"Ramiz Mehdiyevin nəvəsi işə gəlmir, amma maaş alır..." - AMEA-nın keçmiş əməkdaşı

30 sentyabr, 2021 10:16

"Ramiz Mehdiyevi burada tanıdım ki, bu adam dəhşətli, neqativ əməllərlə zəngin, qanun tanımayan, ətrafı savadsız, fırıldaqçı adamlarla dolu, elmi yox pulu üstün tutan bir şəxsdir.”

Bunu AMEA Rəyasət Heyətinin İşlər İdarəsində baş mütəxəssis işləmiş, hazırda isə qanunsuz olaraq işdən qovulduğunu deyən Coşqun Yəhyayev azpolitika.info-ya məktubunda deyir.

C.Yəhyayev şikayətində qeyd edir ki, Ramiz Mehdiyev AMEA-ya sədr təyin olunandan sonra tender maxinasiyaları da daxil olmaqla, çoxsaylı qanunsuzluqlara və özbaşınalıqlara yol verilir: “Mən AMEA Rəyasət Heyətinin İşlər İdarəsində baş mütəxəssis işləmişəm. 2020-ci il mayın 20-də işdən çıxarılmışam. Mayın 17-dən 31-dək xəstə olmağıma və bununla bağlı müvafiq arayış təqim etməyimə baxmayaraq, məni qanunsuz olaraq işdən çıxarıblar. Ramiz Mehdiyev İşlər İdarəsinə qohumu Fikrət Əliyevi müdir qoyandan sonra neqativ əməllərə, tender maxinasiyalarına və s. etiraz etmişəm. Mənim belə əməllərlə ailəmə ləkə vuracağımı, belə işləyə bilməyəcəyimi deməyim, başqa işə keçirilməyimi tələb etməyim, eləcə də “mən doktorantam, ziyaliyam, siz isə diş texnikisiniz, akademiyada nə edirsiniz” deməyim onların xoşuna gəlmədi.”

C.Yəhyayev bildirir ki, bundan sonra rəhbərlik onu kənarlaşdırmaq qərarına gəlib və buna nail olub. Şikayətçi R.Mehdiyevin və yaxın ətrafının akademiyada olduqca neqativ mühit yaratdığını yazır: “Onlar yalnız neqativ əməllərlə, şər atmaqla insanları işdən çıxarırlar. Mənim kimi onlarla əməkdaş var ki, bunların ucbatından məhkəmələrdə qalıblar. R.Mehdiyevin qalmaqallı toy edən nəvəsi bir dəfə də işə gəlməyib, onu heç akademiyada tanıyan da yoxdur, ancaq buna baxmayaraq, həmin təşkilatdan maaş alır, mənim kimi mütəxəssislər isə işdən çıxarılır...”

Şikayətçi qeyd edir ki, R.Mehdiyevə aid müəssisələrdə çalışmış şəxslər akademiyada müxtəlif vəzifələrə təyin edilir, alimlər, mütəxəssislər isə müxtəlif bəhanələrlə işdən kənarlaşdırılır: “AMEA-da olan problemlər danışmaqla bitmir. R.Mehdiyev qurumda aparat rəhbəri ştatı yaradaraq, oraya özünün Slavyan Universitetindən qovulmuş adamını - Seyfəl Həsənovu təyin edib. Hansi ki, aparat rəhbəri ştatı Nazirlər Kabineti tərəfindən təsdiq edilməmiş ona 1500 AZN maaş verilə bilməzdi. 

Eləcə də AMEA-nın qarajının bu sahə üzrə ali təhsilli mütəxəssisi olan müdirini işdən çıxarıb, onun yerinə armatur zavodunda işdən qovulmuş adamlarından birini təyin etdilər. Məlumdur ki, həmin zavodu onlardan məlum neqativ əməllərə görə alıblar. Ondan sonra həmin müəssisədən kimi çıxarsalar, AMEA-ya işə götürürlər. Təsəvvür edin, ziyalılar Allaha dua edirlər ki, bunların zavodlardakı adamlarını işdən çıxarmasınlar ki, sonradan bizi işdən çıxarıb, yerimizə onları təyin etməsinlər.”

Şikayətçi həmçinin, Mehdiyev akademiyaya gələndən sonra ev bölgüsündə qanunsuzluqlara yol verildiyini və bunun araşdırılmasının vacib olduğunu bildirir.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI