Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti "Veysəloğlu" Şirkətlər Qrupunda olub - FOTOLAR

20 oktyabr, 2025 15:09

Dövlət Məşğulluq Agentliyinin rəhbəri Sadiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) fəaliyyəti və iş mühiti ilə yaxından tanış olub. Səfər çərçivəsində nümayəndə heyəti “ARAZ” supermarketlər şəbəkəsi və “OBA” marketlər şəbəkəsinin ofislərini ziyarət edib. Qonaqlara əməkdaşlar üçün yaradılmış müasir iş şəraiti, insan resurslarının idarə edilməsində tətbiq olunan beynəlxalq standartlar və innovativ iş mühiti barədə ətraflı məlumat verilib.

Daha sonra nümayəndə heyəti ilə VŞQ-nin təsisçisi və Baş icraçı direktoru Aydın Talıbovun, eləcə də Şirkətlər Qrupunun digər rəhbər şəxslərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı Aydın Talıbov 30 ildən artıq fəaliyyəti ərzində Veysəloğlu Şirkətlər Qrupunun ölkə iqtisadiyyatına verdiyi töhfələr, məşğulluğun təşviqi, sosial məsuliyyət və dayanıqlı inkişaf sahəsində həyata keçirilən layihələr barədə geniş məlumat verib. A. Talıbov bildirib ki, ölkədə iş adamları və özəl sektor üçün yaradılmış münbit şərait, eləcə də dövlətin davamlı dəstəyi real bizneslərin formalaşmasına və inkişafına geniş imkanlar yaradır.

Öz növbəsində Dövlət Məşğulluq Agentliyinin rəhbəri Sadiq Əliyev iş dünyasının aparıcı nümunələrindən biri olan Veysəloğlu Şirkətlər Qrupunun və onun tərkibində fəaliyyət göstərən bizneslərin fəaliyyətini yüksək qiymətləndirib. O, Qrupa daxil olan şirkətlərdə əməkdaşlar üçün yaradılan iş şəraitinin, yeni iş yerlərinin açılmasının, xüsusilə regionlarda qadın məşğulluğuna dəstəyin, gender bərabərliyinin təşviqinin və yeni peşə sahiblərinin hazırlanmasında göstərilən səylərin əhəmiyyətini vurğulayıb.

Tədbirdə “ARAZ” supermarketlər şəbəkəsinin İnsan Resursları və Biznesə Dəstək direktoru Pərviz Qasımov da çıxış edərək “ARAZ Akademiyası”nın fəaliyyəti barədə ətraflı məlumat verib. O, təlim və sertifikasiya proqramları, pərakəndə satış sahəsində insan kapitalının yetişdirilməsi təşəbbüsləri, həmçinin dual təhsil modelləri çərçivəsində peşə məktəbləri və kolleclərlə əməkdaşlığın vacibliyi barədə danışıb.

 Həmçinin pərakəndə satış texnologiyaları, innovasiyaların tətbiqi və dayanıqlı inkişaf istiqamətində həyata keçirilən layihələr barədə də geniş məlumat verilib.

Görüşdə iştirak edən “ARAZ” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov işğaldan azad olunmuş ərazilərdə “ARAZ” satış nöqtələrinin yaradılması, logistik imkanların genişləndirilməsi məqsədilə Cənubi Qafqazın ən iri logistika mərkəzlərindən biri sayılan Məmmədli Logistika Mərkəzində görülən işlər, eləcə də qida təhlükəsizliyi və keyfiyyətin idarə olunması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Tərəflər növbəti dövrdə sahəvi peşə hazırlığı, sertifikasiya və məşğulluğun genişləndirilməsi ilə bağlı birgə layihələrin icrası istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə ediblər.

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR