Rövşən Rzayev və Əli Həsənli şirkəti "ailə podratı"na çevirib?

12 yanvar, 2025 13:22

Balakhani Operating Company LTD-də (Balaxanı Əməliyyat Şirkətində) korrupsiya tüğyan edir. Bu barədə elektron poçta göndərilən məktubda deyilir.

“Balaxanı Əməliyyat Şirkətin rəhbərlikdə təmsil olunan şəxslərin qohum-əqrabaları tərəfindən istismar olunur. Balaxanı Əməliyyat Şirkətinin rəhbəri Rövşən Rzayev, vitse-prezidenti Əli Həsənli şirkəti “ailə podratı”na çevirib. “Turba alverçisi” kimi ad çıxaran Rövşən Rzayevi rəhbər təyin etdikdən sonra şirkət dönüb olub Nehrəmlilərin oylağı. Burada ən yaxşı işlərdə, ən yüksək maaşda Rövşən Rzayevlə Əli Həsənlinin adamlarıdır. Əgər SOCAR prezidenti Rövşən Nəcəf cənabları bu şirkətə komissiya göndərsə burada baş verən bütün biabırçılıqların şahidi olacaq”.

Rövşən Rzayev, “Balakhani Operating Company LTD”nin prezidenti Məktub müəllifləri yüksək maaş alan işçilərin maaşlarının bir hissəsinin sonradan şirkət rəhbərliyinə geri qaytarıldığını deyirlər. “Ağır sənayedə, küləkdə, qızmar günəş altında, yağışda, boranda, qarda çalışan usta, fəhlələr ayda 1000-1500 manat maaş alırlar.

Amma Əli Həsənli iki ildir şirkətdə “operativni şöbə” açıb. Bu şöbədə yüzlərlə nehrəmlini işə götürüblər. Hər ay 2000-3000 məvacib yazılan bu şəxslərin maaşlarının 50 faizi nağdlaşdırılaraq şöbənin rəisinə çatdırılır. O da öz növbəsində yığılan pulları şirkətin rəhbərliyinə verir”. Əli Həsənli, “Balakhani Operating Company LTD”nin vitse-prezidenti Məktub müəllifləri Balaxanı Əməliyyat Şirkətinin vitse-prezidenti Əli Həsənlinin Dubayda, Türkiyədə dəyəri milyonlarla ölçülən mülklərinin olduğu yazırlar.

Eyni zamanda Əli Həsənlinin çoxsaylı mühafizə ilə işə gəlib-getdiyi də bildirilir. Məktubda sonda ölkə rəhbərliyindən kömək istənilir. Qlobal.az məsələ ilə bağlı Balakhani Operating Company LTD-dən mövqe öyrənib: “Azərbaycan Respublikasındakı filialı hal-hazırda neft-qaz hasilatı həyata keçirdiyi ərazilərdə fəaliyyətini başladıqdan bəri və xüsusilə son üç ildə iri həcmli optimallaşdırma, müasirləşdirmə və yenidənqurma layihələri aparmaqdadır. Heyət üzvlərinin işə alınmasında bu xüsusilə özünü işə qəbul prosesinin şəffaf meyarlar üzərində qurulmasında göstərir. O cümlədən, işçilər müvafiq bilik və bacarıq tələblərinə uyğun olduqda mərhələli yoxlamalardan keçir və yekunda ən səriştəliləri işlə təmin olunurlar. Bundan əlavə, korporativ “qayğı” dəyərimizə əsaslanaraq, hazırda işçi heyətimiz arasında 400-ə yaxın əməkdaş şəhid ailəsi üzvü, qazi və müharibə iştirakçısı olduğuna görə müvafiq iş yerləri ilə təmin olunmuşdur. Əməliyyat şirkətində çalışan bütün işçi heyəti üçün tibbi sığorta proqramı təmin edilmiş və həmin sığorta proqramı çərçivəsində yüzlərlə əməkdaşımız müayinə və müalicə xidmətlərindən təmənnasız istifadə etmişdir. İşçi heyətinin peşəkarlığının artırılması da şirkətimizin daim diqqət mərkəzindədir. Belə ki, hazırda 45 nəfər həmkarımız ikinci ali təhsilini Balakhani Operating Company LTD hesabına almaqdadır”. 

14 yanvar

13:17 - "Nur" klinikası təcrübəli həkimlərlə fəaliyyətini davam etdirir11:06 - ABŞ-də Qrenlandiya ilə bağlı qanun layihəsi hazırlanıb11:03 - Laricani Rusiyaya niyə səfər edib? - "Tayms"11:00 - ERmənistanla ABŞ strateji tərəfdaşlıq sənədi imzalayır

13 yanvar

15:30 - "Azər-Türk Bank"ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ15:14 - İranın Cənubi Qafqaza baxışı necədir?15:11 - Bakıda piyadanı öldürən məmur kimdir?15:08 - Konstitusiya Məhkəməsində də ancaq Rusiya mətbuatı oxunur? - SİYAHI15:06 - Bəxtiyar Hacıyevə - 10 il həbs

12 yanvar

13:22 - Rövşən Rzayev və Əli Həsənli şirkəti "ailə podratı"na çevirib?

11 yanvar

13:11 - İrəvan Minsk qrupuna görə ATƏT-ə müraciət edəcək13:01 - Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...11:52 - 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…11:47 - PKK təslim olur? - Öcalanın müraciəti gözlənilir11:43 - ABŞ-dən Rusiyaya yeni sanksiya - Vahid Ələkbərovun oğlu da var

10 yanvar

15:26 - Los-Ancelesdəki Baş Konsulluğumuzun binası evakuasiya edildi15:22 - ABŞ-dən Ermənistana İranla bağlı tələb15:16 - Avropa sərhədimizdəki müşahidəçiləri geri çəkmək istəmir

08 yanvar

12:42 - Rusiyada növbəti "Kovyor" - Bakı-Kazan reysi ləğv edildi" 12:40 - İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəldi12:38 - "İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır" - Nagel Komitəsi

07 yanvar

12:21 - Ukraynanın gələcəyi ilə bağlı bədbin proqnoz... - "Washington Post"12:14 - Fransız casusla bağlı ittiham aktı elan olundu12:13 - Döşək üstündə bayraq qaldıranların "lotu"luğu...12:12 - "Qara qutu”"ar tam açıldı, məlumatlar Qazaxıstana göndərildi

06 yanvar

12:21 - Prezident həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşdü 12:20 - Ermənistanın Rusiyaya yolu tam bağlandı12:16 - Azərbaycanda seçkiqabağı təşviqat başladı12:12 - Kreditlərlə bağlı yeni qaydalar: hansı təşkilatların lisenziyasi ləğv olunacaq? - ARAŞDIRMA

03 yanvar

15:13 - Bələdiyyələrin 6 milyon manat borcu var - Kim ödəyəcək?