Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu - FOTOLAR

17 may, 2024 15:10

“Müəllif Hüquqları Uğrunda” İctimayi Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında bəstəkar  İlham Azmanlının “Ömrün 60 səhifəsi” adlı  yaradıcılıq gecəsi keçirildi.

Bəstəkarın sənətinə dəyər verən və onun yaradıcılığını dəstəkləyən incəsənət xadimləri, tələbə yoldaşları və musiqisevərlər tədbirdə aktiv iştirak edərək səmimi və maraqlı abu hava yaratdılar.

Tədbirin rəsmi hissəsində Az.Bİ, Az.YB və Az.JB-nin üzvü, Gənclər mükafatçısı, Prezident təqaüdçüsü Aysel Kərim, və Ap.Bİ-nın üzvü, AR Xalq artisti Azərbaycanın Fəxri Mədəniyyət işçisi, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin üzvü  Sərdar Fərəcov çıxış edərək yubilyarı təbrik etdilər.

Daha sonra İlham Azmanlının çoxşaxəli yaradıcılığının bir hissəsi, instrumental əsərlər – royalda Respublika və Beynəlxalq müsabiqələr laureatı İnci Azmanlı, skripkada Respublika və Beynəlxalq  müsabiqələr laureatı Osman Mustafazadə, klarnetdə Beynəlxalq müsabiqələr laureatı  Məmməd Rəcəbli, fortopianoda  Afaq Qarayeva, Resbublika və Beynəlxalq müsabiqələr laureatı Mətanət Azmanlının və eləcə də  mahnı janrlarında yazdığı bəstələr  Respublikanın Xalq artisti Eyyub Yaqubov və Eyyubxan Təbrizlinin ifasında  tamaşaçılara yüksək peşəkarlıqla təqdim olundu.

Gecədə dəyərli sənətkarımız Akif İslamzadə, əməkdar artist Zakir Mirzəyev, bəstəkar, Az.Resp. Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, bəstəkar Elçin İmanov, bəstəkar, Respublikanın Əməkdar  İncəsənət xadimi Az.Bİ -nın və MHUİB-ini üzvü professor Məmmədağa Umudov, Əməkdar İncəsənət Xadimi, Az.Bİ -nin üzvü, professor Akif Quliyev, Musiqişünas-pedaqoq, Az. Resp-nın Əməkdar İncəsənət xadimi, sənətşunaslıq üzrə fəlsəfə doktoru, Az. Milli Konservatoriyanın  prorektoru, professor  Lalə Hüseynova, rejissor ,Əməkdar mədəniyyət işçisi Əli Usubov, Şair, tərcüməçi,esseist, AYB-nin üzvü və beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katib Səlim Babullaoğlu, yazıçı, şair, publisist Həmid Herisçi,  Az.Bİ-nin üzvü ,Az.Resp-nın  Əməkdar  artist Vüqar Camalzadə, Vaqif Əsədov  və bir çox dəyərli şəxslər iştirak edirdilər.Tədbirin aparıcısı “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin İctimai Əlaqələr üzrə mütəxəssisi Ayla Qafqazlı çıxışında tamaşaçıların nəzərinə çatdırdı ki, bəstəkar İlham Azmanlının əsərləri 1983-cü ildən etibarən müxtəlif vaxtlarda Bakı, Gəncə, Moskva, Sankt-Peterburq, Kiyev, Vilnyus, Almatı, Roma,  Amsterdam,  Hamburq,  Paris,  İstanbul və Ankara kimi şəhərlərdə ifa olunmuşdur. O, Fransa Bəstəkarlar Assosiasiasının vəkalətilə  Ümumdunya Müəllif  Hüquqları Assosiasiasının üzvüdür və bəstəkarın müəlliflik hüquqları bütün dünyada və kosmik məkanda qorunur.

Sonda yubilyar onun yaradıcılığına böyuk dəyər verən “Ömrün 60 səhifəsi” adlı  yaradıcılıq gecəsinin təşkilatçıları Müəllif Hüquqları Uğrunda İctimayi Birliyinnin bütün heyətinə və xüsusilə birliyin sədri Az.Resp-nın Əməkdar artisti, Az.Bİ-nın üzvü, Avrasiya Hüquq sahibləri Təşkilatları Konfederasiyasının (AHTK) Baş Direktoru Gövhər Həsən-zadəyə, “YAZ Media Group”-a və eləcə də bu əziz gündə onu tək qoymayan bütün həmkar və dostlarına dərin minnətdarlığını bildirdi.

​​​​​​​

25 iyul

13:39 - Fransa Ermənistan AES-i də ələ keçirməyə çalışır13:38 - Ermənistana casusluq edən Azərbaycan vətəndaşı tutuldu13:34 - Polad Bülbüloğlu bu dəfə də deputat olmaq istəyir13:32 - Netanyahu Yaxın Şərqdə NATO-nun analoqunu yaratmağa çağırdı

23 iyul

15:53 - Azərbaycan səfiri İran XİN-də görüşlər keçirib

22 iyul

15:15 - Avropa İttifaqı Ermənistana hərbi yardım ayırdı 15:11 - "Ukraynada 4 minə yaxın məhbus cəbhəyə göndərilmək üçün azad edildi" - "The Guardian" nəşri15:07 - Ziya Bünyadovun qatillərinin azadlığa buraxılmasına çalışanlar kimdir?

20 iyul

16:09 - Azərbaycanda 100 min manatlıq şirkət açan 69 yaşlı Erdinç Selvi kimdir?

19 iyul

14:25 - "AQTA yem və preparatları ölkəyə buraxmır, quşçuluq şirkətləri iflas ola bilər" - AÇIQLAMA14:22 - Monopolistlər interneti bazarda pomidor kimi satırlar - Ekspertlər danışır...14:17 - "Prezident və ailəsinin adından yayılan materiallar saxtadır" - Rəsmi14:15 - Türkiyədə XİN rəhbərlərinin "3+3" formatında görüşü keçiriləcək

17 iyul

15:52 - Ukraynanın Tramp və Vens dövründə taleyi bəllidir - "The Wall Street Journal"15:47 - "Müxalifətçi"lərlə eyni dairədən hansı YAP-çıların namizədliyi verilib?15:45 - YAP-ın siyahısında - 66 yeni ad

16 iyul

17:39 - Qiyməti qaldıran kimlərdir? - Ekspert adlar çəkdi17:19 - Elmir Ramazanovun özbaşınalıqları... - Dövlət Gömrük Komitəsi sahibkarlara süni əngəllər yaradır15:47 - İrəvan Bakı ilə "vahid bazar" yaratmalıdır - Manaseryan 15:40 - Trampın ittiham olunduğu cinayət işlərindən birinə xitam verilib15:34 - Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

15 iyul

10:44 - Deputatlığa namizəd olmaq istəyənlərin sayı nə qədərdir?10:34 - İcra başçısının oğlu da deputat olmaq istəyir 10:24 - Dövlət Dəniz və Liman Agentliyi məsuliyyəti niyə boynundan atır? - FOTOLAR

14 iyul

14:53 - "Trampa qarşı sui-qəsd cəhdi qoca Baydenin sonu oldu" - Mərdan Seyidbəyli14:52 - ABŞ-də prezidentlərə hücumlar ənənə halını alıb - Rusiya XİN14:48 - HƏMAS atəşkəs danışıqlarını dayandırdı - "Frans Press"14:44 - "Trampa qarşı edilən hücum şok və dəhşət doğurur" - İlham Əliyev

06 iyul

20:49 - "SOCAR"-ın mühafizə rəisi işçilərində "SOS" uşaq kəndi üçün pul yığır?

05 iyul

18:30 - Azərbaycan BRICS-ə niyə üzv olmaq istəyir?