MİT-dən uğurlu əməliyyat - PKK-nın Ermənistan üzrə nümayəndəsi məhv edildi
28 sentyabr, 2021 14:38
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK terror təşkilatının rəhbər şəxslərindən biri olan Engin Karaaslanı zərərsizləşdirib.
"Azsiyaset" xəbər verir ki, “İnterpol” tərəfindən “qırmızı bülleten”lə axtarışda olan “Haydar Varto” kod adlı Engin Karaaslan Suriyanın Kamışlı bölgəsində əməliyyat zamanı məhv edilib.
Qeyd edək ki, terror təşkilatının “mərkəzi komitə üzvü” olmuş Engin Karaaslan 2000-ci illərdə PKK-nın Ermənistan üzrə nümayəndəsi vəzifəsini üstlənib.