Ramin Bayramlı istefa verdi - FOTO
12 sentyabr, 2021 10:49
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib.
"Azsiyaset" xəbər verir ki, bununla bağlı o, özünün tvitter hesabında yazıb.
"Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm.
İstər 44 günlük haqq savaşımızda, istərsə də, ümumbəşəri bəla sayılan COVİD-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm". - deyə R.Bayramlı qeyd edib.