Keçmiş nazir işçilərin dərman pulunu fermasına xərcləyib - DETALLAR

24 sentyabr, 2021 15:18

Naxçıvanın hazırda həbsdə olan daxili işlər naziri Əhməd Əhmədov 2015-2017-ci illərdə, cəmi 2 il ərzində nazirliyə 5 milyon manatdan çox zərər vurub, vətəndaşlardan isə 9 milyon manatdan çox rüşvət alıb.

"Azsiyaset" qafqazinfo.az-a istinadla xəbər verir ki, Ə.Əhmədov həmin illərdə nazirliyin işçilərinə maddi yardım verilməsi məqsədilə ayrılmış puldan 265 883 manat vəsaiti əməkdaşlara verməyərək özü mənimsəyib. Xüsusi xərclər üçün ayrılmış 211 330 manatın cəmi 18 120 manatını xərcləyib, qalan vəsaiti isə mənimsəyib.

İşçilərin həvəsləndirilməsi üçün ayrılmış 1 milyon 535 min 483 manatdan əməkdaşlara 50-150 manat arası ödəniş edib, bəzi qurumların işçilərinə ümumiyyətlə mükafat verməyib. 1 milyon manat külli miqdarda vəsaiti mənimsəyib.

Xaricə ezam olunduğu sənədlərdə göstərilmiş əməkdaşlar xaricə ezamiyyətə getməyib, bunun üçün ayrılmış 186 970 manatı Əhməd Əhmədov özünə götürüb. Dəftərxana və təsərrüfat mallarının alınması məqsədilə ayrılmış 65 000 manat vəsait “TEMA” şirkətinə köçürülüb. Şirkətindən hər ay 380 manat olmaqla, cəmi 11 400 manat dəyərində dəftərxana və təsərrüfat malları alınıb, qalan 53 600 manat vəsaiti mənimsənilib.

17 illik nazir olan Əhməd Əhmədov 2 ay istintaqdan qaçıbmış. 

Əməkdaşlar üçün dərman preparatlarının alınmasına ayrılan 29 000 manata heyvan dərmanları alınıb və Əhməd Əhmədova məxsus fermaya göndərilib.

Yanacaq-sürtkü materiallarının alınması məqsədilə 1 milyon 175 min 385 manat 10 qəpik pulun 760 725 manat 10 qəpiyinə yanacaq alınıb, qalan pulun 228.000 manatı nağdlaşdırılaraq mənimsənilib, 186 660 manatlıq yanacaq-sürtkü materialları isə Ə.Əhmədovun şəxsi işlərinə sərf olunub.

DİN-də şəxsi heyətin geyim formalarının alınması məqsədilə 2 milyon 454 min 893 manat vəsaitdən 836 738 manatlıq inventar alınaraq işçilərə paylanılıb, qalan 1 milyon 618 min 155 manat mənimsənilib.

Yol boyası və qatqı maddələrinin alınması üçün 1 milyon 250 min 427  manat “TEMA” şirkətinə köçürülüb. Həmin vəsaitdən Naxçıvan MR Nazirlər Kabinetinin 2015-ci il 18 iyun tarixli sərəncamına əsasən Türkiyə Respublikasından 146 250 manat dəyərində 10 ədəd motosiklet, dəbilqə və siqnal sistemi alınıb.

Qalan 1 milyon 104 min 177 manat, həmçinin avadanlıq alınması üçün ayrılan 47 585 manat heç bir sənədləşmə aparılmadan məxaricə silinərək, cəmi 1 milyon 151 min 762 manat mənimsənilib.

Qeyd edək ki, sabiq nazir Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI