PKK təslim olur? - Öcalanın müraciəti gözlənilir

11 yanvar, 2025 11:47

PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir.

Bu barədə "Türkiye" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Öcalan terrorçuları silahlarını yerə qoymağa və uzun müddətdir davam edən silahlı qarşıdurmaya son qoymağa çağıra bilər. 

Məlumata əsasən, Öcalanın çağırışı həm Şimali İraq və Suriyadakı yaraqlılara, həm də təşkilatın Avropadakı tərəfdarlarına ünvanlanacaq.

"Terrorun dayandırılması və PKK-nın ləğvi üçün başladılan prosesin birinci mərhələsi başa çatıb. İkinci və ya üçüncü görüşdə Öcalanın təşkilatın Suriya və Avropadakı qollarına çağırış edəcəyi bildirilir. Onun çağırışında “muxtariyyət və ya federasiya” tələb etmədiyi qeyd olunacağı və təşkilatın da bu tələblərdən əl çəkməsini, eləcə də silahlı mübarizəyə son qoymasını istəyəcəyi deyilir. PKK liderinin əlyazma mətni ilə müraciət edəcəyi ehtimal edilsə də, dövlətin icazəsi ilə audio-video zəng edə biləcəyi də ehtimal edilir", - nəşrin mənbələri bildirib.

Qeyd olunub ki, yanvarın 15-də kürdlərin DEM Partiyasının nümayəndələrinin Öcalanla ikinci dəfə görüşəcəyi gözlənilir, buna baxmayaraq tarix hələlik dəqiqləşdirilməyib.

"Lakin hökumət də prosesin uzadılmasını istəmir. Əgər çağırış ediləcəksə, ikinci və ya üçüncü görüşdə Öcalanın lazımi addımı atacağına dair qətiyyət var. Bu proses zamanı PKK lideri ilə sövdələşmə və ya buna bənzər heç bir şey olmayacaq".

Məqalədə iddia edilir ki, Öcalan ən geci fevralın ortalarında terror təşkilatını silahları yerə qoymağa çağıran yazılı mətn paylaşacaq: "Bu çərçivədə ümumi amnistiya olmayacaq. Lakin Öcalan da daxil olmaqla 25 il cəza çəkmiş bütün məhbusların cəzaçəkmə şərtləri yaxşılaşdırılacaq. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq ev dustaqlığı və ya azadlığa buraxılma ehtimalı qiymətləndiriləcək".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müttəfiqi, MHP lideri Dövlət Baxçalı oktyabrın 22-də Abdullah Öcalanı Türkiyə Böyük Millət Məclisində təşkilatı ləğv etməyə çağırıb. Bundan sonra DEM partiyasının nümayəndələri Öcalanla görüşüb. Görüşdən sonra nümayəndələr siyasi partiyalarla danışıqlar aparıb. Partiya mənbələri Öcalanın Dövlət Baxçalının çağırışını "Türkiyə və hökumət üçün tarixi fürsət və şans" kimi şərh etdiyini bildirib.

20 yanvar

13:13 - "ABŞ İrəvanın qarantı ola bilməz, heç xəritədə tapmırlar" - Ceyms Karden13:11 - Kamran Əliyev təqsirləndirilən ermənilərin məhkəməsindən danışdı13:09 - Prezident Şəhidlər xiyabanında - FOTOLAR

17 yanvar

11:38 - Minsk Qrupu yaya qədər buraxıla bilər11:36 - Ağdamda 4 nömrəli yaşayış massivinin tikintisinə 161 milyon xərclənəcək11:35 - Azərbaycanda "Nürnberq prosesi" başlayır

16 yanvar

15:34 - ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə...15:32 - Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır...15:30 - Sənubər Nəzərova Departament rəhbəri təyin edildi14:31 - Gürcüstanın baş naziri Azərbaycana niyə gəlir?14:29 - Əliyev-Paşinyan görüşü keçirilə bilər14:26 - Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı - Tendersiz

15 yanvar

11:40 - ABŞ-Ermənistan strateji sazişi - TAM MƏTN11:38 - ATƏT-ə sədrik edən ölkədən Minsk Qrupu açıqlaması 11:37 - Cənubi Koreya Prezidenti həbs olundu

14 yanvar

13:17 - "Nur" klinikası təcrübəli həkimlərlə fəaliyyətini davam etdirir11:06 - ABŞ-də Qrenlandiya ilə bağlı qanun layihəsi hazırlanıb11:03 - Laricani Rusiyaya niyə səfər edib? - "Tayms"11:00 - ERmənistanla ABŞ strateji tərəfdaşlıq sənədi imzalayır

13 yanvar

15:30 - "Azər-Türk Bank"ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ15:14 - İranın Cənubi Qafqaza baxışı necədir?15:11 - Bakıda piyadanı öldürən məmur kimdir?15:08 - Konstitusiya Məhkəməsində də ancaq Rusiya mətbuatı oxunur? - SİYAHI15:06 - Bəxtiyar Hacıyevə - 10 il həbs

11 yanvar

13:11 - İrəvan Minsk qrupuna görə ATƏT-ə müraciət edəcək13:01 - Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...11:52 - 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…11:47 - PKK təslim olur? - Öcalanın müraciəti gözlənilir11:43 - ABŞ-dən Rusiyaya yeni sanksiya - Vahid Ələkbərovun oğlu da var

10 yanvar

15:26 - Los-Ancelesdəki Baş Konsulluğumuzun binası evakuasiya edildi