Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir

03 sentyabr, 2024 11:48

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva məşhur Bakı Oksford Məktəbinin tam müsadirə edilməsinə etiraz edir.

Məktəbdə payı olduğunu iddia edən Əliyeva məhkəməyə üz tutub.

Əvvəlcə məlumat üçün deyək ki, məktəb “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilib. 

Hökmdə deyilir ki, Məmmədovun arvadı Mehriban Məmmədovanım rəhbərlik etdiyi Bakı Oksford Məktəbi cinayət yolu ilə qazanılmış pullarla tikilib. Bu səbəbdən dövlət nəfinə alınmalıdır. Məmmədovun ümumilikdə 70 milyonluq əmlakı müsadirə edilib. Bütün instansiya məhkəmələri bunu qanuni hesab edib. 

Maraqlıdır ki, həmin vaxt Kamilə Əliyeva susmağı üstün tutub. Hökm qanuni qüvvəyə minənə kimi də bu məsələ haqda danışmayıb.

Məktəb bu yaxınlarda icra məmuru tərəfindən 24.7 milyon manata satışa çıxarılıb. 

Kamilə Əliyevə isə bununla razılaşmır. Əliyeva şikayətində yazır, Bakı Oksford Məktəbinin 1/2 hissəlik payı ona məxsusdur. O, artıq bütün instansiyalardan keçmiş işi yenidən başlatmaq istəyir. 

Əldə etdiyimiz digər məlumata əsasən, keçmiş administrasiya rəhbərinin qızı ilə birgə hələ də Bakı Oksford Məktəbinin rəhbəri olan Mehriban Məmmədova da maraqlı şəxs kimi işə qoşulmaq istəyir. Hər iki xanım apellyasiya şikayəti vermək üçün birinci instansiyaya-Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət ediblər.

Hələ ki, məhkəmə onların müraciətinə baxmayıb.

Qeyd edək ki, Kamilə Əliyeva keçmiş deputat İlham Əliyevin həyat yoldaşıdır. Psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. Vaxtaşırı mediada onun Badamdar qəsəbəsində yerləşən, əsasaən imkanlı şəxslərin övladlarının təhsil aldığı Bakı Oksford Məktəbinin bir hissəsinin sahibi olduğu yazılıb.

Xatırladaq ki, Rasim Məmmədov özü isə 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. 

14 yanvar

13:17 - "Nur" klinikası təcrübəli həkimlərlə fəaliyyətini davam etdirir11:06 - ABŞ-də Qrenlandiya ilə bağlı qanun layihəsi hazırlanıb11:03 - Laricani Rusiyaya niyə səfər edib? - "Tayms"11:00 - ERmənistanla ABŞ strateji tərəfdaşlıq sənədi imzalayır

13 yanvar

15:30 - "Azər-Türk Bank"ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ15:14 - İranın Cənubi Qafqaza baxışı necədir?15:11 - Bakıda piyadanı öldürən məmur kimdir?15:08 - Konstitusiya Məhkəməsində də ancaq Rusiya mətbuatı oxunur? - SİYAHI15:06 - Bəxtiyar Hacıyevə - 10 il həbs

12 yanvar

13:22 - Rövşən Rzayev və Əli Həsənli şirkəti "ailə podratı"na çevirib?

11 yanvar

13:11 - İrəvan Minsk qrupuna görə ATƏT-ə müraciət edəcək13:01 - Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...11:52 - 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…11:47 - PKK təslim olur? - Öcalanın müraciəti gözlənilir11:43 - ABŞ-dən Rusiyaya yeni sanksiya - Vahid Ələkbərovun oğlu da var

10 yanvar

15:26 - Los-Ancelesdəki Baş Konsulluğumuzun binası evakuasiya edildi15:22 - ABŞ-dən Ermənistana İranla bağlı tələb15:16 - Avropa sərhədimizdəki müşahidəçiləri geri çəkmək istəmir

08 yanvar

12:42 - Rusiyada növbəti "Kovyor" - Bakı-Kazan reysi ləğv edildi" 12:40 - İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəldi12:38 - "İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır" - Nagel Komitəsi

07 yanvar

12:21 - Ukraynanın gələcəyi ilə bağlı bədbin proqnoz... - "Washington Post"12:14 - Fransız casusla bağlı ittiham aktı elan olundu12:13 - Döşək üstündə bayraq qaldıranların "lotu"luğu...12:12 - "Qara qutu”"ar tam açıldı, məlumatlar Qazaxıstana göndərildi

06 yanvar

12:21 - Prezident həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşdü 12:20 - Ermənistanın Rusiyaya yolu tam bağlandı12:16 - Azərbaycanda seçkiqabağı təşviqat başladı12:12 - Kreditlərlə bağlı yeni qaydalar: hansı təşkilatların lisenziyasi ləğv olunacaq? - ARAŞDIRMA

03 yanvar

15:13 - Bələdiyyələrin 6 milyon manat borcu var - Kim ödəyəcək?