Laçındakı təlimin məqsədi - Bu, ruslara cavabdır? 

07 sentyabr, 2021 13:18

Ötən gün Müdafiə Nazirliyi o cümlədən Rusiya informasiya məkanında geniş rezonansa səbəb olan rəsmi məlumatla çıxış edərək bildirdi ki, “ikitərəfli hərbi əməkdaşlığa” uyğun olaraq Laçın rayonu ərazisində Azərbaycan və Türkiyə birgə hərbi təlimləri başlayıb. 

Döyüş atışlı taktiki təlimdə məqsəd, məlumatda deyildiyi kimi, döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

“Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib”,- məlumatda deyilirdi.

Nazirliyin yaydığı məlumata əlavə edilmiş fotolardan belə görünürdü ki, təlimlərə hər iki ölkədən xüsusi təyinatlılar da cəlb edilib.

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri 44 günlük müharibənin ardınca xeyli intensivləşib və az qala hər həftə iki müttəfiq ölkənin hərbi qüvvələrinin hansısa birgə təlimlərdə iştirakı barədə xəbərlər yayılır. Məsələn, ötən həftə Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan qüvvələri personalının  Ön Hava Nəzarəti təlimlərini başa vurduğunu açıqladı. Buna paralel olaraq hazırda Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə iştirakı ilə “Turaz Şahini-2021” təlimləri keçirilməkdədir. Eyni zamanda Azərbaycan və Türkiyənin  sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri də bu günlərdə davam edir.

Lakin Laçında təlimlər xüsusi diqqət tələb edən məsələdir. Birincisi, ilk dəfədir işğaldan azad edilən ərazilərdə, xüsusən də keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin inzibati ərazisinə daxil olmuş Laçında Türkiyə hərbçilərinin iştirakı ilə birgə hərbi təlimlər keçirilir. İkincisi, təlimlərin nədən məhz Laçında keçirilməsinin mümkün səbəblərinə nəzər salmaq lazımdır.

Bir neçə gün əvvəl Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində Azərbaycan sərhədçisinə erməni hərbçilərinin bıçaqla hücum etməsinin ardınca Bakı bu yolu bağladı. Nəticədə Zəngəzurun bəzi kəndləri ilə Ermənistanın əlaqəsi kəsildi, o cümlədən İranla Ermənistanın quru əlaqəsi ciddi şəkildə məhdudlaşmış oldu. Rusiya tərəfinin iştirakı ilə  üç gün davam edən danışıqlardan sonra Azərbaycan tərəfi yolun yenidən açılmasına razılıq verdi, amma ən azı iki yerdə sürəti minimuma endirmək üçün beton bloklar qoyuldu. Yəni erməni mənbələrinin də bildirdiyi kimi, Azərbaycan sərhədçiləri indi bu yolla kimlərin gedib-gəldiyini, nə daşıdıqlarını vizual olaraq yaxından müşahidə edə biləcək.

Qeyd edək ki, Gorus-Qafan yolunun bəzi hissələri hələ sovet dövründə Azərbaycan ərazisindən çəkilmişdi. 10 noyabr üçtərəfli bəyanatının imzalanmasının ardınca Azərbaycan Zəngilan və Qubadlı istiqamətlərində sovet dövrü sərhədlərini bərpa edəndə yolun bu hissələri də Azərbaycanın nəzarəti altına keçmiş oldu, amma Bakı alternativ yolun çəkilməsinə qədər Ermənistana aid nəqliyyat vasitələrinin yolda hərəkətinə icazə vermişdi.

Gorus-Qafan yolunun bağlı qaldığı günlərdə Ermənistanda və Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazilərində ciddi təşviş hökm sürürdü. Və belə şaiyələr dolaşırdı ki, Azərbaycan Laçın dəhlizini də bağlaya bilər. Bakının Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında baş verənlərdən narazılığı, bölgəyə Laçın dəhlizi ilə silahların və canlı qüvvənin daşınması barədə məlumatlar fonunda belə şaiyələr şübhəsiz ki, ermənilər arasında təşvişə səbəb olmuşdu. Və maraqlıdır ki, Gorus-Qafan yolunun yenidən açılmasının ardınca Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizində təlimlər keçirdilər. Bu təlimlərdə PUA-lara qarşı mübarizə məşqləri də edilmişdi.

Başqa sözlə, Rusiya sülhməramlı qüvvələrinin Laçın dəhlizində təlimlərini həm erməniləri sakitləşdirməyə, həm dəhlizin qorunduğuna yönəlmiş mesaj hesab edilə bilərdi.

İndi isə dəhliz ətrafında Azərbaycan və Türkiyə xüsusi təyinatlıları düşərgə salaraq təlimə başlayıb. Onlar çətin keçilən dağlıq ərazilərdə birgə döyüş əməliyyatlarının aparılmasını məşq edirlər və müasir döyüş texnikasını, vasitələrini sınaqdan keçirirlər. Son günlərin hadisələri fonunda bu birgə təlimlər güclü mesajdır və bu mesajın kimlərə ünvanlandığını da təxmin etmək çətin deyil... /Virtualaz.org

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI