ABŞ Ermənistanla nüvə enerjisi texnologiyalarını bölüşə bilər

22 avqust, 2024 14:24

Ermənistan “123 saylı Nüvə Razılaşması”na qoşulmaq üçün ərizə təqdim edib.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bu, İrəvana Amerikanın mülki nüvə enerjisi texnologiyalarına çıxış əldə etməyə imkan verəcək.

Xatırladaq ki, ABŞ-ın 48 ölkə və ərazi ilə analoji müqavilələri var.