"Rövşən Əkbərova ömürlük cəza verilsin" - Elçin Əliyevin xanımı

06 oktyabr, 2021 14:41

Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərovun məhkəmə prosesi keçirilib.

"Azsiyaset" xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə mərhumun həyat yoldaşı və yaxın dostu dindirilib.

E.Əliyevin arvadı Fəxrintac Əliyeva istintaqa verdiyi ifadəni təsdiq edib: “Bu qətl bütün ailəni darmadağın edib. Qatilin ömürlük cəza almasını istəyirik. Rövşən Əkbərovun adını hadisə baş verənədək eşitməmişdim”.

Mərhumun dostu olmuş Səməd Novruzov da istintaqa verdiyi ifadəni təsdiq edib. O bildirib ki, hadisə gününün səhəri sabiq səfir, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovla birlikdə Kiyevə yollanıb: “Bizi aeroportda diplomatik korpusun nümayəndəsi qarşıladı. Gecə oteldə qalıb, səhəri günü morqa getdik. Saat 4-də Elçinin cənazəsini Bakıya yola salıb Kiyevdəki səfirliyə getdim. Orada keçmiş ukraynalı hərbçi Qriqoryev Aleksandr Mixayloviç dedi ki, hadisəni sizinkilər törədib. Səfirlikdə Ukraynadakı Azərbaycan Diasporunun rəhbəri Tələt adlı şəxs, Nazim İbrahimov və başqaları var idi. Orada söz-söhbət gedirdi ki, Elçin mayın 31-də Abşeron restoranında dostları ilə yemək yeyib. Sonra səfirliyə gəlib, orada mübahisə düşüb. Daha sonra Elçin yanındakı dostu ilə başqa bir restorana gedib. Səfirlikdə mübahisə etdiyi adamlar da ora gediblər və restoranda yenidən dava düşüb. Dedilər ki, Elçinlə dava edənlərin ikisi hərbçi olub. Biri Sumqayıtdan olub, digəri də Rövşən Əkbərov. Söz-söhbət gəzirdi ki, öldürən Rövşən olub. Mən hadisə günü Elçinlə danışmışdım. Rövşən Əkbərov haqqında mənə heç nə deməmişdi”.

Daha sonra prokuror və vəkillərin suallarını cavablandıran S.Novruzov R.Əkbərovla görüşmədiyini deyib: “Özüm görüşməmişəm, Nazim İbrahimovun da görüşdüyünü görməmişəm. Hadisə ilə bağlı eşitdiklərimi deyirəm, hadisəni görməmişəm”.

Rövşən Əkbərov şahidə sual verib ki, “siz Elçini mənim öldürdüyümü eşitdikdən sonra niyə gəlib mənimlə danışmadız? Niyə soruşmadız ki, sən öldürmüsənsə, niyə öldürmüsən?”.

Şahid deyib ki, bunun üçün Kiyevdə kifayət qədər vaxtı olmayıb. Daha sonra R.Əkbərov sual verib ki, “hadisədən sonra 20 ildir Bakıda yaşamışam. Məndən şübhələnirdizsə, niyə Bakıda gəlib mənimlə danışmağa çalışmadız?”.

Şahid qatilin kimliyini sübuta yetirə bilməyəcəyinə görə bunu etmədiyini deyib: “Mənim sübutum olmadan necə sizdən soruşa bilərdim?”.

İfadə zamanı məlum olub ki, S.Novruzov keçmiş prokurorluq əməkdaşı olub.

Növbəti iclas oktyabrın 13-ə təyin edilib.

Qeyd edək ki, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ukraynada “Sikora” kafesinin yaxınlığında Elçin Əliyevi kəsici-deşici predmetlə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilərək həbs olunub.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"