatı olmadığına görə də, danışıqların yeni formatı gündəmdədir. Azərbaycanın da tələbi o idi ki, vasitəçilik missiyasında olanlar vəziyyəti doğru-düzgün təhlil edib nəticə çıxarsın. Ona görə də, Avropadan və Rusiyadan olan tərəflər gələcək danışıqların hansısa bir formatını təsbit etmək istəyir.

- Bəs, real danışıqlarda hansı irəliləyişlər var?

- Delimitasiya və demarkasiyaya aid komissiyaların tərkibi barəsində erməni tərəfi ilə razılıq əldə edilib. Diplomatik praktikaya uyğun olaraq demək olar ki, hər iki tərəfdən müəyyənləşəcək komissiyanın üzvləri müxtəlif strukturlardan təşkil edilir. Bu strukturla razılaşıb Ermənistan da eyni formatda çıxış edə bilər. Eyni zamanda delimitasiya və demarkasiya texniki prosesdir. Bu məsələ üzrə təşkil edilmiş komissiya ikinci dərəcəli mövzuları həll etmək üçündür. Siyasi problemlərin həlli isə digər müstəvidə həll oluna bilər.

- Azərbaycan və Ermənistan sülh sazişi üçün öz nümayəndəsini formalaşdırır. Sizcə, vasitəçi olmadan bu prosesdə irəliyə getmək mümkün olacaqmı?

- Artıq hər iki tərəf bu istiqamətdə öz üzərinə düşən işləri görür. Amma istisna etmək olmaz ki, hansısa mərhələdə görüşlər də baş tuta bilər. Eyni zamanda danışıqların başlanması məsələlərin həlli demək deyil. Avropa İttifaqı və Rusiya sadəcə olaraq indiki mərhələdə konsultativ kömək təklif edir. Bu isə heç də vasitəçilik deyil.

- Sülh mətni ilə bağlı iki tərəfin razılaşması gözlənilirmi?

- Sonuncə dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışığında delimitasiya və demarkasiya ilə bağlı komissiyanın tərkibi haqqında müzakirə olub. Sülh sazişi ilə bağlı isə danışmaq hələ tezdir. Çünki bu məsələ ilə bağlı problemlər çoxdur. Ermənistan Azərbaycanın 5 müddəadan ibarət prinsipini əsas kimi qəbul edib. Yəni bu o deməkdir ki, onlar danışıqlara, müzakirələrə hazırdır. Sonrakı məsələləri isə bundan sonra danışmaq mümkün olacaq. Bundan sonra isə Ermənistan Baş nazir Nikol Paşinyan ziddiyyətli bəyanatlar verməyə başladı. Bunun da məzmunu o idi ki, ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Hətta açıqlama verdilər ki, 1991-ci ildə biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq. Bu, əslində ikibaşlı bir bəyanat idi.

- Bunu necə izah edirsiniz?

- Çünki 1991-ci ildən sonra Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz olub. Bizim torpaqların 20 faizi işğal edilmişdi. O zaman sual yaranır ki, bizim ərazi bütövlüyünü bu cürəmi tanınırdı? Yəni, onlar demək istəyir ki, sizin ərazi bütövlüyünü tanısaq da Qarabağ məsələsindən imtina edə bilmərik.

- Yəqin, bu yeni iddia forması ilə bağlıdır?

- Bəli ermənilər iddialarının formasını dəyişirlər. Onlar ərazi bütövlüyünü tanısalar da “insan hüquqları və müqəddaratla” bağlı mövzuları gündəmə gətirir. Çünki erməni tərəfi hələ də Qarabağda yaşayan erməniləri bir icma kimi deyil, onu tərəf kimi qəbul etdirmək istəyir. Azərbaycan isə ermənilərə ən yüksək status olan vətəndaşlıq verməyə hazır olduğunu bəyan edir. Qarşı tərəf isə vətəndaşlıq hüquqlarından əlavə erməni olduqlarına görə “imtiyazlar” istəyir. Hətta bir qədər də irəli getsələr “müstəqillikdən” belə danışa bilərlər. Son 30 ildə bu cür mövqeləri görmüşük. Burada təzə bir şey yoxdur.(teleqraf.com).

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian