Netanyahu Yaxın Şərqdə NATO-nun analoqunu yaratmağa çağırdı

25 iyul, 2024 13:32

İsrailin Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdə də Avropadakı kimi NATO-nun analoqunu yaratmağa çağırıb.

Bu barədə o, ABŞ Senatı və Nümayəndələr Palatasının birgə iclasındakı çıxışında bildirib.

“İkinci Dünya Müharibəsindən sonra ABŞ artan Sovet təhlükəsinə qarşı durmaq üçün Avropada təhlükəsizlik ittifaqı yaratdı və bu gün Amerika və İsrail artan İran təhlükəsinə qarşı çıxmaq üçün Yaxın Şərqdə təhlükəsizlik ittifaqı yarada bilər”, - İsrail Baş naziri qeyd edib.
Netanyahunun sözlərinə görə, yeni ittifaq “İbrahim razılaşmaları”nın davamı olmalıdır və buna görə də “İbrahim Alyansı” adlandırılmalıdır.
“İsraillə sülhə malik olan və olacaq bütün ölkələr bu ittifaqa dəvət edilməlidir”, - o əlavə edib.

Qeyd edək ki, İsraillə Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin normallaşdırılmasına dair “İbrahim sazişi” 2020-ci ilin sentyabrında Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə İsrail tərəfindən bağlanıb. Daha sonra Mərakeş və Sudan İsraillə münasibətlərin normallaşdığını elan ediblər.

Bəhreyn və BƏƏ ilə sülh bağlanmazdan əvvəl İsrail ərəb ölkələri arasında yalnız Misir və İordaniya ilə diplomatik əlaqələrə malik olub.
Xatırladaq ki, bu, İsrail Baş nazirinin siyasi karyerasında Amerika konqresmenləri qarşısında dördüncü çıxışıdır. Netanyahu sonuncu dəfə 2015-ci ilin martında Konqresin hər iki palatasının birgə iclasında çıxış edib.

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir