HƏMAS atəşkəs danışıqlarını dayandırdı - "Frans Press"
14 iyul, 2024 14:48

HƏMAS-ın yüksək rütbəli rəsmisi təşkilatın Qəzza zolağında atəşkəs danışıqlarını dayandırmaq qərarına gəldiyini açıqlayıb.
Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb İsrailin danışıqlara qeyri-ciddi münasibətidir.
“HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə bir sıra telefon danışıqlarında bölgədəki vasitəçilərə və maraqlı tərəflərə hərəkatın danışıqları dayandırmaq qərarı barədə məlumat verib”, - deyə agentlik yazır.