Mehdiyevin qızına məxsus binanı alan yoxdur - Qiyməti 2,5 milyon aşağı salındı

30 avqust, 2024 18:31

“Bakı Oksford Məktəbi”nin müsadirə olunan binası avqust ayının 27-də açıq hərraca çıxarılıb.

"Azsiyaset" yeniavaz.com-a istinadla xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən bina 2-ci dəfə təkrar hərraca çıxarılıb, lakin yenə satılmayıb.

Qeyd edək ki, bina ilk dəfə 29 iyul tarixində açıq hərraca çıxarılıb.

Məlumat üçün bildirək ki, ümumi sahəsi 18 min 972,2 kvadratmetr olan binanın ilkin start qiyməti 24 milyon 703 min manat olub. 27 avqust tarixində keçirilən 2-ci hərracda da binanın start qiyməti dəyişməz qalıb. Lakin 2-ci hərracda heç bir hüquqi və fiziki şəxs tərəfindən sifariş verilmədiyi üçün hərrac baş tutmayıb və bu səbəbdən bina sentyabr ayının 26-da 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılacaq. 26 sentyabr tarixində baş tutacaq hərracda binanın start qiyməti 22 milyon 232 min 700 manat olacaq.

Onu da qeyd edək ki, “Bakı Oksford Məktəbi”nin binası hazırda həbsdə olan “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədova və yaxınlarına məxsus müsadirə olunan əmlaklardan biridir. “Bakı Oksford Məktəbi”nin Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 108 ünvanında yerləşən binasının sahiblərindən biri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.
Binanın 2-ci sahibi isə Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Hər iki mülkiyyətçinin binadakı payı 50% təşkil edir. Kamilə Əliyeva eyni zamanda sabiq millət vəkili İlham Əliyevin həyat yoldaşıdır.

14 yanvar

13:17 - "Nur" klinikası təcrübəli həkimlərlə fəaliyyətini davam etdirir11:06 - ABŞ-də Qrenlandiya ilə bağlı qanun layihəsi hazırlanıb11:03 - Laricani Rusiyaya niyə səfər edib? - "Tayms"11:00 - ERmənistanla ABŞ strateji tərəfdaşlıq sənədi imzalayır

13 yanvar

15:30 - "Azər-Türk Bank"ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ15:14 - İranın Cənubi Qafqaza baxışı necədir?15:11 - Bakıda piyadanı öldürən məmur kimdir?15:08 - Konstitusiya Məhkəməsində də ancaq Rusiya mətbuatı oxunur? - SİYAHI15:06 - Bəxtiyar Hacıyevə - 10 il həbs

12 yanvar

13:22 - Rövşən Rzayev və Əli Həsənli şirkəti "ailə podratı"na çevirib?

11 yanvar

13:11 - İrəvan Minsk qrupuna görə ATƏT-ə müraciət edəcək13:01 - Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...11:52 - 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…11:47 - PKK təslim olur? - Öcalanın müraciəti gözlənilir11:43 - ABŞ-dən Rusiyaya yeni sanksiya - Vahid Ələkbərovun oğlu da var

10 yanvar

15:26 - Los-Ancelesdəki Baş Konsulluğumuzun binası evakuasiya edildi15:22 - ABŞ-dən Ermənistana İranla bağlı tələb15:16 - Avropa sərhədimizdəki müşahidəçiləri geri çəkmək istəmir

08 yanvar

12:42 - Rusiyada növbəti "Kovyor" - Bakı-Kazan reysi ləğv edildi" 12:40 - İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəldi12:38 - "İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır" - Nagel Komitəsi

07 yanvar

12:21 - Ukraynanın gələcəyi ilə bağlı bədbin proqnoz... - "Washington Post"12:14 - Fransız casusla bağlı ittiham aktı elan olundu12:13 - Döşək üstündə bayraq qaldıranların "lotu"luğu...12:12 - "Qara qutu”"ar tam açıldı, məlumatlar Qazaxıstana göndərildi

06 yanvar

12:21 - Prezident həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşdü 12:20 - Ermənistanın Rusiyaya yolu tam bağlandı12:16 - Azərbaycanda seçkiqabağı təşviqat başladı12:12 - Kreditlərlə bağlı yeni qaydalar: hansı təşkilatların lisenziyasi ləğv olunacaq? - ARAŞDIRMA

03 yanvar

15:13 - Bələdiyyələrin 6 milyon manat borcu var - Kim ödəyəcək?