"Putin və Ərdoğan Soçidə Qarabağla bağlı razılığa gəlib" - Türkiyəli ekspert

01 oktyabr, 2021 22:00

“2017-ci ildə başlayan Astana prosesi və Soçi müzakirələri ilə yeni mərhələyə qədəm qoyan Türkiyə-Rusiya münasibətlərini pozmaq istəyənlər bu istəklərinə nail olmayacaqlar”.

"Azsiyaset" xəbər verir ki, bunu türk siyasi eksert Bərcan Tutar deyib.

Ekspert ABŞ-ın bu görüş ətrafında manipulyasiyaya yol verməyə cəhd göstərdiyini söyləyib:

“Gözlədikləri Türkiyə və Rusiya arasındakı əlaqələrin İdlib səbəbiylə pisləşməsidir. Amma bu cahillər yenə məyus olacaq. Ümidləri yenidən puça çıxacaq. Çünki onlar dünyanın və bölgəmizin dəyişən dinamikasını qavramaqdan hələ də uzaqdırlar. Soyuq Müharibə dövrünün dar ideoloji düşüncələri ilə mübarizə aparırlar.

Görüşdən əvvəl Rusiya lideri Putin Türkiyə ilə Suriya və Liviyada müsbət əməkdaşlıq etdiklərini vurğuladı. Türk və rus hərbçilərinin Qarabağdakı monitorinq mərkəzində birlikdə çox yaxşı işlədiklərini dedi. Görüşdə Əfqanıstan, təbii qaz təchizatı, Akkuyu stansiyası, “S-400”-lərin alınması və hərbi-texniki əməkdaşlıq kimi mövzular da müzakirə edildi.

Müzakirələrdən əvvəl Putin qeyd etdi ki, danışıqlar bəzən çətin olsa da, həmişə müsbət nəticələrlə sona çatır. Yəni Rusiya və Türkiyə arasında gərginlik gözləyən “qiyamçı”ları məyus etdi. Rusiya liderinin açıqlamaları göstərir ki, bu görüş digərləri kimi, iki ölkənin əməkdaşlığında yeni mərhələnin siqnalıdır. Çünki Ankara və Moskva arasında son illərdə sürətlənən siyasi koordinasiya Atlantik mərkəzli qlobal və regional status-kvoda dərin çat yaradıb.

Bəzi rəqabət sahələrinə baxmayaraq, inkişaf etdirilən funksional əlaqələr ABŞ və Avropaya qarşı hər iki ölkəyə bir çox üstünlük verir. Bu həqiqəti bilən Ərdoğan və Putin iki ölkə arasındakı münasibətləri zəhərləmək potensialına malik olan Suriya, Liviya, Krım, Kipr və Qarabağ kimi ciddi problemlərdə belə razılığa gələ bildilər”.

Bərcan Tutar vurğulayıb ki, Ərdoğan və Putinin əsl düşmənləri ABŞ və onun çirkli Suriya planlarıdır: “Bu səbəbdən son görüşdən sonra Ankara və Moskva arasında yaxınlaşmanın artacağı və iki paytaxtla ABŞ arasındakı uçurumun tədricən açılacağı yeni mərhələyə qədəm qoyacağıq”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI