"Dövlət sərhədini qaçaqmalçılar və siyasi dəllallar üçün karvansaraya çevirdiyimiz yetər" - Sabiq nazir
25 sentyabr, 2021 00:16
Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov maraqlı təkliflə çıxış edib.
"Azsiyaset" xəbər verir ki, sabiq nazir Sərhəd haqqında Qanunun icrasını təmin etmək üçün təcili olaraq Laçında sərhəd və gömrük nəzarət-buraxılış məntəqəsi yaratmaq vacib olduğunu bildirib:
"Qoy sülhün qorunması və müşahidə missiyası üzrə qüvvələr özlərinin müvəqqəti məsuliyyət zonasında təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar öz vəzifələri ilə məşğul olsunlar.
Dövlət sərhədini hər cür qaçaqmalçılar və siyasi dəllalar üçün karvansaraya çevirdiyiniz yetər."