Fransızlar Qarabağa getdilər - Qanunsuz olaraq
22 sentyabr, 2021 17:06
Fransalı hüquq müdafiəçiləri Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər ediblər.
“Azsiyaset” erməni KİV-nə istinadən xəbər verir ki, Fransanın “L'Œuvre d'Orient” təşkilatının nümayəndələri qanunsuz olaraq Qarabağa gediblər.
Onlar Azərbaycan hökumətini səfər barədə məlumatlandırmadan və Laçın dəhlizi vasitəsilə rusiyalı sülhməramlıların məsuliyyətində olan zonaya yollanıblar.
Erməni KİV yazır ki, “L'Œuvre d'Orient” təşkilatının nümayəndə heyəti Qarabağda ermənilərlə görüşlər keçirirlər.