Yeni nazirdən gözləntilər - Ciddi dəyişikliklər baş verəcək

09 sentyabr, 2021 11:55

Sentyabrın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Qayıbov Gənclər və İdman naziri vəzifəsinə təyin edildi. Bu təyinata qədər nazir vəzifəsinə iddialı olan müxtəlif şəxslərin adları çəkilirdi. Elə Azsiyaset.com saytı da 6 aydan artıq boş qalan nazir postuna iddialı namizədlərlə bağlı mütəmadi olaraq məqalələrlə çıxış etmişdi. Nazir olmaq üçün dəridən-qabıqdan çıxan müxtəlif namizədlərlə bağlı məqalələrimizdə məsələyə milli nöqteyi-nəzərdən yanaşmağa çalışmışıq. İfadə etmişik ki, bu posta iddialı olan şəxslər gənclər və idman sahəsindəki problemləri dərindən bilməli, sağlam imicə və möhkəm xarakterə malik olmalı, ölkədə islahatlar kursunun vacib istiqaməti kimi bu sahədə yenilikçi kimi çıxış etməli və Qarabağ müharibəsindən sonra daha da qətiləşən dövlətin yeni inkişaf kursunu sürətləndirməyi bacarmalıdır.

Azərbaycan gimnastikasının inkişafında xüsusi xidmətləri olan, ictimaiyyətdə kifayət qədər təmiz imicə sahiblənən və iyirmi ilə yaxın bir müddətdə çalışdığı idman sahəsinin problemlərini dərindən bilən F.Qayıbovun nazir vəzifəsinə təyinatı sevindirici haldır.

Heç şübhəsiz, F.Qayıbovu bu vəzifəyə təyin olunmaq üçün çalışan digər şəxslərdən fərqləndirən bir keyfiyyət də var idi: o, nazir vəzifəsinə təyinat üçün aparılan sağlam prosesin nəticəsi kimi bu posta gətirildi. F.Qayıbovun nazir vəzifəsinə gətirilə biləcəyi ilə bağlı heç də geniş olmayan məlumata sahib olsaq da, bunu ictimailəşdirməməyi məqsəduyğun hesab elədik. Çünki belə olacağı təqdirdə, bunu ən doğru qərar olacağını əvvəldən düşünürdük.

Prezident yeni naziri videoformatda qəbul edərkən hansı problemlərdən danışdı?

Prezident İlham Əliyev Fərid Qayıbovu Gənclər və İdman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən idman federasiyalarının fəaliyyətinə sərt şəkildə tənqid etdi.

Dövlət başçısının bu tənqidi təsadüfi deyildi. Məsələ bundadır ki, F.Qayıbov 20 ilə yaxın bir müddətdə Gimnastika Federasiyasında çalışıb və federasiyaların problemlərini dərin bilən adamdır. Digər tərəfdən, Gimnastika federasiyasının nümunəvi fəaliyyəti onu deməyə əsas verir ki, uzun müddət bu federasiyaya rəhbərlik edən bir şəxs digər federasiyaların da fəaliyyətini müsbətə doğru dəyişə bilər. Prezident bildirdi ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır:

“Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir?”. Düşünürük ki, Prezidentin bu çıxışı yeni nazir üçün əsas tezislərdən birinə çevrilməlidir. Çünki həqiqətən də federasiyaların fəaliyyəti sanki iflic olub və müxtəlif federasiya rəhbərlərinin qanunsuz əıməlləri idman sahəsindəki problemləri daha da dərinləşdirib.

Fərid Qayıbov kimdir və gözləntilər…   

 

42 yaşlı Fərid Qayıbov idman ictimaiyyətinə tanış simadır, o, 2003-cü ildən başlayaraq, bu günə qədər ölkə gimnastikasının inkişafı üçün mümkün olan hər bir adımı atıb. Federasiyada menecer kimi fəaliyyətə başlayan F.Qayıbov Baş katib vəzifəsinə qədər yüksəlib. F.Qayıbovun 2017-ci ildə Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci hesabat-seçki xarakterli Konqresində bu qurumun prezidenti seçilməsi ciddi hadisə idi. Nəzərə almaq lazımdır ki, UEG-də belə bir ali vəzifə tutmaq böyük məsuliyyət tələb edirdi. Bu sahədə Avropa və Azərbaycan arasında körpü rolunu oyanamaq, təcrübə mübadiləsi aparmaq, prosesi milliləşdirmək asan məsələ deyildi.

Yeni naziri ənənəvi məmur korpusundan fərqləndirən cəhətlər də kifayət qədərdir: korropsioner deyil, adı heç bir qalmaqalda hallanmayıb, iyirmi ilə yaxın müddətdə bir sahədə sistemli şəkildə işləyib uğurlu karyera qura bilib.  Ölkə gimnastikasının inkişafında, gimnastlarımızın beynəlxalq yarışlardakı uğurlu iştirakında yeni nazirin danılmaz rolu vardır.

F.Qayıbovun nazir təyin olunandan dərhal sonra Azərbaycan idmanının yaralı nöqtəsi hesab olunan futbolla bağlı açıqlama verməsi də müəyyən ümidlər yaradır:

“Azərbaycan futbolu ilə bağlı bir sıra işlər görülməlidir. Hesab edirəm ki, bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı Futbol Federasiyası ilə işlərimiz olacaq. Onlarla bu sahə ilə bağlı işlər aparmalıyıq. Mən futbolu uşaqlıqdan sevirəm. Çalışıram ki, mühüm oyunlara stadiondan baxım. Dünən də milli komandamızın Portuqaliya ilə oyununu stadiondan izlədim. Çox təəssüf ki, komandamız məğlub oldu. Mən də digər vətəndaşlarımız kimi komandamızın uduzduğuna təəssüflənirəm. İstərdik ki, futbolçularımız daha yaxşı oynasınlar”.

Samir Feyruzov

Azsiyaset.com

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI