Azərbaycanda çörək bahalaşacaqmı? - Dünya bazarında buğdanın və unun qiyməti artır

03 yanvar, 2022 20:19

Dünəndən etibarən sosial şəbəkələrdə müəyyən ticarət şəbəkələrində çörəyin və un məmulatlarının bahalaşması haqda xəbərlər tirajlanır. Hərçənd virtualaz.org saytının müxbirləri bir çox mağazalara və supermarketlərə baş çəkiblər və qiymətlərin hələ dəyişmədiyinin şahidi olublar.

Məlum olduğu kimi Azərbaycanda çörəyin və un məmulatlarının qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir, dünya bazarında buğdanın və unun qiymətindən asılıdır. Bəs Azərbaycan istehsalçıları başqa qonşu ölkələrdə olduğu kimi çörəyin qiymətini artıra bilərmi? Bazarın qanunlarını heç kim dəyişdirə bilməz, Azərbaycan hökuməti isə onsuz da uzun müddətdir çörəyin qiymətini sabit saxlamağa çalışıb, bunun üçün qiymət siyasətinə təsir göstərən bütün alətlərdən istifadə edib.

Bəli, çörəyin bahalaşması haqda belə həyəcan dünya bazarlarında buğdanın qiyməti ilə bağlı yaranmış situasiya barədə redaksiyamızın hazırladığı məqalələrdə də hiss edilirdi. Qlobal buğda qıtlığı aparıcı taxıl məhsullarının qiymətinin artmasına gətirib çıxarıb.

Azərbaycan hökuməti qiyməti sabit saxlamaq üçün bütün mümkün addımları atıb. 2020-ci ilin martından başlayaraq hökumət buğda təchizatı ilə məşğul olan şirkətlərə 12 ay ərzində 6,2 milyon manat subsidiya ayırıb, hansı ki, bu subsidiya 58,2 milyon manat həcmində kreditə əlavə edilib. Məqsəd ölkədə kifayət qədər həcmdə strateji taxıl ehtiyatı yaratmaq olub. Sonra ərzaq buğdası təchizatçılarına subsidiyaların ödənilməsi müddəti 12 aydan 24 aya qədər artırıldı. Əlavə olaraq göstərilən müddət ərzində həmin təchizatçılara kreditlər üzrə faiz qismində daha 7,3 milyon manatın ayrılmasına qərar verildi. Qiymətlərin artmasının qarşısını almaq üçün buğda idxalı və satışının, buğda ununun istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü il yanvarın 1-nə qədər uzadıldı. Ərzaq buğdasının və unun ixracını əngəlləmək üçün isə hər ton un və buğdanın ixracına 200 dollar həcmində ixrac rüsumu tətbiq edildi. Müqayisə üçün qeyd edək ki, Rusiyada bu rüsum 100 dollardan aşağıdır.

Belə görünə bilərdi ki, bütün bu tədbirlər qiyməti sabit saxlamaq üçün kifayət edəcək. Lakin hökumət artan bazar tələbatına cavab olaraq əlavə tədbirlər də gördü. Belə ki, subsidiyaların orta aylıq idxal hesabatları əsasında yeni mexanizmlər üzrə ayrılması və paylanması prosesi başladı. 2021-ci il fevralın 1-dən noyabrın 1-nə qədər un istehsalı ilə məşğul olan 37 təsərrüfat subyektinə 35,7 milyon manat ödənilib. Ötən ilin sonlarından başlayaraq isə bu məbləği 39 milyon manata çatdırmaq proqnozlaşdırılırdı. (Son statistika məlum səbəblərdən hələ yoxdur, - red.) İl ərzində ödənilən subsidiyanın məbləği 74,7 milyon manat təşkil etməli idi.

Lakin təəssüf ki, hətta bu tədbirlər də buğdanın qiymətinin qlobal miqyasda artmasından irəli gələn bahalaşmanın qarşısını almaq üçün kifayət etmir. Axı bunun qarşısını necə alasan ki, hazırda Azərbaycanın əsas buğda təchizatçısı olan Rusiyadan idxal edilən ərzaq buğdasının tonu 338 dollardır. Nəticədə daxili bazarda qiymətlər bütün proqnozlara görə, əhəmiyyətli ölçüdə artmalıdır. Belə ki, 50 kiloqramlıq unun topdansatış qiyməti 35,9 manata (tonu 718 manat) çatmalıdır. Bu isə ənənəvi 500 qramlıq çörəyin qiymətinin 50 qəpiyə, 650 qramlıq çörəyin isə 65 qəpiyə qalxması deməkdir. Çörəyin bahalaşması əlbəttə, qlobal pandemiya və ərzaq böhranı şəraitində yaxşı heç nə vəd etmir. Lakin dünyada qiymətlərin bu cür artmasından sonra da çörək Azərbaycanda bir çox ölkələrə, o cümlədən qonşu ölkələrə nisbətən daha ucuz olacaq.

Məsələn, həmin 500 qramlıq çörək Gürcüstanda Azərbaycan valyutası ilə hesabladıqda 0,57-0,66 manat, Rusiyada 1 manat, Ukraynada 1,26-1,46 manat, Qazaxıstanda 0,51-0,56 manat, Ermənistanda isə 0,81 manatdır...(virtualaz.org)

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR