Moskva Bakı və İrəvanın bu addımını alqışlayır...

15 mart, 2025 15:39

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların sona çatmasına dair bəyanatla çıxış edib.

Rusiya XİN iki ölkə arasında sülh danışıqları və dövlətlərarası əlaqələrin qurulması üzrə razılaşma əldə olunmasını alqışlayıb. Bəyanatda qeyd olunub ki, Moskva 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda da nəzərdə tutulduğu kimi Bakı ilə İrəvan arasında əlaqələrin hərtərəfli normallaşması yolunda atılmış bu vacib addımı dəstəkləyir.

Rusiya XİN rəsmisi bildirib ki, Moskva gələcəkdə də sülh prosesi, sülh sazişinin imzalanması, nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və digər humanitar aspektlər kimi Azərbaycanla Ermənistan arasında qalan məsələlərin həllinə hər iki tərəf üçün məqbul sayılacaq həddə dəstək verməyə hazırdır.

Bəyanatda, həmçinin qeyd olunub ki, Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev müvafiq müzakirələrin aparılması üçün Bakı və İrəvana səfər etməyə hazırdır.

Bundan başqa Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, həmçinin sülh sazişinin imzalanması məsələləri üzrə danışıqların aparılması üçün məkan təklif etdiyini təsdiq edir.

21 aprel

12:06 - "Ermənistanda keçirilən referendumları xalqın iradəsini əks etdirməyib" - Paşinyan12:00 - İmamoğlundan yeni boykot çağırışı...11:48 - "AYNA, siz bu cəriməni haranızdan uydurub çıxardınız?" - FOTO

18 aprel

14:08 - ABŞ Ukraynadan imtina edir?14:06 - Məktəblərin tikintisində podratçılara artıq pullar ödənilirmiş - PALATA14:03 - Əhali hər ay banklara nə qədər kredit borcu ödəyir? - Kəskin artım var

14 aprel

13:39 - "Tiflis ümid etməsin, mövqeyimiz dəyişməyəcək" - Qaluzin13:28 - ABŞ Çinlə "müharibə"də uduzur13:25 - Xaricdən benzin idxalı 4,7 dəfə artıb, qiyməti isə 4 qəpik aşağı düşüb

09 aprel

15:36 - Qafanda konsulluğun açılışı gələn aya qaldı15:34 - Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - Hesabat15:32 - "İran Prezidentinin bu ay ölkəmizə səfər edəcəyini gözləyirik" - İlham Əliyev

08 aprel

15:46 - İran-ABŞ danışıqlarını bu şəxslər aparacaq15:39 - Heydərovların "London macərası" başa çatdı - FAKTLAR15:35 - Gömrük Komitəsi dərman qaçaqmalçılarını himayə edir - Həbslər var

01 aprel

11:56 - Almaniya müharibəyə hazırlaşır11:54 - Azərbaycanda qızılın qiymətində kəskin bahalanma oldu11:51 - Almaniya Azərbaycandan üzr istədi...

28 mart

18:05 - Konqresmenlər Bakıya qarşı birləşdi...18:01 - Sənədsiz ev probleminin həlli niyə gecikir?17:59 - Türkiyə ictimaiyyətinin İmamoğlunun həbsinə və aksiyalara münasibəti necədir? - Sorğu

15 mart

15:47 - 43 ölkədən ABŞ-yə giriş məhdudlaşdırılır - SİYAHI15:45 - Almaniya gənclərini müharibəyə hazırlamaq üçün bütün gücünü sərf edir - "Financial Times"15:39 - Moskva Bakı və İrəvanın bu addımını alqışlayır...15:38 - Bahalaşmanı yaradan o dələduzlardır - Hökumətə çağırış15:34 - Sülh sazişinin imzalanması üçün məkan hara olacaq?

10 mart

14:20 - Fuad Nağıyevə sərt ittihamlar - "Tahir Əmiraslanovu Şuşadan qovdu"14:19 - Prezident bu dəyişikliyi təsdiqlədi...14:17 - Azərbaycan "İbrahim Sazişləri"nə qoşulur - "Forbes" 14:16 - USAID proqramlarının 83%-i ləğv edildi