Rusiya hərbçiləri Kəlbəcərin Buzdux və Sarıdağ yüksəkliklərini də nəzarətə götürüb? -XƏRİTƏ

28 sentyabr, 2021 12:35

"Azsiyaset" moderator.az-a istinadla xəbər verir ki, Azərbaycan torpaqlarındakı sülhməramlı(?) hərbi birləşmə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı xəritəsində  daha bir neçə yenilik edib. 

Belə ki, sentyabrın 27-nə aid xəritədə inzibati-hüquqi cəhətdən Kəlbəcər rayonu ərazisinə aid olan Sarıdağ(2185 m) və Buzdux(2374 m) dağ yüksəklikləri, eləcə də Ağdaban kəndi yaxınlığındakı Şaban yurdu də xüsusi  qeyd edilərək Rusiya hərbçilərinin patrul marşrutuna daxil olunub. Yeni patrul marşrutu Kəlbəcər rayonunun Qozlukörpü İmarət Qərvənd kəndləri, Sarıdağ və Buzdux  yüksəklikləri və Aşıq Şəmşirin kəndi yaxınlığındakı Şaban yurdu ərazisindən keçir...  

Sarıdağ yüksəkliyinin 10 noyabr razılaşmasından bəri  Rusiya hərbi kontingentinin nəzarətində olduğuna şübhə yoxdur. Ancaq Murovdağ silsiləsinin ən hündür zirvəsi olan Gamışdağa(3774 m) çox yaxın məsafədə yerləşən və eyni zamanda strateji Ağdaban kəndinə yaxın olan Buzdux(2374 m) yüksəkliyinin Rusiya hərbçilərinin nəzarətində olması müəmmalıdır... 

Göründüyü kimi, Rusiya MN-in  general-leytenant Rüstəm Muradovdan sonra komandanlığa gətirilmiş  general-mayor Mixail Kosobokovun dövründə başladılmış xüsusən Laçın, Şuşa və Ağdam ətrafındakı strateji yüksəklik və məntəqələrin ciddi nəzarətə götürülməsi prosesi davam edir. Və yeni komandan, Gürcüstanın Qori şəhərinin fatehi general-leytenant Gennadi Anişenkonun komandanlığı başlanandan daha da sürətlənib...

Hesab edirik ki, Azərbaycanın müvafiq dövlət qurumları 1-ci Qarabağ savaşında, Aprel döyüşlərində və 44 günlük müzəffər savaşımızda hər bir qarışı uğrunda şəhid və qazi qanları tökülmüş torpaqlarımızın hər məntəqəsi, hər dağı, hər zirvəsi, hər meşəsi və s. ətrafında baş verən proseslər barədə ictimaiyyəti mütəmadi məlumatlandırmalı və bu mövzuda qırmızı xətti keçən erməni və ya Rusiya hərbi birləşmələrinə adekvat cavab verməlidir.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI