Almaniyada Bundestaq seçkiləri olacaq - Azərbaycanlılar kimi dəstəkləyir?

28 avqust, 2024 12:05

Almaniyanın Prezident ofisi Bundestaq seçkilərinin tarixini açıqlayıb. Ofisin məlumatında bildirilib ki, Bundestaqa (parlament) seçkilər 2025-ci il sentyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, Bundestaq baş naziri həftələr və bəzən aylarla davam edən koalisiya danışıqlarından sonra seçir.

Maraqlıdır, Almaniyada yaşayan soydaşlarımız hansı siyasi partiyaya rəğbət bəsləyir? Azərbaycanlılar arasından namizədlər olacaq?

Məsələ ilə bağlı modern.az-a danışan Almaniyanın Zaxhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Cəmiyyətinin sədri Yaşar Niftəliyev bildirib ki, soydaşlarımız əsas siyasi partiyalara dəstək verirlər:

“Partiya üzvü olan həmvətənlərimiz var. Onlar əsasən aparıcı partiyalara üzvdürlər. Tək-tük azərbaycanlılar Yaşıllar Partiyasına üzvdürlər. Soydaşlarımız arasından hələ ki namizədliyini verən bir nəfər də yoxdur. Şəxsən mən Sosial Demokrat Partiyaya üstünlük verirəm”.

Yaşar Niftəliyev gənclərin partiyalara üzvlüyü ilə bağlı işlər aparıldığını deyib:

​​​​​​​“Hazırda Almaniyada lobbiçilik fəaliyyəti çox sürətlə inkişaf edir. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan ev"inin, anadilli məktəblərin, idman zallarının açılmasına, azərbaycanlıların birləşməsinə çalışılır. Burada yaşayan gənclərdən yaxın 5 ildə nəsə gözləyirəm. Gənclərimizin 80 faizi universitet tələbələridir. Biz də gənclərimizin partiyalara üzv olmalarına köməklik etmək üzərində çalışırıq. Belə hesab edirəm ki, gələcəkləri parlaq olmalıdır”.

Y.Niftəliyev hələ ki türklərdən də namizədlərin olmadığını, lakin belə namizədlər olacağı təqdirdə azərbaycanlıların onlara səs verəcəyini qeyd edib:

“Bizimkilərdən namizədlərin olub-olmayacağını sözün düzü deyə bilmərəm. Lakin türklərdən namizədliyini verənlər ola bilər. Adı yadımdan çıxıb, 10-15 il bundan qabaq türklərdən namizəd olmuşdu. Namizəd ola biləcək alimlərimiz, həkimlərimiz var. Amma inanmıram ki, o yerləri bizə verələr. Ona görə ki, biz hələ burada artmalıyıq. Lobbiçiliyi gücləndirməliyik. Belə götürəndə azərbaycanlılar Almaniyanın 0,1 faizini təşkil edir. Hələlik namizədlər arasında türklərdən də kimisə görmürəm. Amma əlbəttə, türk namizədlər olsa, biz onları dəstəkləyəcəyik. Başqa kimi dəstəkləməliyik...”.

21 aprel

12:06 - "Ermənistanda keçirilən referendumları xalqın iradəsini əks etdirməyib" - Paşinyan12:00 - İmamoğlundan yeni boykot çağırışı...11:48 - "AYNA, siz bu cəriməni haranızdan uydurub çıxardınız?" - FOTO

18 aprel

14:08 - ABŞ Ukraynadan imtina edir?14:06 - Məktəblərin tikintisində podratçılara artıq pullar ödənilirmiş - PALATA14:03 - Əhali hər ay banklara nə qədər kredit borcu ödəyir? - Kəskin artım var

14 aprel

13:39 - "Tiflis ümid etməsin, mövqeyimiz dəyişməyəcək" - Qaluzin13:28 - ABŞ Çinlə "müharibə"də uduzur13:25 - Xaricdən benzin idxalı 4,7 dəfə artıb, qiyməti isə 4 qəpik aşağı düşüb

09 aprel

15:36 - Qafanda konsulluğun açılışı gələn aya qaldı15:34 - Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - Hesabat15:32 - "İran Prezidentinin bu ay ölkəmizə səfər edəcəyini gözləyirik" - İlham Əliyev

08 aprel

15:46 - İran-ABŞ danışıqlarını bu şəxslər aparacaq15:39 - Heydərovların "London macərası" başa çatdı - FAKTLAR15:35 - Gömrük Komitəsi dərman qaçaqmalçılarını himayə edir - Həbslər var

01 aprel

11:56 - Almaniya müharibəyə hazırlaşır11:54 - Azərbaycanda qızılın qiymətində kəskin bahalanma oldu11:51 - Almaniya Azərbaycandan üzr istədi...

28 mart

18:05 - Konqresmenlər Bakıya qarşı birləşdi...18:01 - Sənədsiz ev probleminin həlli niyə gecikir?17:59 - Türkiyə ictimaiyyətinin İmamoğlunun həbsinə və aksiyalara münasibəti necədir? - Sorğu

15 mart

15:47 - 43 ölkədən ABŞ-yə giriş məhdudlaşdırılır - SİYAHI15:45 - Almaniya gənclərini müharibəyə hazırlamaq üçün bütün gücünü sərf edir - "Financial Times"15:39 - Moskva Bakı və İrəvanın bu addımını alqışlayır...15:38 - Bahalaşmanı yaradan o dələduzlardır - Hökumətə çağırış15:34 - Sülh sazişinin imzalanması üçün məkan hara olacaq?

10 mart

14:20 - Fuad Nağıyevə sərt ittihamlar - "Tahir Əmiraslanovu Şuşadan qovdu"14:19 - Prezident bu dəyişikliyi təsdiqlədi...14:17 - Azərbaycan "İbrahim Sazişləri"nə qoşulur - "Forbes" 14:16 - USAID proqramlarının 83%-i ləğv edildi