Təhsil Nazirliyi TƏBİB-in yolu ilə gedir...

29 sentyabr, 2021 19:05

İradə Cavadova: “Universitetlərin qarşısında kütləvi izdihamların yaranması Təhsil Nazirliyinin səriştəsizliyinin göstəricisidir”

İlk dəfə 2019-cu ildə Çində, Vuhan əyalətində insanlar arasında yayılan və bütün dünyanı cənginə alan koronavirus infeksiyası iki ilə yaxındır ki, bəşəriyyətin qorxulu kabusuna çevrilib. Bu günə qədər Azərbaycanda 500 minə yaxın insan bu virusa yoluxub. Bu sadəcə rəsmi statistikadır və yoluxanların sayının daha çox olduğunu ehtimal etmək olar.

Hazırda ölkəmizin 20 mindən artıq aktiv xəstə var və 6500-ə yaxın azərbaycanlı bu xəstəliyin qurbanı olub. Son günlər yoluxma dinamikasında azalma müşahidə olunsa da, son həftələrə qədər yoluxma pik həddə çatmışdı. Qabaqlar bu xəstəlikdən daha çox yaşlı və yanaşı xəstəliyi olan adamlar əziyyət çəkirdisə, “Delta” ştammı sağlam və gənc insanları da öz qurbanına çevirir.

Koronavirus pandemiyası digər problemləri ilə yanaşı, bəzi dövlət qurumlarının fəaliyyətsiz olması faktını da gündəmə gətirdi. Xüsusən yeni yaradılan TƏBİB-in (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs) və Səhiyyə Nazirliyinin yarıtmaz fəaliyyəti ortaya çıxdı. Nəticədə hər iki qurumun rəhbərləri – Ramin Bayramlı və Oqtay Şirəliyev yola salındılar.

Son dövrlər əhalinin kütləvi şəkildə peyvəndlənməsi və vaksinasiyaya təşviq edilməsi fonunda Operativ Qərargah əksər məhdudiyyətləri aradan qaldırdı. Nəticədə sentyabr ayının 22-dən orta məktəblərin ibtidai siniflərində, 29-dan isə bütün təhsil müəssisələrində ənənəvi tədrisin başlanmasına qərar verildi. Qeyd edək ki, oktyabr ayının 1-dən məktəbəqədər hazırlıq qruplarında da tədrisə start veriləcək.

Lakin nə qədər qəribə olsa da, ali məktəblərin, kolleclərin qarşısında böyük növbələr yaranır. Buna səbəb isə adıçəkilən tədris müəssisələrində COVİD pasportunun tələb edilməsidir. Doğrudanmı Təhsil Nazirliyi alternativ mexanizm tapa bilmədi və virusun tüğyan etdiyi hazırki şəraitdə çıxış yolunu izdihamlar yaratmaqda gördü? Görəsən TƏBİB-in taleyindən nazirlik rəsmiləri örnək götürməyibmi?


Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova Hokm.az-a deyib ki, baş verənlər Təhsil Nazirliyinin səriştəsizliyinin göstəricisidir:

“Tədris müəssisələrinə, o cümlədən digər qapalı məkanlara COVİD-19 pasportu ilə əhalinin buraxılması, peyvənd sertifikatının tələb olunması ona görədir ki, yoluxma sayı artmasın. Bu gün Azərbaycanda ominlərlə, bəlkə də, yüzminlərlə tələbə var. Hər universitetdə azı 3-4 min tələbə təhsil alır. Onları növbəyə düzərək izdiham yaratmaq biabırçılıqdır. Əgər insanları bir yerə yığmaq yoluxmanı artırmırsa, o halda COVİD-19 pasportunun tələb olunması nəyə görədir? Görünən odur ki, Təhsil Nazirliyi çox səriştəsiz siyasət yürüdür. Əvvəlcədən şagirdlərin elektron qeydiyyatı aparılmalı, ona müvafiq olaraq universitetlərə tələbələrin girişi təmin edilməli idi. Yaxud tədris növbəlilik əsasında təşikl edilməli idi”.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu yolla milyonlarla insanın həyatını təhlükəyə atırlar: “Demək olar ki, hər bir evdə tələbə və şagirdlər var. Onlar kütləvi şəkildə yoluxarlarsa, bu hansı fəsadlara gətirib çıxaracaq? Heç düşünürlərmi bunu? Təcili olaraq bu kimi hallara son qoyulmalıdır” deyə İradə Cavadova fikrini yekunlaşdırır.


Mikayıl Mirzəzadə
Hokm.az

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI