Boşanmalar artır, nikahlar isə azalır - Səbəb nədir?

30 dekabr, 2021 11:38

"Son illər nikahların azalması, boşanmaların artması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması ailədaxili münasibətlərin tənzimlənməsi sahəsində bir sıra boşluqların olmasını sübut edir. Son 10​ ildə əhalinin hər 1000 nəfərinə nikahların ümumi əmsalı 8,9-dan 3,5 -ə düşüb. Həmin müddət ərzində isə əhalinin hər 1000 nəfərinə boşanmaları​ ümumi əmsalı 1- dən 1,5-ə qədər artıb”.

"Azsiyaset" bakupost.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova deyib.

Millət vəkili bildirib ki, burada müxtəlif​ səbəblər var. Lakin daha dərin​ səbələr əsasən, patriarxal mədəniyyət və tərbiyənin, yanlış stereotiplərin təsiri,​ ailədaxili münasibətlərin düzgün qurulmaması, ailədə rol və vəzifələrin, eləcə də məsuliyyətin aydın olmaması, ailə üzvlərinin psixoloji uyğunluğunun olmamasıdır:

“Təhlillər göstərir ki,​ nikahların pozulması səbəbləri sırasında​ ilk​ sırada​ xasiyyətlərin uyğun gəlmədiyi qeyd olunur.​ Bu da təxminə 60-70​ faiz təşkil edir. Ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması ailələrin təməlinin zəifləməsinə və nəticədə dağılmasına gətirib çıxarır. Bu isə​ nikahdan əvvəl​ tibbi müayinə ilə yanaşı ailə quracaq gənclərin müvafiq psixoloji uyğunluğunun yoxlanılması​ məsələsini aktuallaşdırır.​ Bu istiqamətdə “Ailə Psixoloqu” institutunun, ailə məhkəmələrinin yaradılması, əhalinin bu xidmətdən geniş istifadəsi üçün zərurui tədbirlərin görülməsinə ehiyac vardır. Tərəfimizdən bu sahədə müxtəlif ölkələrin təcrübəsi öyrənilir. Ən yaxşı nümunələrdən biri Türkiyədir. Burada​ ailə psixoloqu həm müvafiq nazirliyin, həm də bələdiyyələrin tərkibində fəaliyyət ğöstərir. Digər təcrübə mediatorluqdur​ və ölkədə bu təcrübənin müsbət nəticələri var. Lakin bu sahədə işləri daha da gücləndirmək lazımdır.​ Boşanmanın digər səbəbləri sırasında reproduktiv sağlamlıq, tərəflərdən birinin zərərli vərdişlərin aludəçisi olması,​ zorakı davranışa meyllilik və s”.

H.Hüseynovanın sözlərinə görə, ailə özü-özlüyündə mürəkkəb anlayışdır, çox tərəfli funksiyaları mövcuddur. Ailənin funksiyaları bir tərəfdən ailə – cəmiyyət, digər tərəfdən ailə – şəxsiyyət qarşılıqlı təsiri sistemini əks etdirir. Cəmiyyətin sosial təsisat kimi ailəyə olan tələblər əsasında​ dəyişir və bunun müqabilində onun funksiyaları da fərqlənir.​ Lakin bunun belə, bəzi əsas funksiyaları​ qeyd etmək olar: nəsil artırma, tərbiyə etmə, təsərrüfat-iqtisadi, rekreativ, kommunikativ və tənzimləyici. Bunlar o qədər bir-biri ilə bağlıdır ki, hər hansı ailə haqqında, orada mövcud münasibətlər və ya problemlər haqqında danışarkən bu funksiyalar nəzərdən keçirilməlidir: “Məsələn, bu gün aktual məsələlərdən biri ailə mədəniyyətidir. Qeyd edim ki, bizim çox gözəl ailə, milli-mənəvi dəyərlərimiz var, və bu dəyərlər nəsildən-nəslə keçərək, bu gün də yaşadılır. Lakin biz qlobal tendensiyaların, informasiya və kommunikasiya texnologiyaların ailə institutuna təsir etdiyini müşahidə edirik. Bu da əlbəttə ki, öz təsirini göstərir və əfsuslar olsun ki, hazırda bir çox ailələrdə biz problemlərin yaşandığının şahidiyik. Aqressiyanın artması, ailə üzvlərinin bir-birinə qarşı dözümsüzlüyü bu münasibətləri daha da dərinləşdirir, ailədə münaqişə və zorakılıq hallarının baş verməsinə səbəb olur. Müasir dövrdə informasiya çoxluğu və qlobal proseslər valideyn - övlad münasibətlərinə yeni tendensiyalar gətirir. Təhlillər də göstərir​ ki, valideynlərin övladları ilə ünsiyyətində, xüsusilə də uşağın keçid yaş dövrlərində​ bir sıra çətinliklər yaranır ki, bu da ağır fəsadlara səbəb olur. Eyni zamanda, əlilliyi olan uşaqlarla da münasibətin qurulmasında valideynlər problemlərlə üzləşir. Bu gün bir çox ailələrdə valideyn olmaq və valideynlik etmək və bu məsuliyyəti daşımaq probleminin olduğunu görürük”.

Millət vəkili qeyd edib ki, ailə dəyərlərinin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Əfsuslar olsun ki, bir çox hallarda​ sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsi nümayiş olunur. Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var: “Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır,​ lakin balans pozulmamalıdır. Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin​ çox sürətlə ailələrə daxil olmasıdır ki, bu da qarşısı alınmaz bir prosesdir. Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, ər-arvad, övlad - valideyn ünsiyyətində soyuqluq yaradır.​ Xüsusən də bu böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Eyni zamanda, milli-mənəvi dəyərlərin aşınmasına yol açır. Burada xüsusilə, ailə quran cütlüklərin bir-biri və ailə qarşısında sosial və mənəvi məsuliyyət​ daşımasına toxunmaq istərdim. Bu hiss və cavabdehlik olmayanda, onun yerini eqoizm, natamamlıq tutur ki, bu da yenə ailədə neqativ halların yaranmasına səbəb olur”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI