Deputat Ramil Həsən "Davam"ın qonağı olub - FOTOLAR

05 oktyabr, 2021 16:43

5 oktyabr tarixində “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində “ZəfərimİZ” adlı kampaniya çərçivəsində “Postmüharibə dövrü: geosiyasi və regional reallıqlar” mövzusunda görüş keçirilib.

"Azsiyaset" xəbər verir li, görüşdə millət vəkili Ramil Həsən, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, baş katib Nigar Aslanova, katiblik və 40-dan çox davamçı gənc iştirak edib.

"Davam"ın sədri Nihad Allahyarlı gəncləri salamlayaraq ildönümünü yaşadığımız 44 günlük Vətən müharibəsinin Anım Günündən başlayaraq Zəfər Gününə qədər davam edəcək "ZəfərimİZ" adlı kampaniya çərçivəsində artıq ikinci görüşün baş tutduğunu bildirib, bu istiqamətdə görülmüş və görüləcək növbəti tədbirlərdən bəhs edib.

O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Zəfər savaşı tarixdə Azərbaycan xalqının birlik, bərabərlik və qürur rəmzinə çevrilərək əbədi qalacaq. Azərbaycan xalqı qalib xalq, Azərbaycan gəncliyi isə qalib xalqın gəncliyidir.

Yekun olaraq 44 günlük Vətən müharibəsində qazandığımız qələbə ilə bağlı öz fikirlərini bölüşərək şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyib.

Öz növbəsində millət vəkili Ramil Həsən mövzu ilə bağlı fikirlərini gənclərlə bölüşüb, Cənab Prezident İlham Əliyevin diplomatik mübarizədə ciddi və qətiyyətli mövqeyini dövlət siyasətinin ən gözəl nümunələrindən biri olaraq yüksək qiymətləndirərək iki qardaş ölkə - Azərbaycan və Türkiyənin yüksək xətlə irəliləyən münasibətlərinin hər iki tərəf üçün müsbətyönümlü olduğunu qeyd edib.

Həmçinin Azərbaycanın bölgədə və Qafqazda söz sahibi olduğunu, çoxtərəfli münasibətlərin inkişafı ilə bağlı xüsusi töhfə verdiyini, regionda sülhün, təhlükəsizliyin, qarşılıqlı sabitliyin təmin olunması, Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın öz üzərinə düşən bütün tarixi missiyanı uğurla həyata keçirdiyini bildirib.

Azərbaycanın xarici siyasət strategiyasında milli mənfəətlərimizin qorunması ilə bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurla atmış olduğu addımları hər bir gəncin, hər bir Azərbaycan vətəndaşının qorumalı və sahib çıxmalı olduğunu gənclərin diqqətinə çatdırıb.

Eyni zamanda Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının gənclərin inkişafı üçün atılan təqdirəlayiq addım olduğunu bildirib. Səmimi və maraqlı söhbət əsnasında gənclərin çoxsaylı sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI