"Ramiz Mehdiyevin evləri kimlərə verdiyinizi bilsəniz, şok olacaqsınız" - İDDİA

01 oktyabr, 2021 13:07

Redaksiyamıza tez-tez Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş verən qanunsuzluqlar və özbaşınalıqlar haqqında şikayət məktubları daxil olur. Əksər şikayət məktubları heç bir tutarlı səbəb olmadan AMEA-dakı işini itirən, buradakı qanun pozuntuları ilə üzləşən insanlar tərəfindən göndərilir. Hər halda göndərilən məktublarda bu cür yazılır və AMEA rəhbərliyinə qarşı bir sıra ciddi iddialar səsləndirilir.

"Azsiyaset" xəbər verir ki, konkret.az-ın redaksiyasına göndərilən budəfəki şikayət məktubunun məğzi də, digərlərindən heç nə ilə fərqlənmir desək, yəqin ki, yanılmarıq. Məktubu göndərən şəxs isə 2020-ci il may ayının 20-nə qədər AMEA Rəyasət Heyətinin İşlər İdarəsində baş mütəxəssis kimi fəaliyyət göstərən, lakin özünün dili ilə desək qeyri-qanuni şəkildə işdən çıxarılan Coşqun Yəhyayevdir.

Vətəndaşın iddiasına inansaq qeyri-qanuni işdən çıxarıldığı üçün məhkəməyə müraciət edib və hələ də məsələ araşdırılır. Coşqun Yəhyayev deyir ki, Ramiz Mehdiyevlə mübarizə aparmaq asan məsələ deyil. Bunun nə demək olduğunu təxmin edirsiniz deyə bizə sual da ünvanlayır:

“İşlər İdarəsinə Ramiz Mehdiyev öz qohumu Fikrət Əliyevi rəhbər təyin etdikdən sonra neqativ əməllərə, tender maxinasiyalarina və sair qanunsuz işlərə etiraz etməyim, əvvəlki mudirlə bu cür işlərlə məşğul olmadığımızı deməyim, müəllim oğlu olduğumu və belə əməllərin ailəmin adına ləkə gətirəcəyini xatırlatmağım, “başqa işə keçirin sizinlə işləyə bilmərəm” deməyim, doktorantam, ziyalıyam, siz isə diş texnikisiniz, akademiyada neyləyirsiniz sualını ünvanlamağım onların xoşuna gəlmədi. Bununla da məni yox etmək fikrinə düşdülər. Elə məhv etdilərdə, amma qeyri-qanuni yolla, qanun bizik deyərək” – Coşqun Yəhyayev iddia edib.

AMEA-nın sabiq əməkdaşının iddialarına görə, Onlar ancaq neqativ əməllərlə, şəryaxma ilə əməkdaşları işdən cıxarırlar: “Ramiz Mehdiyevi mən burada tanıdım. Bu adam dəhşətli, neqativ əməllərlə dolu, qanun tanımayan, ətrafı savadsız və fırıldaq adamlarla dolu, elmi yox pulu üstün tutan bir şəxsdir. Təsəvvur edin ki, onları məhkəməyə verdiyim üçün, xəstə olan vaxtı məni kadrlarda Sveta xanım xahiş edib çağırdı ki, sənəd verməliyəm. Amma mən ora gedən zaman orada işləyən Teymuru guya döymüşəm deyə yalançı akt tərtib etdirib məni tutdurmağa cəhd göstərdilər. Sonradan öyrəndim ki, Teymur buna razı olmayıb və işdən çıxıb. Bu səbəbdən də, onların  oyunu baş tutmayıb. Mənim kimi onlarla əməkdaş var ki, məhkəmələrdə qalıb. Mehdiyevin qalmaqallı toyu ilə tanınan nəvəsi bir dəfə də olsa işə gəlmədiyi halda, maaş alır. Mən və mənim kimi digər ziyalılar isə işdən çıxarılır. Hətta icazəsiz aparat rəhbəri ştatı yaradaraq Slavyan universitetindən qovulan adamlarını Nərgiz Paşayevanın otağına yerləşdiriblər. Hətta otağın qapısında vurulan Nərgiz Paşayevanın adını Həsənov Seyfəllə dəyişərək hamıya güclü olduqlarını nümayiş etdirirlər. Hansıki biz aparat rəhbəri ştatına Nazirlər Kabinetində təsdiq edilmədən 1500 AZN maaş verə bilmədiyimizi, bunun qeyri-qanuni olduğu deyirdik. Hansıki o aparat rəhbərini Slavyan universitetindan saxta kadr işlərinə görə, əməkdaşların ciddi narazılığıdan sonra vəzifədən azad ediblər” – deyə müsahib vurğulayıb

“Akademiyanın qarajının avtonəqliyyatı bitirmiş müdirini vəzifədən uzaqlaşdıraraq, yerinə armatur zavodlarında işdən çıxmış öz adamlarını təyin etdilər. Məlumdur ki həmin zavodu onlardan alıblar və rəhbərini isə neqativ əməllərinə görə, həbs ediblər. İndi həmin zavoddan işdən çıxarılan öz adamlarını AMEA-da işə götürürlər.   Təsəvvur edin, bizi elə hala salıblar ki, ziyalılar həmin zavoddan heç kimin işdən çıxarılmaması üçün Allaha dua edirlər. Çünki bilirlər ki, oradan işdən çıxan adamlarını AMEA-da işə götürəcəklər. Əvəzində isə bizlərdən birini işdən çıxaracaqlar. Sorğu göndərib Ramiz Mehdiyev AMEA-ya gələndən sonra evlər kimlərə verilib deyə sual ünvanlasanız, o zaman şok olacaqsınız” – Coşqun Yəhyayev iddialarını yekunlaşdırıb.

Şikayətçi onu da qeyd edib ki, Səbail rayon Məhkəməsi işə baxaraq absurd qətnamə çıxarıb. Appelyasiya Məhkəməsi isə sentyabr ayının 27-də işə baxıb. Lakin məhkəmə prosesi bir həftə sonraya, yəni oktyabrın 4-nə kimi təxirə salınıb.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"