Neft bahalaşır: Azərbaycan nə qədər qazanacaq? - ŞƏRH

28 sentyabr, 2021 18:03

“Neftin dünya bazar qiymətinin yüksəlməsi enerji məhsulları ixrac edən ölkələrin, eləcə də Azərbaycanın valyuta gəlirlərini artırır”.

"Azsiyaset" xəbər verir ki, bunu bakupost.az -a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Avropada müşahidə edilən enerji böhranı neft daxil olmaqla digər strateji enerji məhsullarının qiymətində artımlara səbəb olub:

"Mavi qazın qiymətində müşahidə edilən yüksəlişlər fonunda "Brent" markalı neftin bir bareli artıq 80 dollardan baha təklif olunur. Kömürün də qiyməti Avropa və Asiya bazarlarında son 13 ildə ən baha qiymətə satılır. Bir müddət əvvəl “OPEC plus” ölkələri nazirlərinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına razılıq verməsinə baxmayaraq, neftə tələbin artması müşahidə olunmaqdadır. Neftin qiymətlərində artımlar davamlı olduğu halda OPEC+ Alyansının oktyabrın 4-ə planlaşdırılan görüşündə hasilatın artırılması ilə bağlı qərara dəyişiklik edəcəyi və noyabr ayından etibarən bazara daha çox neft çıxarmağa çalışacağını müzakirə etməsi istisna edilmir".

V.Bayramov qeyd edib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan 18 milyon 771 min ton həcmində xam neft məhsulları ixrac edib. Bu 8 milyard 498 milyon dollar dəyərində xam neft ixracatı deməkdir. Həmin müddətdə ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 9,5 % azalsa da, dəyər ifadəsində 25,1 % artıb:

“Göründüyü kimi, ilk 8 ayda neftin orta qiymətindəki artımlar ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradıb. Qeyd edək ki, Azərbaycan gündəlik xam neft hasilatının gələn aydan daha 7 min barrel artıraraq 640 min barelə çatdıracaq və ixtisarla bağlı öhdəliyin isə 78 min barel həcmində olacaq”.

Deputat qeyd edib ki, bu ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 40 dollar nəzərdə tutulsa da, dünya bazarında həm mövcud, həm də ötən dövr üçün orta qiymət daha yüksəkdir. Mövcud qiymət büdcədə nəzərdə tutulan qiymətdən iki dəfə çoxdur. Bu isə Dövlət Neft Fondunun gəlirlərinin artmasına imkan yaradır. Qeyd edək ki, gələn ilin dövlət büdcəsində neftin qiymətinin hər barelinin 45 dollar nəzərdə tutulması təklif olunur.

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi