Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...

11 yanvar, 2025 13:01

Ötən ilin dekabr ayının 9-da şəxsi “Facebook” hesabımda ov sezonunun açılmamasının səbəbləri barədə qısa yazı tirajladım. Hər ilin sentyabr ayında ov sezonuna start verildiyini, amma COP29-a hazırlıq tədbirlərinin tərkib hissəsi kimi 2024-cü ilin yanvar ayında ov sezonu dayandırıldığını həmin yazıda qeyd etmişdim. Artıq yanvar ayının 11-idir, fevral ayında isə ov sezonu açılmadan bağlanacaq.

Ovçuların dəfələrlə etdiyi müraciətlərə və bu məsələnin bəzi media resurslarında işıqlandırılmasına baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi susqunluq nümayiş etdirdi, ov sezonunun hansı səbəblərdən bağlı saxlanılması barədə ovçulara və ictimiyyətə açıqlama verməyi lazım bilmədi. Nazirliyin bütün bu müraciətlərə etinasız münasibəti onu deməyə əsas verir ki, ov sezonunun bağlı saxlanılması şəxsən nazir Muxtar Babayevin əmridir. Nazirin lap əvvəldən mediaya olan neqativ münasibəti, eləcə də ictimai rəyi əhəmiyyətli hal hesab etməməsi bu etinasızlığın əsas səbəbi kimi görünür. Lakin ov sezonunun bağlı saxlanılmasının səbəbləri var və səbəblərin daha çox M.Babayevin şəxsi istəklərinə bağlı olduğu heç bir şübhə yaratmır.

Məlumat üçün qeyd edim ki, bu günə qədər “Aziyaset”də nazir M.Babayevin fəaliyyətini təqdir edən analitik məqalələr dərc olunub. Yəni, ona qarşı heç bir qərəzdən söhbət belə gedə bilməz. O, sələfi Hüseynqulu Bağırovdan tamamilə fərqlənir, ən azı ona görə ki, uzun illər Nazirlikdə formalaşan marginal, təbiətə qarşı vəhşi münasibət sərgiləyən qruplaşmaların səlahiyyətlərini əhəmiyyətli dərəcədə azalda bilib. https://azsiyaset.az/tehlil-analitika/5627-Ekologiya-Nazirliyinin-menyusuna-once-ereb-ovchularinin-serguzeshtleri-sonra-qirilan-Lenkeran-mesheleri.html

H.Bağırovun zamanında nazirliyin fəaliyyətindəki nöqsanlarla bağlı media resurslarında dərc edilən məqalələr anındaca yox çıxırdı, qurumun mətbuat xidməti müxtəlif üsullarla bu məqalələrin silinməsinə nail olurdu. Deməli, həqiqətən də problemlər var idi, amma iş görülmürdü, bu problemləri də hansısa yollarla gizlətmək lazım idi. İndi pozitiv istiqamətdə yazılan məqalələrə görə də heç kəs nazir M.Babayevdən alqış istəmir, ən azı saytımızda dərc edilən məqalələrə görə təşəkkür belə ummuruq. Problemləri də deməliyik. Bu gün isə nazirlik problemlərin göstərildiyi heç bir məqaləyə reaksiya vermir. Halbuki, həmin mətbuat xidməti yenə də yerindədir. Ya nazir məqalələrə reaksiya verilməməsini tapşırıb, ya da mətbuat xidmətinin küstar yazı sildirmə metodologiyası deaktiv olub və problemlər nazirə olduğu kimi məruzə edilmir. Hər halda, mediaya və şikayətçilərə qarşı bu etinasızlığın ən azı bir səbəbi olmalıdır.

Biz nə üçün çalışırıq, şikayət etdiyimiz məsələ nədir? Ov sezonu bağlıdır və ovçular dəfələrlə nazirə müraciət edib, amma nəticə yoxdur. COP29-dan sonra da nazir M.Babayev problem yaşamaq istəmir, bəlkə də məhz buna görə neqativlərin ictimailəşə biləcəyi sahələrdə tam qapanma qərarı verib?! Bəlkə də başqa bir vəzifəyə gedəcək, məsələn, Samir Şərifov kimi o da Baş nazirin müavinlərindən biri olacaq və bu vəzifəyə gedənə qədər də “sakit rejim” moduna keçib?!

Bəs, iqtisadiyyat, faydalılıq? Bir daha qeyd edirəm:

Əvvəla, ov sezonu bağlı qaldıqca qanunsuz ovçuların sayı da artmış olur, əlavə və kimlərinsə şəxsi maraqlarına xidmət edən neqativ hallara gətirib çıxarır.

Digər tərəfdən, ov sezonunda iqtisadiyyat az xeyir götürmür, ovçular xeyli pul xərcləyirlər, ov tüfəngləri, müxtəlif ləvazimatlar alınır, onlara lisenziyalar verilir və s.

https://azsiyaset.az/cemiyyet/14565-Muxtar-Babayev-ov-sezonunu-niye-achmir.html

İndi sual olunur, nazir bütün bunları nə üçün istəmir? Görəsən, ovçuların əsaslandırılmış müraciətləri nazirin qarşısına qoyulubmu? O, ovçuların müraciətlərini izləyibmi?

Mən ovçu deyiləm, dostlarımızın içində də ovçu yoxdur. Yəni, nazirliyin mafiyalaşmış media əlaqələndiriciləri hesab etməsin ki, bu sualları özümə görə verirəm. Məqsədim ictimaiyyətə olan hörmətsizliyin səbəblərini başa düşməkdir. Nazirliyin başqa işlərinə aid suallar ünvanlamaq niyyətindən uzağam, məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11300 əməkdaşı var idi, indi bu rəqəm tam yarılanıb. Səbəblərini soruşurqmu? Yox!

Qanun yaxın qohumların eyni quumda işləməsini qadağan edir. ETSN isə belə qohum işçilərlə doludur – valideyn-övlad, ər-arvad, bacı-qardaş və s. Bunu da soruşmuruq...

Nazirlik şimal rayonlarımızda qanunsuz daş karxanalarının işləməsinə niyə göz yumur? Bu da bizlik deyil. Əslində bizlikdir, sadəcə eşitməyənə sual verməzlər! Onsuz da öz bildiyini edəcək.

Müəllif: Samir Feyruzov 

02 iyun

12:15 - Ermənilərlə fransızlar Azərbaycanla sərhədə toplaşdılar12:12 - "Rahat" market cərimələndi - Müştəriləri aldadıb12:08 - Həbsxananın damı uçdu - Məhkum öldü12:05 - Rusiyada varlıların sərvəti 22,5 milyard dollardan çox artdı - "Bloomberg" nəşri

30 may

14:18 - Araz Musayev sui-qəsdə görə Adil Əliyevi ittiham edir 14:10 - "Vətəndaş babadan qalma evi sökür, yenisini tikməyə icazə verilmir" - Deputat14:09 - Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM

21 may

16:19 - "Ermənistana dedik ki, Kəlbəcər və Laçını saxlayın, 5 rayonu qaytarın" - Lavrov13:40 - İlham Əliyev liderlərin iclasında çıxış etdi - TAM MƏTN13:35 - Azərbaycan İtaliyaya neft satışını kəskin artırıb

19 may

13:53 - Azərbaycan-İran birgə hərbi təliminin açılışı oldu - VİDEO13:51 - Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? - Rəqəmlər açıqlandı13:50 - Banan marketlərdə niyə bahalanır?13:49 - Terror təşkilatlarına qoşulan şəxslər həbs edildi - VİDEO13:45 - Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib - FOTOLAR

17 may

10:15 - Bəşər Əsədin mirası Dubaya keçdi - Tartus limanında yeni dövr10:11 - "İstanbul danışıqları Rusiyanın taktiki qələbəsi oldu" - "The New York Times" 09:50 - "Baku TV"-nin təsisçisi "Porche" ilə mobedi vurdu - FOTOLAR

13 may

10:48 - ABŞ-dan kuryoz alqış: PKK-nın ləğvini dəstəklədi - "Bu, sivilizasiya üçün qələbədir"10:46 - Qazilər sakinlərin həyətində qanunsuz "moyka" tikir? - FOTOLAR10:44 - Nazir neft-qaz hasilatı və ixracı ilə bağlı göstəriciləri açıqladı - Azalma var

29 aprel

16:47 - Azərbaycanlı gizli milyonçular Maltanın "qızıl pasportu"nu ala bilməyəcək16:42 - Xaricdən 2,1 manata gətirilən donuz piyini marketdə 18 manata satırlar16:40 - Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü

28 aprel

14:16 - "Hazırlaşın, Rusiya 60 il müharibə aparacaq" - Dugin14:12 - İnterpol Fərhad Əhmədovdan rüşvət tələb edən Makronun mühafizə rəisini axtarışa verdi14:00 - İlham Əliyev Məsud Pezeşkianı belə qarşıladı - FOTOLAR

25 aprel

14:35 - "Avropada müharibə psixozu var" - Orban14:33 - Nazirdən Fransa və Ermənistanda bayrağımızın yandırılmasına reaksiya...14:28 - "Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır" - İlham Əliyev